Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə44/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   40   41   42   43   44   45   46   47   ...   66

Nə deyəcəyəmsə onlara diqqət yetir!
Daşqın keçəcək bütün dünya üzərindən,
İnsan ailəsi nəslini məhv edəcək,
Məclisin yekun qəran belədir...
Sözlər,  Anla, Enlillə danışıqlar...
Çarlığın, onun dağılması.
Sonrakı  mətndə, görünür, Ziusudraya  ətraflı  göstərişlər verilir 
ki,  nəhəng  gəmi  tiksin  və  onda  ölümdən  xilas  olsun.  Lakin  həmin 
göstərişlər  yoxdur,  çünki  poemanın  bu  yerində  təxminən  40  sətirlik 
yer boşdur. Mətn bir qədər aydınlaşanda görürük ki,  daşqın “ölkənin” 
başının üstünü alıb.  O yeddi gün yeddi gecə coşdu.
Səkkizinci  gün günəş  allahı  Utu  peyda oldu və yer üzünə çox 
qiymətli  işıq  saçdı.  Ziusudra  onun  qabağında  diz  çökdü  və  ona 
qurban kəsdi.
Yığışdılar bütün qasırğalar, tufanlar,
Bütün paytaxtlar üstündən daşqın keçdi.
Yeddi gün, yeddi gecə oldu,
Daşqın ölkənin üstündən keçdi.
Qəzəbli  külək hündür suda nəhəng gəmini  yırğalayırdı,
Və günəş çıxdı, göyü, yeri  işıqlandırdı.
Ziusudra öz nəhəng gəmisindən  deşik açdı,
Və günəşin şəfəqi  onun gəmisinin içinə doldu.
Çar Ziusudra Utunun günəşi  qarşısında diz çökdü,
Çar ona qurban kimi  öküzlər kəsdi,  ona çoxlu qoyunlar kəsdi. 
Mətndə  39  sətirlik  yeni  buraxılışdan  sonra  sonuncu  parçada 
Ziusudranın  ilahiləşdirilməsi  təsvir  edilir.  O,  Anın  və  Enlilin 
qarşısında  diz  çökərək  “allaha  layiq  həyat”,  əbədi  nəfəs  alır.  Sonra 
onu  Dilmuna -  “günəş çıxan yerə”  aparırlar:
... Göy həyatına, yer həyatına onlar and içdilər...
An və Enlil  göy həyatına,  yer həyatına and  içdilər...
Yer canlıları  torpaqdan  çıxdılar.
Çar Ziusudra
Anla Enlilin qarşısında diz çökdü 
An və Enlil Ziusudraya yüngülcəsinə...
Ona həyat verdilər,  allaha layiq.
182
Onlar Ziusudıanı, çarı
Bütün canlıların,  insan  nəslinin xilaskarını,
Keçid ölkəsinə, Dilmun ölkəsinə, Utu oyanan yerə apardılar. 
Lövhəciyin  qalan  39  sətirlik hissəsi  dağılmışdır.  Ona görə biz 
Ziusudranın  ölməzlər  ölkəsində  sonrakı  taleyi  barədə  ancaq 
fərziyyələr qura bilərik.
İndi  isə  cənnətdən  cəhənnəmə,  səmadan  yeralü  aləmə  keçək. 
Şumerlər  özləri  oranı  “qayıdış  olmayan  ölkə”  adlandırırdılar. 
Əyilməz,  iradəli  ilahə  özünün  hədsiz  şöhrətpərəsliyini  təmin  etmək 
üçün  bu  qorxulu  ölüm  ölkəsinə  düşür.  Haqqında  aşağıdakı  fəsildə 
söhbət  gedəcək  onun  yeraltı  aləmə  enməsi  bir  çox  Şumer 
əfsanələrindən  daha  yaxşı  qalmışdır.  Bundan  başqa,  biz  onda  incilin 
ən vacib  mövzularından biri  ilə paralellik görürük.
183


23. AXİRƏT.
ÖLÜLƏRİN DİRİLMƏSİ 
HAQQINDA BİRİNCİ  ƏFSANƏ.
Yunanca  “And”,  qədim  yəhudilərdə  “ Şeol”,  Şumer  dilində 
Kur  adlanırdı.  İlkin  variantda  bu  söz  “dağ”  mənasını  verirdi. 
Sonralar daha ümumi -  “yad ölkə”  mənasım  kəsb  edir,  çünki  əhatədə 
olan  dağ  vilayətləri  Şumerlər  üçün  daim  qorxu  yaradırdı.  Şumer 
kosmologiyası  nöqteyi-nəzərincə  Kur  yerin  təki  ilə  əzəli  okean 
arasında  boş  məkan  idi.  Ölülərin  kölgəsi  məhz  ora  düşürdü.  Kura 
düşmək  üçün  qayıq  ilə  xüsusi  daşıyıcı  olan  “qayıq  adamının” 
keçirdiyi  “insanları  udan  çayı”  keçmək  lazım  gəlirdi.  Biz  burada 
yunan  Stiksi və Xaronunun  analoqunu görürük.
Axirət  ölülərin  məkanı  sayıldığına  baxmayaraq,  orada 
özünəməxsus  “həyat”  var  idi.  Məsələn,  Bibliyada  İsayi  Kitabında 
keşmiş  çarların  və  hökmdarların  kölgələrinin  Babil  çarının  ölüm 
xəbərini  eşidərkən  (14,  9-11)  Şeolu  bürüyən  çaxnaşma  təsvir olunur. 
Şumerlərə  gəlincə,  Pensilvani  universiteti  Filadelfiya  Muzeyində 
Şumer  çarının  yeraltı  səltənətdə  sərgüzəştləri  haqqında  lövhəcik 
saxlanır.  1919-cu  ildə  o  S.  Lenqdon  tərəfindən  dərc  olunmuşdur. 
Salamat qalmış mətnin  qısa məzmunu belədir.
Böyük  çar Ur-Nammu  öldükdən  sonra  Kura gəlir.  Əvvəlcə  o, 
axirətin  yeddi  allahına  hər  birinin  öz  sarayında  hədiyyə  və  qurban 
verir.  Sonra  isə  onların  köməyinə  arxalanmaq  xatirinə  o,  daha  iki 
başqa  allaha  qurban  gətirir.  Onlardan  biri  o  dünyanın  mirzəsi 
vəzifəsini  daşıyır.  Nəhayət,  Ur-Nammunun  kölgəsi  Kurun  din 
xadimlərinin  ondan  ötəri  ayırdıqları  yerə  gəlib  çatır.  Onu  burada 
Kurun  başqa  sakinləri  salamlayır  və  çalışırlar  ki,  o  özünü  evindəki 
kimi  hiss  etsin.  “Yeraltı  səltənətin  hakimi”  qəhrəman  Gilqameş 
Kurun qanun və qaydalarını  Ur-Nammuya izah  edir.
Ancaq  “yeddi  gün”  keçir,  “on  gün”  keçir  və  “Şumerin 
şikayətləri”  Ur-Nammuya  çatır.  O,  Urun  yarımçıq  qalmış  divarlarını 
başa  çatdıra  bilmədiyi  sarayını,  artıq  qucaqlaya  bilmədiyi  arvadını,
184
lıeç  kimin  dizləri  üstündə  yürgələnməyən  uşağını  yada  salır.  Bütün 
bunlar  onun  o  biri  dünyadakı  rahatlığını  pozur və  Ur-Nammu  uzun 
ah-nalə çəkir.
Ölülərin  kölgələri  xüsusi  hallarda  yerin  üstünə  “qalxa” 
bilirdilər.  Samuil  peyğəmbərin  birinci  kitabında  (f.  28)  onun  çar 
Saulun  xahişi  ilə  axirətdən  necə  geri  çağnlması  barədə  danışılır. 
Eynilə  "Gilqameş,  Enkidu  və  yeraltı  səltənət”  adlı  Şumer 
poemasından  da  (bax.  f.  25  b.  kitab)  öz ağası  Gilqameşi  qucaqlamaq 
və onunla söhbət etmək  üçün Enkidunun kölgəsi Kurdan yerin üstünə 
çıxır.
Kurun  insanlar  üçün  nəzərdə  tutulduğuna  baxmayaraq,  orada 
ölümsüz  allahların  da  sayı  az  deyildi:  Yeraltı  səltənətdə  bəzi 
allahların olmasını  izah edən bir neçə əfsanə qalmışdır.
Mənim  “Ay  allahının  yaranması”  adlandırdığım  poemada 
(bax.  f.  14)  Şumer  panteonunun  baş  allahı  Enlilin  ilahə  Ninlili 
zorladığı  üçün  qalan  allahlar  tərəfindən  Nippurdan  yeraltı  dünyaya 
qovulmasından  danışılır.  Kura  gedərkən  yolda  o,  üç  yeraltı  allah 
yaradır,  onların  ikisi  başqa  mənbələrdən  də  yaxşı  məlumdur  Ancaq 
bizim  sərəncamımızda  “ölən  allahların  ən  məşhuru”,  çobanlar  allahı 
Dumuzinin  pozğunluğu  barədə  daha  ətraflı  hekayə  var.  Bu  barədə 
əsasən  fnaıınaya,  Şumer  əfsanələrinin  əsas  qəhrəmanlarından  birinə 
həsr olunmuş bütöv  bir poema saxlanmışdır.
Məhəbbət  ilahəsi,  o  hansı  adı  daşısa  da,  həmişə  və  hər  yerdə 
insanların  xəyalını  alışdırırdı.  Roma  Venerası,  yunan  Atroditası, 
Vavelon  İştarı  bütün  əsrlərdə  onların  yaxşı  və  pis  əməllərini 
tərənnüm  edən  şairlərin və müğənnilərin diqqətini  cəlb  etmişlər.
Şumerlər  adı  “səma  ilahəsi”  mənası  verən  məhəbbət  ilahəsi 
İnannanın  qarşısında  baş  əyirdilər.  Onun  əri  çoban  allah  Dumuzi  -  
e.ə.  I  minilliyin  ikinci  yarısında  peyğəmbər  İezeknilin  haqqında 
küfürlü  ağısı  qoşduğu  Bibliya Tammuzudur.
Dumuzinin  elçiliyi  və  evlənməsi  haqqında  əfsanənin  iki 
variantı  mövcuddur/’6  Onlardan  biri  əkinçilər  allahı  Enkimdunun 
onun  rəqibi  rolunda  çıxış  etdiyi  variant haqqında 20-ci  fəsildə  söhbət 
açılmışdır.  Başqa  poemada  Dumuzinin  rəqibi  yoxdur,  o,  İnannanın 
əri  olmağa yeganə namizəddir.
185


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə