Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

Bu  poemada  çoban  Dumuzi  İnannanın  evinə  gəlir  və 
hündürdən  tələb  edir  ki,  onu  içəri  buraxsınlar.  Onun  əllərindən  və 
yanlarından  süd  və  xama  axır.  İnanna  anasından  məsləhət  istəyir, 
sonra  yuyunur,  ətirlənir,  şahanə  paltarlar  və  qiymətli  daşlardan 
bəzəklər  geyinir  və  gələcək  nişanlısına  qapını  açır. 
Onlar 
qucaqlaşırlar.  Görünür,  Dumuzi  elə  burada  İnannanın  bakirəliyinə 
sahib  olur və onu “öz allahının  şəhərinə” aparır.
Ancaq  Dumuzi  ehtirasla  gözlədiyi  bu  evliliyin  onu  məhvə, 
cəhənnəmə qovuşmasına gətirib çıxaracağını  ağlına da gətirmir.
Və  bütün  bunlar  ona  görə  baş  verir  ki,  o,  ifrat  qadın 
şöhrətpərəstliyini  hesaba  almamışdır!  Bu  barədə  “İnannanın  yeraltı 
səltənətə  enməsi”  poemasında  danışılır.  Bu  poemada  biz  ilk  dəfə 
ölümdən  dirilmə  ideyası  ilə  qarşılaşırıq.  Poemanın  məzmunu 
aşağıdakı  kimidir.
Öz  adının  mənasından  göründüyü  kimi1,  İnanna  artıq  göylərin 
-   “Böyük  yuxarının”  çariçasıdır.  Buna  baxmayaraq  nəyin  bahasına 
olur  olsun  qüdrətini  gücləndirməyə  və  eyni  zamanda  yeraltı 
səltənətin  -   “Böyük  aşağının”  da  hakimi  olmağa  çalışır.  O,  öz 
məqsədinə yerində  daha yaxşı  çatmaq  istəyilə yeraltı  aləmə  düşməyi 
qərara  alır.  Hər ehtimala qarşı  özü ilə  allah  qanunları  götürür,  şahanə 
paltarlar  və  qiymətli  bər-bəzək  geyinir  və  “gedərgəlməz  ölkəsinə” 
getməyə hazır olur.
Yeraltı  aləmin  hökmdarı,  Şumerin  ölüm  və  zülmət  ilahəsi 
Ereşkiqal  İnannanın  böyük bacısı  və onun  qəddar düşmənidir.  İnanna 
ehtiyat  edir  ki,  (və  bu  da  əsassız  deyil,)  cəhənnəm  mülkünə  çatan 
kimi  bacısı  onu  öldürəcək.  Ona  görə  İnanna  özünün  sadiq  vəziri 
Ninşubura67  ,  əgər  üç  gün  müddətinə  qayıtmasa,  onun  nə  etməli 
olduğu  barədə  qabaqcadan  tapşırıqlar  verir.  Ninşubur  əvvəlcə  öz 
ilahəsinin  ölümünü  allahlar  məclisinin  salonunda  ağlamalıdır.  Sonra 
o,  Nippura,  Enlilin  şəhərinə gedib  bu  qüdrətli  allaha yalvarmalıdır ki, 
İnannanı  xilas  etsin,  onu  ölməyə  qoymasın.  Ogər  Enlil  imtina  etsə 
Ninşubur  Ura,  ay  allahı  Nannanın  şəhərinə  gedib  öz  xahişini  təkrar 
etməlidir.  Əgər  Nanna  da  rədd  etsə,  onda  Eriduya,  müdriklik  allahı
'İnanna adı şumcrco  ‘göylərin hakimi”  monası veroıı Niıı-anna  söziindon 
yaranmışdır. -  Qeyd.  tore.
186
Enkinin  şəhərinə  getmək  lazımdır.  O,  “həyat  qidasını”  və  “həyat 
içkisini” tanıyır, yəqin ki,  İnannaya köməyə gələr.
Sonra  İnanna  yeraltı  aləmə  düşür  və  Ereşkiqalın  lazuritdən 
tikilmiş  sarayına yaxınlaşır.  Girəcəkdə onu baş qapıçı  Neti  qarşılayır. 
0   soruşur  ki,  kimdir  və  nə  üçün  gəlmişdir.  İnanna  nəsə  bir  bəhanə 
fikirləşir.  Ereşkiqalın  əmri  ilə  qapıçı  İnannanı  buraxır  və  onu  yeddi 
qapıdan  keçirərək  yeraltı  dünyaya  aparır.  İnannanın  etirazlarına 
baxmayaraq  hər  qapıdan  keçdikcə  onun  hansısa  paltarını,  yaxud 
bəzək  şeyini  soyundururlar,  axırıncı  qapını  keçəndə  o,  çılpaq  qalır. 
İnannanı  Ereşkiqalın  qarşısında  diz  çökməyə  məcbur  edirlər. 
Anunnakilər,  yeraltı  səltənətin  yeddi  dəhşətli  hakimi  ona  “ölüm 
baxışı”  ilə  nəzər  yetirirlər  və  o,  həmin  anda  ölür.  Onun  meyidini 
çarmıxdan asırlar.
Uç  gün,  üç  gecə  keçir.  Dördüncü  gün  öz  ilahəsinin 
qayıtmadığını  görən  Ninşubur  onun  əmrlərinə  uyğun  olaraq 
allahlardan  kömək  etməyi  xahiş  edir.  İnannanın  əvvəlcədən  gördüyü 
kimi,  Enlil  və  Nanna onu  xilas etməkdən  imtina edirlər.  Əksinə,  Enki 
ilahəni  həyata qaytarmaq üçün bütöv bir plan hazırlayır
O,  cinsi  olmayan  “Kurqarrıı”  və  “Kalaturru”  adlı  iki  məxluq 
yaradır.  Enki  onlara  “həyat  qidası”  və  “həyat  suyu”  verərək  tapşırır 
ki,  yeraltı  aləmə  düşsünlər,  bu  “qida”  və  bu  “suyu”  İnannanın 
bədəninə  səpsinlər.  Onlar  Enkinin  göstərişini  yerinə  yetirirlər  və 
İnanna dirilir.
Həyata  qayıtmaq  hələ  azdır,  əsas  iş  cəhənnəmdən  çıxmaqdır. 
“Gedər  gəlməzin”  dəyişməz  qanunu  var.  cəhənnəm  qapılarından 
keçmiş adam  canlılar dünyasına  o halda qayıda bilər ki,  o özünə əvəz 
tapsın  Və  burda  hətta  ilahə  İnanna  da  heç  nə  edə  bilməz.  Ona  Yerə 
qayıtmağa  icazə  verirlər,  lakin  tək  yox,  qəddar  iblislərin  müşaiyəti 
ilə.  Onlara  əmr  olunmuşdur  ki,  əgər  o,  özünü  əvəz  edəcək  başqa  bir 
allahın  razılığını  ala bilməsə onu cəhənnəmə qaytarsınlar.
İnanna  əvvəlcə  öz  əjdaha  mühafizəçiləri  ilə  iki  Şumer 
şəhərində  -  Ummuda  və  Bad-Tibiruda  olur.  Bu  şəhərlərin  hami 
allahları  Şara  və  Lataraq  o  biri  dünyadan  gəlmişlərin  görkəmindən 
qorxub  qıldan  toxunmuş  dərviş  paltarı  geyinərək  İnannanın 
qarşısında  tozun  içərisinə  uzanırlar  Onların  mütiliyi,  görünür,
187


İnannaya  təsir  edir  və  o,  artıq  bədbəxt  allahları  cəhənnəmə 
aparmağa hazırlaşan iblisləri  saxlayır.
Sonra  İnanna  və  şeytanlar  Şumer  şəhəri  Kullaba  gəlirlər.  Bu 
şəhərin  hami-allahı  Dumuzidir.  O,  İnannanın  əridir  və  təbii  ki,  öz 
arvadım  görüncə  cındır  paltar  geyinib  İnannanın  qarşısında  toz 
içərisində  sürünməyə  hazırlaşmır.  Əksinə,  o,  ən  yaxşı  paltarlarını 
geyinib  taxtına  əyləşir.  Bu,  ilahəni  qəzəbləndirir.  O,  öz  ərini  “ölüm 
baxışı”  ilə  süzür  və  onu  yeraltı  dünyaya  aparmaq  üçün  səbrsiz 
şeytanlara  verir.  Dumuzi  hönkürtü  içərisində  əllərini  göyə  qaldırır, 
İnannanın  qardaşı  və  öz  qaynı  günəş  allahı  Utunu  çağırır.  Dumuzi 
Utuya  yalvarır  ki,  onun  əlini  “ilan  əlinə”,  ayaqlarını  isə  “ilan 
ayağına”  çevirərək şeytanların caynağından qurtarsın.
Bədbəxtlikdən,  elə  burada  Dumuzinin  monoloqunun  ortasında 
yazı  qurtarır.  Amma  çoxlu  miqdarda  başqa  mənbələrdən  bizə 
məlumdur  ki,  Dumuzi  yeraltı  sələtənətin  allahlarından  biridir.  Ona 
görə  güman  etmək  olar  ki,  Utu  onun  yalvarışlarına  qulaq  asmır  və 
iblislər Dumuzini  ölülər dünyasına aparırlar.68
Qədim şair bu əfsanəni  (bizim tərəfimizdən çoxsaylı  təkrarların 
buraxılması nəzərə alınmasa) belə qələmə almışdır:
Böyük Səmadan  Böyük Yerə niyyətlə üz tutdu.
İlahə Böyük  Səmadan Böyük Yerə niyyətlə üz tutdu.
İnanna Böyük Səmadan Böyük Yerə niyyətlə üz tutdu.
Mənim  ilahəm  səmanı  tərk  etdi,  yeri  tərk  etdi,  yerin  təkinə
getdi.
İnanna səmanı  tərk etdi, yeri  tərk etdi,  yerin təkinə getdi.
Kahin  hakimiyyəti  tərk  etdi,  kahinlər  hakimiyyəti  tərk  etdi, 
yerin təkinə getdi...
Özünün gizli  qüvvələrini -  onlar yeddidir -  topladı.
Qüvvələri toplayıb,  əlində sıxdı.
Özünün gizli  qüvvələrini  ayağına saldı.
Onun başında Edenin çələngi, “Şuqur” .
Onun alnında -  alın lenti  “Qəşəng alın”,
Onun əllərində - hakimliyin və məhkəmənin nişanları
Lazurit boyunbağı  qucaqlayır boynunu,
İkiqat asılma bəzəyir sinəsini,
188
Qızıl  bilərziklər dolanıb biləklərinə.
Sinəsi torla örtülüb “yanıma gəl,  kişi, yanıma”.
Sarıqla örtülüb  beli,  şahzadə paltarında 
“Gəl-gəl”  sürməsilə çəkilib gözləri 
İnanna yeraltı  sələtənətə gedir.
Onun  səfiri  Nunşubur onunla yanaşı gedir.
İşıqlı  İnanna  Ninşubura deyir:
“Car elə ürək sözlərimi  mənim,
Nə vaxt ki yeraltı  dünyaya enəcəyəm  mən.
Nə vaxt ki  yeraltı  dünyaya girəcəyəm  mən,
Məzarlıq təpəsində ağla məni.
Məclis evində təbil  çal.
Allahlar məbədini  gəz-dolaş mənimçün,
Üzünü cırmaqla,  ağzını  cır.
Əndamını  mənim xatirimə yarala.
F.vnilə kasıbtək yoxsul  libas geyin!
Ekura,  Enlilin məbədinə birinci  get!
O zaman ki  girdin  Enlilin  məbədinə,
Enlilin qarşısında hönkür:
“Failil  ata,  qoyma öz qızını  yeraltı  dünyada məhv olsun! 
İşıqlı  gümüşün  sənin  qoyma yeraltı  dünyada toza qərq  olsun 
Lazurit gözəlini  sənin taraşçı  yeraltı  dünyada parçalamasın! 
Sənin  şümşad  ağacını  dülgər yeraltı  dünyada yarmasın!
Qız -   hökmdarını  qoyma yeraltı  dünyada məhv olsun!” 
Məhəl  qoymasa  sözlərə  Enlil,  Ura get! 
lir şəhərində,  Emudakalamda,
Ekişnuqalda N'annanın yanına gir.
Nannanın  qarşısında ah-nalə elə:
“Nanna ata,  qoyma öz qızını  yeraltı  dünyada  məhv olsun!” 
(uyğun dörd  sətir təkrar olunur)
Məhəl  qoymasa bu sözlərə Nanna,  Ereduqa get!
O zamankı  Ereduqa,  Eııkinin məbədinə girdin,
Enkinin  qarşısında ah-nalə elə:
Enki  ata,  qoyma  öz qızını  yeraltı  dünyada məhv olsun!” 
(uyğun dörd sətir təkrar olunur)
189


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə