Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

Kahin Gilqameş “Canlı Dağa” yönəldi  fikirlərini 
Öz qulu Enkiduya söz deyir:
“Enkidu, kərpic üzərində fal həyat vəd etmir.
Dağlara gedərəm,  şöhrət taparam!
Qəhrəman adlar içərisində özümü şöhrtləndirərəm.
Harda adlar təriflənmir,  allahları  şərəfləndirərəm!”
Onun qulu Enkidu ona belə söyləyir.
“Ağa,  əgər dağlara getsən, Utuya xəbər ver!
Allah Utuya, qəhrəman Utuya xəbər ver!
Dağlar!  Onlar Utunun yaratdıqları!  Utuya xəbər ver!
Dağlar,  harda  sidr  ağacı  kəsirlər  -  qəhrəman  Utunun 
yaratdıqları!  Utuya xəbər ver!
Bax Utu göylərdə çəhrayı başlıqla özünə çələng qoydu.
Qalxmış başla səmada gəzir.
Gilqameş götürdü təmiz, açıq oğlağı,
Kürən oğlağı,  qurbanlığı  köksünə sıxdı,
Əlini ağzına tərəf apardı,
Allah Utuya, göylərə qışqırdı:
“Utu, dağlara qalxıram,  köməkçim  ol  sən mənim!
Sidr ağacı  dağlannayol  alıram,  köməkçin  ol  sən  mənim!”
Utu göydən  cavab verdi  ona:
“Qüdrətli  və sayılansan , nə üçün  dağlara sən  can  atırsan?” 
Gilqameş ona cavab verir:
“Utu,  sənə söz deyəcəyəm,  mənim  sözlərimə qulağını  əy!
Mən  niyyətlərim  haqda deyəcəyəm,  mənim  ümidlərimə  diqqət
yetir!
İnsanlar,  mənim  şəhərimdə ölürlər ürək kədərlənir1
 
İnsanlar gedirlər, ürək sıxılır!
Şəhər divarından  asıldım mən,
Çayda meyitlər gördüm  mən,
Mən  də  belə  getməyəcəyəmmi,  doğrudan  belədir,  doğrudan 
belədir!
Ən uca göylərə çatmaz 
Ən  nəhəng yeri  örtə bilməz,
Kərpic üzərində fal  həyat vəd etmir!
216
Dağlara gedərəm,  şöhrət taparam!
Qəhrəman adlar içərisində özümü şöhrətləndirərəm,
Harda adlar təriflənmir,  allahları  şərəfləndirərəm!”
Utu onun, yalvarışlarına baxdı və xoş məramla,
Xeyirxah kimi  ona lütfkarlıq göstərdi.
Yeddi  gözəl  qəhrəman bir anadan doğulmuş:
Birinci -  böyük qardaş,  şir pəncələri  var, dırnaqları  qartalın.
Sidr ağacı  kəsən  şərikdir onların  sevincinə,
Kahin  Gilqameş götürür onları  sevinclə.
Bütün  şəhərlilərin  hamısını  çağırır.
Ekizlər kimi  insanlar səs verdilər.
“Ailəsi  olan -  öz ailəsinə!  Anası  olan -  anasının yanma!
Tənha cavanlar -  mənim yanıma!
Əlli  nəfər dayansın arxamda mənim!
'Ailəsi  olan -  öz ailəsinə!  Anası  olan — anasının yanına,
Tənha  cavanlar -  onun yanına, 
onlardan  əllisi  onun arxasında dayandı.
Dəmirçinin evinə yollanır o.
Mis balta bahadır əli  üçün tökdülər ona.
Tarla qaranlığında  bağa üz tutur o.
Möhkəm  alma ağacı,  şümşad  kəsdilər ona.
Onun vətəndaşları,  onun yol yoldaşları  götürdülər 
onları  əllərinə..
Sonrakı  15  sətirdə çoxlu boşluqlar var,  ancaq biz öyrənirik  ki,  7 
silsiləni  aşdıqdan  sonra Gilqameş bərk yuxuya gedir və onu müşaiyət 
edənlərdən biri  onu oyatmağa çalışır:
Bu yuxudur və yuxuda  -  yuxugörmə!
Ondan  soruş -  cavabında susmaq.
Çağır onu  cavab verməyəcək  ol 
“Ey,  yatan  kimdir,  ey, yatan  kimdir!
Gilqameş!  Kahin!  Kullalın oğlu!  Çoxmu yatacaqsan  sən? 
Qaş-qabaq  tökdü  dağlar,  kölgə saldılar,
Üfüq  axşam  işığı  saldı,
Utu  öz anası  Ninqalın  yanına,  başını  dik tutub evə getdi.
Ey Gilqameş, çoxmu yatacaqsan  sən?
217


Sənin vətəndaşların,  sənin yol yoldaşların 
Dağların ətəyində ətrafına toplaşmış sənin 
Anan -  doğanm sənin,  səndən  şikayət etməz, 
sənin şəhərinin küçələrində!”
İşıqlı  ağılla oyandı o.
Bahadır sözü ilə onun yol  paltarlarını  apanrlar ona.
Yol paltarlarının yüngülünü götürür,  sinəsini  örtür onunla 
“Böyük torpağın öküzü” kimi  qalxdı.
Üzünü yerə əydi,  dişlərini qıcadı.
“Anam -   doğanım Ninsunun,  atam  işıqlı  Luqalbəndin  həyatına 
and içirəm!
Anam  -   doğanım  Ninsunun  şərəfmə,  mənə  yuxuda  deyilən 
kimi başa çatdıracağam bunu!”
Və ikinci  dəfə dedi  o:
Anam  -   doğanım  Ninsunun,  atam  işıqlı  Luqalbəndin  həyatına 
and içirəm!
O allahmı, kişimi -  kişimi o,  allahmı  o, çox çəkməz tutular o! 
Şəhərdən  dağlara  yolumu  davam  etdirərəm,  kənara  açıqdır 
yolum mənim!”
Sadiq qul  söz danışır,  həyat saxlayan söz
“Ağam, görməmisən o kişini  sən, ürəyin tərpənməyib!
Mən o kişini görmüşəm -  ürəyim  silkələnib!
Nəhəngdir!  Onun dişləri  - əjdaha dişləridir 
Onun sifəti -  şir sifəti!
Onun udumu -  coşan  daşqın!
Onun ağzı -  yandıran alov!  Ondan qurtuluş yoxdur!
Ağam mənim,  sən dağlara,  mənsə -şəhərə!
Günəş  qürubu  haqqında  sənin  doğma  anana  deyəcəyəm, 
oxşayıb ağlayacaq o.
Sənin  şəhid olmağın  haqqında deyəcəyəm,  hönkürəcək  o!
“Heç kim mənə görə ölməyəcək!
Yüklü qayıq suda batmayacaq!
Sap üçqat bıçağı kəsməyəcək!
Bir nəfər ikisinə güc gəlməyəcək!
Qamış daxmasında od  sönməyəcək!
21S
Sən  mənə  kömək  dur,  mən  sənə  kömək  duracağam,  bizi  kim 
məhv edə bilər?..
Gəl burda biz möhkəm  dayanaq, biz burda baxaq ona!
Əgər biz burda ayağa dursaq,
Burda parıltı görsən, burda parıltı görsən -  onda qayıt!
Burda şivən eşitsəm, burda şivən eşitsəm -  onda qayıt!” 
Xuvava isə özünün sidr ağacı  meşəsində gizlənmişdir.
Onlara nəzər saldı  -  baxışlarında ölüm!
Qışqırtı  saldı -  lənətlənmiş qışqırtı!
Gilqameş ona tərəf yol  alır
İlk dəhşət işığını  Xuvava onlara saldı,
Gilqameşin vətəndaşları,  Gilqameşin yol yoldaşları 
Onun budaqlarını  kəsdilər, onun budaqlannı bağladılar. 
Yığdılar dağların ətəyinə onu.
Sonuncu  yeddincini  onlara  atdı,  Xuvavanın  evinə  girdi 
Gilqameş
Xuvavanın siması  üzümlükdə dolanmış ilana bənzəyir.
Yandıran alov  kimi  Gilqameş şapalaqla yandırdı  onu.
Xuvava dişlərini  qıcayır.
Tutulmuş öküz kimi  ayaqlarını  bağladılar.
Əsir düşmüş əsgər kimi  dirsəyini  burdular.
Xuvava  hönkürür, göyərmişdir
“İcazə ver,  Gilqameş, müraciət edim  sənə!
Ağam  sənin,  icazənlə söz deyim  sənə!
Doğma anamı  tanımıram  mən,  doğma atamı  tanımıram  mən!
Dağlarda doğulmuşam,
doğrudan  da sən -  valideyinimsən  mənim!”
Gilqameşə göylərin  qəlbinə and  içdi,
Yerin  ürəyinə and verdi,  sidr ağacının ürəyinə and içdi,
Onun  əllərindən  tutdu...
Onda yumşaldı  ürəyi  Ninsun oğlu Gilqameşin,
Qulu  Enkiduya  söz deyir:
“Qoy,  Enkidu,  əsir alınmış quş qayıtsın öz yuvasına
219


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə