Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə65/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   58   59   60   61   62   63   64   65   66

ideyası  və  sözü  il  yaranmışdır.  Qədim  insanların  həyatının  “ağır 
vaxtlarına”  gəlincə,  bizcə,  bu  da  əsassızdır.  Bu  fikir  özündə  “qədim 
insanların ağır həyat şəraitini indiki  ilə müqayisə edən müasir insanın 
məntiqi  səhvini  daşıyır.  İndi  bizim  üçün  necədirsə,  qədim  insanın 
şəxsi  həyatı  da onun üçün  o dərəcədə ağır idi.  Qədim  insanın  sevinci 
və  çətinlikləri  onun  öz  sevinci  və  çətinlikləri  idi,  proyeksiyaların, 
tutaq  ki,  rahatlıq  haqqında  müasir  fikirlərin  və  s.  üzərinə 
qoyulmamışdır.
43  Bu  sözün  mənasına  həsr  edilmiş  çoxlu  tədqiqatlar  var. 
Onlardan  daha  ətraflısı  alman  tədqiqatçısı  Gertruda  Farber  -  
Klyuğğenindir  (bax.  “İnanna  və  Enki”  mətninə  şərh).  “Me” 
məvhumu  şumerlərin  fikirləşdikəri  bütün  sosial  və  ideoloji 
institutların  adlanm,  qaydalar  və  davranışlar  kompleksini,  bundan 
başqa  hər  əşyada,  təbii  hadisədə,  canlı  vücudda  onun  gücünü  və 
eneıjisini  təşkil  edən  hansısa  daxili  substansiyaların  mövcudluğunu 
özündə  əks  etdirir.  Bu  kökün  “olmaq”  feli  ilə  əlaqələndirilməsinə 
bütün  əsaslar  olduğuna  görə  mən  bu  sözü  “mahiyyət”  kimi  tərcümə 
edirəm.
44  O  vaxtdan  bu  mətn  şumeroloqlar tərəfindən  dəfələrlə  izah 
və  şərh  edilmişdir.  Bax:  Behrens  Herman.  Enlil  and  Ninlil.  Rome, 
1987.  C o o p er!  Critical  Reviev.  -  JCS.  32/3.  1980,  s.  175-188.  Rus 
dilində  bax:  Афанасвева  В.  Литература  древнего  Двуречья.  -  
История  всемирной  литературы.  С.  I.  М,  1983,  s.  82-117.  Yaxşı 
saxlanmış  abidəyə  bu  cür  maraq,  ilk  növbədə  onun  yüksək  bədii 
keyfiyyətləri,  həmçinin  şumerlərin  dünyagörüşü  və  dünyaya 
münasibəti haqqında vacib məlumatlar verməsi ilə əlaqədardır.
Kramerdə  ana Enlili  şirnikləndirmək  üçün  qızma  çimməyi 
məsləhət  görür,  qız  isə  onun  məsləhətinə  qulaq  asır.  Doğru  çıxan  T. 
Yakobsen  birinci  olaraq  qeyd  etmişdi  ki,  mətnin  əvvəlində  ananın 
məsləhəti 
yox, 
qadağası 
verilmişdir. 
Şumer 
qrafikasının 
xüsusiyyətləri  başlanğıc  ifadələrin  fel  formasına  həm  əmr,  həm  də 
qadağa  kimi  baxmağa  imkan  verir.  Axırıncı  halda  mətn  biz  ənənəvi 
dünya  folklorunda  bildiyimiz  süjet  formasını  alır-qadağa  və  onun 
pozulması  əfsanəvi  nağılların  tipik  başlanğıcıdır.  Müq.  V.  Y. 
Proppun  əsərlərində,  ilk  növbədə  morfoloji  nağıllar.  M.  1969  (2-ci
268
nəşr)  və  əfsanəvi  nağılların  tarixi  kökləri,  L,  1946  kitablarında 
tədqiq etdiyi rusca materiallar.
46 Bu “allahların  metamorfozası”  misalı  özündə  Şumer dünya 
baxışının  ən  vacib  nöqteyi-nəzərlərindən  birini  gizlədir,  ölülər 
dünyası  ilə  canlılar  dünyası  arasında  qorunmalı  olan  hansısa 
bərabərlik, harmoniya haqqında təsəvvür.  İndiki halda vacibdir ki,  üç 
allahın-Enlilin  özünün,  onun arvadı  Ninlilin və onların  ilki  Nannanın 
Yerə  qayıtması  üçün  yeraltı  dünyada  üç  məxluq  doğulsun.  Bu  fikir 
daha  dəqiq,  “baş  üçün  -   baş”  formulası  şəklində  başqa  Şumer 
əfsanəsində  -  S.  N.  Kramerin  aşağıda misal  gətirdiyi  ilahə İnannanm 
yeraltı  dünyaya  enmsəi  haqqında  hekayədə  verilmişdir.  Bu  barədə 
ətraflı  bax:  Afanasyeva  V.  Vom  Gleich  qewıchtder.  Totem  und  der 
Lebender.  Die  Formel 
saq-aş  saq-a-na  in  der  şumerichen 
mytholoqishen  Dichtunq.  Zeitachrifit  fur  Assvrioloqie.  1980,  s.  161- 
169.
47  Enlilin  xarakteri,  Şumer  allahlarının  çoxu  kimi,  təzadlıdır. 
O həm mərhəmətli,  həm də qəddardır,  dəqiq desək,  nə mərhəmətlidir, 
nə  də  qəddardır,  ancaq  hər  iki  vəziyyəti  özündə  birləşdirən  nəsə 
obyektiv  ədalətin  daşıyıcısıdır.  Hər  halda,  əgər  onun  antropomorf 
simasından  danışsaq,  onun  obrazında  qəddarlıq,  şıltaqlıq,  onun 
əhvai-ruhiyyəsindəki  bəlkə  də  məğzindən  asılı  olan  dəyişikliyin 
sezilməzliyi  cizgilərinin  olduğunu deməyə bütün əsaslar var.  “En-lil” 
məvhumunu  “hakim-külək”  (hava,  küləyin  əsməsi)”  kimi  izah etmək 
olar.  Daşqın  haqqında  rəvayətin  həm  şumer,  həm  də  akkad 
variantında  Enlil  insanların  hamılıqla  məhvinin  şüurlu  tərəfdarıdır: 
məsələn,  Atraxasis haqqında eposda birbaşa deyilir ki,  onu insanlann 
səs  -  küyü  narahat  edir  və  qıcıqlandırır,  ona  yatmağa  mane  olurlar. 
Əfsanələrin  çoxunda  insanların  bilavasitə  müdafiəçisi  rolunu  Enlil 
deyil,  hiyləgər  Enki  oynayır.  O,  baş  allahın  ciddi  ədalətliliyinə  qarşı 
həmişə vasitə ixtira edir.
48  Ən  populyar  Şumer  epik  himnlərindən  biri  olan  bu  himn 
dəfələrlə  nəşr  ounmuş  və  şərh  edilmişdir.  Rus  dilində  bax:  «Поезия 
и Проза»,  s.  136-137.
49  Bu  mətnin  Kramer  və  A.  Falkenşteyn  tərəfindən  edilmiş 
tərcümələri  daha  məşhurdur  (Bemhardi  İnez  und  Kramer  S.  N.  Enki
269


und  die  Weltordnunq.  Jena,  1959;  Falkenşteyn  A.  Enki  und  die 
Weltorhnunq.  Zeitschriflt  fur  Assyrioloqie,  56,  s.  44.  Vaxta  görə 
axırıncı  tərcümə - Benito  C.  Enki  and the Worldorder (Dissertation), 
1969.  Ann Arbor Mikrofılms, 70-76,  s.  124.
50  Giqumu -  məbəd  kompleksinin  müqəddəs  yeri.  Kramerdə: 
“Sənin geniş meşəndə”  (?).
51  Tam  nəşr,  tərcümə  və  geniş  şərh,  bax:  Flüqqe  G.  Der 
Muthos  “İnanna  und  Enki”  unter  beconderer  Betücasichtiqunq  der 
liste  der  me.  В,  1973.  O,  bu  işi  doktorluq  dissertasiyası  kimi  yerinə 
yetirmişdir.  Onun  əsas  hissəsi  Amerikada professor Kramer və  onun 
şagirdi  Ake  Şyebergin  rəhbərliyi  altında  yazılmışdır.  Onun  işindən 
sonra  “me”  siyahısı  başqa  cür  görünür,  buna  baxmayaraq  bir  sıra 
adların  mənası  əvvəlki  kimi,  aydın  olmayan  və  mübahisəli  olaraq 
qalır.
52  “Hin-Şubur  (a)”  -   “ilahə-donuz”  -   həm  də  məsləhətçi  -  
vəzir  vəzifəsini  yerinə  yetirən  ilahə  İnannanın  nümayəndəsinin 
(nümayəndə qadın) adıdır.  Müasir şumerologiyada hesab  edilir ki,  bu 
məxluq  kişi  yox,  qadın  cinsindəndir.  Fləqiqətdə  isə  o,  görünür, 
hermafroditdir.
53  Himnin  yeni  tam  tərcüməsi  bax:  Heimpel  W.  The  Nanshe 
Hymn-Journal of Cuneiform  Studies.  Vol.  33/2,  1981,  s.  65-139.
54  Mətnin  yeni  nəşri  bax:  Benito  C.  Enki  and  Ninmach. 
Dissertation,  1969,  Ann Arbor.  70-16,  124.
Mətn,  əvvəlki  kimi, 
çox  çətin  başa  düşülür,  güclü 
fraqmentləşmişdir  və  başa  düşülməyən  yerlərin  bərpası  üçün  yeni 
nüsxələrin  tapıntısını  gözləyir.  Lakin  artıq  indidən  məlumdur ki,  bu, 
ən vacib  mifoloji  mətnlərdən biridir.  Məzmununa görə  ona ən yaxını 
Atraxasis  haqqında  Akkad  əfsanəsidir.  Onun  birinci  hissəsinin 
əsasını,  görünür,  Şumer  rəvayəti  təşkil  edir.  Həm  də  aydındır ki,  bu 
əfsanədə  ayrı-ayrı  yerlər  təqlid  edilmişdir,  bəlkə  də  aktın  özü 
keyfiyyətsiz  adamların  yaradıcılığıdır.  Rəvayətin  sonunda  deyilir  ki, 
Ninmax  allah  Enkiyə  rəqib  deyil.  Bu  sonluq  təsəvvür  etməyə  imkan 
verir ki,  rəvayətin  yaradılmasının  məqsədlərindən  biri  ilahə-yaradıcı 
kimi  Ninmaxın  rolunu  azaltmaq,  allah-müdrik  və  kələkbaz  Enkinin 
rolunu  şişirtməkdir.  O,  hər  şeyi  elə  qura  bilər  ki,  Ninmax  Enkinin
270
yaratdıqları  ilə  heç  nə  edə  bilməsin.  Onun  özü  isə  üzərinə  düşən 
analoji vəzifənin öhdəsindən çox məharətlə gəlmişdir.
53  Mətnin  yeni  tam  nəşri  bax:  Alster  B.  Vanstiphout, 
Presentation  and  Analysis  of  a  Sumerian  Disputution  -   Acta 
Şumeroloqika,  9june,  s.  1-43.
Mətnin  72-ci  sətiri  təsdiq  etməyə  tam  əsas  verir  ki,  Laxar 
allah  deyil,  ilahədir,  “İlahə-qoyundur”,  çünki  Aşnan  ona  “bacı’ deyə 
müraciət edir!”
56  35-36-cı  sətirlərdəki  kimi,  20-21-ci  sətirlərdə  də  çox  vacib 
mifoloji  topos vardır,  lakin başqa materialların işığında  onların izahı 
Kramerin  təklif  etdiyindən  fərqlənir.  Mətndə  (ruscaya  tərcümənin 
birinci  nəşrində  belədir).  Anunnakilərin  çörək  yemədikləri,  paltar 
geyinmədikləri  və  s.  haqqında  danışılmır,  ancaq  “çox  uzaq  günlərin 
insanlan” belə vəziyyətdə idilər, yəni  insan cəmiyyətinin ibtidai icma 
vəziyyətində  olduğu  barədə  danışılır.  Və  sonra  insanın  yaranması 
haqqında  deyil,  onun  yeni  keyfiyyətə  keçməsi  haqqında  danışılır. 
İnsanlar Taxıl və  Qoyun  hədiyyələrini  yeməyi  öyrəndikdən və  paltar 
geyindikdən  sonra  mədəniyyətin  yeni  mərhələsinə  keçirlər.  Artıq 
insanlar  onlara  hədiyyə  edilmiş  bolluğu  saxlayaraq  öz  qurbanlan  ilə 
allahlan da yedizarə bilərlər.
57  Dərc  edilən  və  məşhur  olan  ibrətli  hekayələrin,  atalar 
sözlərinin,  zərb-məsəllərin,  təmsillərin və lətifələrin sayı  artır.  Qədim 
Şumer  mədəniyyət  mərkəzi  Nippurdan  şimal-qərbdə  yerləşən  Abu- 
Salvabihdə  70-ci  illərdə  aparılan  qazıntılar  xüsusilə  maraqlı 
materiallar  vermişlər.  Orada  e.  ə.  təxminən  2500-cü  ilə  aid  Şumer 
ədəbi  əsərləri  tapılmışdır.  Belə  desək,  “Müdrik  Şuruppakın 
nəsihətləri”  də  onların  arasındadır.  Üç  yüz  sətirlik  əsər  müdrik 
Şuruppakın  adına  çıxılan  atalar  sözləri  və  aforizmlər  toplusudur. 
Şumer Noyu  Ziusudranın  atası  Şuruppak  öz  oğluna  nəsihət verərək, 
mətndə  dəfələrlə  qeyd  edildiyi  kimi,  ona  “ataların  məsləhətlərini 
çatdırırdı.  Bu, beləliklə,  müstəqil  əsərə  çevrilmiş bizə məlum olan  ən 
qədim  atalar  sözləri  toplularından  biridir.  Ancaq  daha  zəif 
sistemləşdirilmiş 
başqa 
qədim 
kitabçalar 
da  var. 
Məktəb 
lövhəciklərində  şagirdlərin  əlləri  ilə  yazılmış  atalar  sözləri  və  zərb 
məsəllər  də  bizə  qədər  gəlib  çatmışdır.  Belə  mətnlərin  məktəb  təlim
271


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə