Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə49/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   45   46   47   48   49   50   51   52   ...   66

çox  əsrlər  qabaqlamışlar.  Bu  baxımdan  elegiya janrının  müqayisəli 
öyrənilməsi üçün onlann əhəmiyyəti çox böyükdür.
Bundan  başqa  bu  iki  poetik  əsərdən  birincisi  şumerlərin 
kosmologiyasını  başa  düşmək  üçün  də  çox  vacibdir.  Biz  88-89-cu 
misralardan öyrənirik  ki,  Şumer müdrikləri, yaxud  onlann  bir  hissəsi 
belə  hesab  edirdilər  ki,  günəş  batandan  sonra  öz  yolunu  o  biri 
dünyada davam  etdirir.  90-cı  sətir isə bizə məlumat verir ki.  ay  allahı 
Nanna  özünün  “yuxu  gününü”  -   yəni  hər  ayın  iyirmi  səkkizinci 
gününü -  o  biri  dünyada keçirir.  Ən  vacibi  isə,  bu  iki  əsər  (xüsusilə 
birinci)  şumerlərin  o biri  dünyadakı  “həyat”  haqqında  təsəvvürlərinə 
yeni  işıq  gətirir.  Məsələn,  biz  ilk  dəfə  öyrənirik  ki,  ümumiyyətlə, 
insan  nəslinin  hakimi  hesab  edilən  günəş  allahı  Utu  vəfat  edənlərə 
axırıncı  qərarı  verirdi,  ay  allahı  Nanna  o  biri  dünyada  olduğu  gün 
müəyyən  dərəcədə  ölümlərin  “taleyini  müəyyən  edirdi”  (88-90 
sətirlər).
İki  elegiyanın  müəllifliyinə  və  onları  yaranma  səbəblərinə 
gəlincə,  heç  bir  şübhə  yoxdur  ki, 
onlar  şumer  məktəbi 
“pedaqoqlarından”  biri  tərəfindən  yazılmış  və  onlardan  təlim 
mətnləri  kimi  istifadə  edilmişdir.  Şagirdlər  bu  şeirləri  əzbərdən 
öyrənməyə və  köçürməyə  borclu  idilər.  Həqiqətən,  Nippurda  birinci 
elegiyanın  müəllim  və  şagirdin  əli  ilə  yazılmış  20  sətirdən  ibarət 
lövhəcik tapılmışdır.
Xaricən belə təsəvvür yaranır ki,  müəllif hər iki  mahnıya ancaq 
proloq  yazmışdır,  onda  hər  iki  ağı  Ludingiranın  həqiqətən  öz 
ağdandır. Bundan başqa,  müəllif birinci  elegiyada birbaşa göstərir ki. 
dəfn  ağılannı  Ludingira  özü  yazmışdır  (20-ci  sətir),  bununla  da 
əlində Ludingiranın ağılarının orijinalının  surəti  olduğuna işarə edir
Ancaq  belə  ehtimal  həqiqətə  az  uyğundur,  xüsusən  də  əgər 
proloqun  və  ağının  özünün  eyni  üslubda  olduğunu  nəzərə  alsaq 
bütünlükdə  belə  təəssürat  yaranır  ki,  hər  iki  elegiya  öz  tikir  və 
hislərini  təsiredici  dəfn  mahnısı  bəlağətli  formasında  izhar  etməyə 
ehtiyac duyan müəllifin yaradıcı  təxəyyülünün məhsuludur.  Eynilə o. 
məsələn,  əfsanəvi,  yaxud  epik  formanın  yaradılmasına  da  həvəslənə 
bilərdi.
202
Aşağıda  hər  iki  elegiyanın  hərfi  tərcüməsi 
məcburi 
buraxılışlarla  və  sual  işarələri  ilə  verilir,  çünki  mətn  hələ  də  çətin 
başa düşülür.72
b ir in c i
 
e l e g i y a
.
Ata oğula xəbər göndərir uzaq  ellərə
Oğul  o günlərdə uzaq  idi  atadan,  uzaq ellərdə.
Öz şəhərində yaşayan ataya,  ona hücum  çəkdi xəstəlik.
O,  qiymətli  olmaz,  dağların gizli xəzinəsi, 
ona hücum  çəkdi  xəstəlik.
O, sözləri  şirin,  nitqi  mərhəmətli, xəsətlik ona hücum çəkdi 
Kim  cüssəli,  kim  qamətli,  kimin  sifəti  mülayim, 
xəsətlik  ona hücum çəkdi.
Fikirlərində müdrik,  əməllərində incə, 
xəsətlik ona hücum  çəkdi.
Həqiqətən  dindar,  allaha tabe,  xəsətlik  ona  hücum  çəkdi. 
Ağrılar,  iştahasızlıq ona hücum  çəkdilər, 
ağır xəstəlik tutdu  onu.
Açmır ağzını,  yemir yeməyi,  düz uzanıb,
Xəstə kimi,  əzilmiştək,  qorxu  içərisində yıxılıb  sərilmiş. 
Qəhrəman,  sinəsi  enib-qalxır,  onun ayaqlan  tərpənmir. 
Qızdırmada uşaqların  qəhrini  çəkir,  dərd yeyir onu.
Onun  ürəyi  parçalanmış,  o,  kədərlə hıçqınr.
O  savadlı,  Nippurda -  ey ədalətsizlik!  -  öldü 
Bu  xəbər çatdı  oğula uzaq yollarda 
Oğul,  atası  atmamış kimi,
Ona paltar göndərilib -  o,  onun içərisinə sığışmır.
Oğul  kədərlə hönkürür, özünü yerə çırpır, 
atasına dəfn  ağısı  deyir.
Ludingira,  onun  ürəyi  alovlanır,  o ağı  deyir:
-  Ata,  kim- ey  haqsızlıq -  vəfat etdi!
Nanna,  kiın  - ey  bədbəxtlik -  o dünyaya yollandı.
203


Arvadı -  indi  o arvadı deyil  -  indi  o dulundur sənin. 
Tufan fırlatdığı tək, o hərlənir,  dolanır sənin yanında. 
Onun kimi,  sən tərbiyə edən kimi,  ağılı bulanıb  onun. 
Elə bil indi doğub, mat qalmışdır.
Elə bil  inək kimi inildəyir.
Nalə çəkir, acı göz yaşlan tökür.
Həqiqətən,  elə bil ağlını  itirib.
...qaranlıqda...
...kim yığır... 
ürəyində - ağırdır.
Sənə toxunur
Kim (?)  ... sübh çağı qalxır...
Yaşayanlar içində  ...”lukur” kahinəsi  allah Ninurtanın, 
o toz içərisinə sərilir.
O allah kimi kədərdə...
O qışqınq qoparır əzab içində 
Yatağının ortasına uzanaraq o qışqınr...
O,  çörək,  su verən insanlara...
Göz yaşlan...səndən ötrü...sənin üçün...
...sənin bətnindən...
Sənin oğullann çar oğullan  kimi  idilər,
Onlar nə yemək yesələr d ə ...
Hansı  içki  içsələr də...
Bal,  ərinmiş yağ sənə onlar...
Sənə məclis qurar onlar,  yağ tökərlər sənə onlar.
O göz yaşlan  ki  onunçün tökürlər -   qaynar yaşdır 
O dərdlər ki  onları  üzür -  dərindir,  həqiqətdə dərd.
Sanki qurumuş dəndir onlar...
Quş balalar hərlənir,  ağı  qalxır.
Sənin oğlanlarının gəlinləri -  hardasa o indi! 
elə ağlaşırlar. 
Düşüb onlann  üstünə sənin  dərdin...
204
Ailə üzvlərinin əhatəsində onlar., .sənin üçün...
Şirin səslərin sənin.. .yuxuladılar...
Eynilə...
Dəfn ağılan  sənə..  qurtarmır.
Atam mənim,  sakitləşsin ürəyin  sənin!
Ey Nanna, ruhuna sülh  olsun  sənin!
Hakimlər,  hökmdarlar...
Kim ki  ölümün əlindən qaçdı,  qoy həqiqətən...
Ölümün əli
Doğrudan ölüm -  bu allahın mərhəmətidir, 
o yerdə tale həll  edilir.
Doğmdan qoy  sənin  övladların...sənin  nəslin...
Qızların sənin qoy  sənə...
Sənin şəhərinin ağsaqqalları  sənin  üçün ağlayırlar.
Sənin şəhərinin  sayılan qadınları  sənin üçün hönkürürlər. 
Kahinlər yanında qullar sənin üçün  qəmlənirlər.
Onun yaşadığı  evdə...
O həqiqətən gümüş tapdı,  o öz dövlətini  artırdı...
O geniş mülkünü...
Qoy  sənin  birinci  oğlun  sənə bünövrə qoysun.
Kim  ki  səni  qətlə yetirib,  ona bərabərdir,  kimin ürəyi. .. 
Kim güclə sənə hücum  etdi...
Doğrudan qisas  sənin  ağanda,  sənin  keşişində, 
himayəçi  allahında
Həqiqi  məhkəmə və  məsləhət  allah  Utunundur.
O qoy lənətə gəlsin,  ölüm  olsun  onun qisməti.
Qoy  heç kəs basdırmasın onun  sümüklərini.
Qoy  onun  nəslini  unutsunlar.
Qoy  onların  varı,  sərçə qatarı  kimi  sovrulsun.
Qoy  ölkə...
Özlərinin  xoş sözlərini  gətirsinlər, 
qoy  onlar səni  ovundursunlar.
Ey  Nanna, ruhun  sənin  şənlənsin, ürəyin sənin  sakitləşsin 
Utu,  yeraltı  dünyanın böyük  hökmdarı,
Yeraltı  dünyanı  işıqlandıranda,  qaranlıq yerləri
205


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə