Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə34/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   30   31   32   33   34   35   36   37   ...   66

Poemanın  sonu  xoşbəxtlikdir.  Şair  bizə  xəbər  verir  ki, 
əzabkeşin  ibadətləri  yerdə  qalmır,  allah  onun  yalvarışlarını  eşidir  və 
onu  bütün  bəlalardan  xilas  edir.  Əlbəttə,  bütün  bunlar  allaha  yeni 
təriflərə gətirib çıxarır.
Mən  poema  haqqında  müəyyən  təsəvvür  yaratmaq  üçün 
aşağıda  bir  sıra  başa  düşülən  parçalan  verirəm.  Oxucu  yaddan 
çıxarmamalıdır ki,  şumer dili  hələ axıra kimi  açılmamışdır və bir çox 
mətnlər vaxt keçdikcə yenidən öyrəniləcək və düzəldiləcəkdir.
Budur,  əzab çəkən insan ibadətlə öz allahına müraciət edir:
Müdrik kişiyəm mən, biliyimi qəbul  etməlidirlər.
Mənim doğru sözüm yalana çevrildi.
Sanki  cənub küləyi məni ağuşuna alır, boyunduruğa salır!
Qərəzkar sənin qarşısında mənə böhtan yağdırdı.
Əzablar  -   onlann  bütün  ağrılannı,  onlann  bütün  dərdlərimi  -  
bütün sən verirsən mənə
Mən evə girirəm -  gələcək bəddir!
Kişiyəm mən, küçəyə çıxıram -  ürəyim parçalanır.
Mən  qəhrəmanam,  mənim  rahib  keşişim  qəzəblidir,  mənə 
qəzəbli gözlərlə baxır.
Məni  qovana  mən  düşmən  deyiləm,  mənim  üstümə  bəd  əlini 
qoydu.
Mənim yoldaşım mənə bir doğru söz söyləmədi.
Mənim dostum həqiqi sözlərimə inanmadı.
Yalançı mənə gizli böhtan atdı.
İlahi,  sən də ona etiraz etmədin!
Müdrikəm mən, nə üçün savadsız uşaqların yanına atılmışam9
Bilikliyəm,  ancaq avam  sayılıram,  nə üçün?
Çörək çoxdur,  ancaq mənim qidam -  aclıq.
Hamıya pay verilən gün mənim payım əzab oldu.
Allah,  sənin qarşında duraram!
Sözlərimi sənin qarşında deyirəm
Mənim  sözlərim -  ah-ufdur ağır!
Bunları  sənə deyərəm, qəmli yolumu ağlayaram!
Mənim əzablanm haqqında danışaram.
Qoy  doğma anam sənin qarşında mənim ağılarımı  deməsin!
142
Qoy bacım  sənin qarşında sevinc mahnısı  oxumasın,
Acı  göz  yaşlarında,  hıçqırtılarda  mənim  bədbəxtliklərim 
haqqında sənə söyləsin!
Əzablanm haqqında qoy  arvadım desin,
Ən yaxşı  müğənni  qoy  mənim  dərdimi  ağlasın!
İlahi!  Ölkənin üstünə gün  doğub, mənim  günümsə qapqaradır! 
Çün parlayır, gözəl  gün, gücə bənzər...
Ağılar və göz yaşlan  səfeh gələcəklə ürəyimdə yuva salmışlar! 
Dərdlər bürümüş məni  ağlayan  uşaq kimi!
Namtar bərk tutmuş məni,  həyat nəfəsini  məndən aparmış! 
Bədənimə suya girən  kimi  xəstəliyin qəzəbli  şeytanı girmişdir. 
Allahını  mənim!  Sən  ki  atasan,  mənim valideynim! 
imdad ver ayağa qalxım!
Müqəddəs  inək  kimi  təmiz...şəfqət  üçün...mənim  fəğanım  və 
hıçqırıqlarım
Məni  tam  inkar edəcəksən,  müdafiəsiz qoyacaqsan  məni9 
Öküz kimi...
Haraya qədər icazəsiz götürməyəcəyəm?
Onlar  deyirlər  --  müdrik  kişilər,  qəhrəmanlar  -   həqiqət  sözü 
deyirlər onlar.
Heç bir insan  balası  qadın  bətnindən günahsız çıxmır,
Qədimdən dünyada eyibsiz yeniyetmə olmamışdır.
İnsan  öz  allahına  belə  şikayət  edir və  yalvarır.  Poema  xoşbəxt 
sonluqla bilir:
Və allah  insanın  ibadətini  və yalvarışlarını  eşitdi.
Onun  ağılan,  onun göz yaşları yumşaltdı  allahının ürəyini 
Onun  dediyi  sadə,  dindar sözlərini  qəbul  elədi  allalı 
Kişi!  Onun  ibadətinin  sözlərini  tanıdı  allah,
Çünki  xoş sözləri  onun  allahın cisminə xoş gəldi  - 
Allah  öz acıqlı  sözlərindən  əl  götürdü 
..  ürəyə əzab verən,  .qucaqladı  o.
Şeytan  xəstəliyi  kənara  apardı,  onu  əhatə  edəni,  qanadlarını 
geniş açdı.
Onu qəddarcasına parçalayan xəstəlik ağrıları  dağıldı,
143


O, Namtarı  kənar etdi,  onun  qərar-əmrilə dayananı
Kişi!  Onun əzablarını doğrudan sevincə çevirdi!
Xoş ruhu onun yanma qoydu, gözətçi  etdi.
İlahə - hamini ona xoş baxışla verdi  o.
İndi  isə yüksəklikdən  adiliyə,  nəsihətçilikdən  gündəlik  həyata, 
poetik  ibadətlərdən  prozaik atalar  sözlərinə  və  zərb  məsəllərə  keçək. 
Xalqın  ruhu  atalar  sözlərində  daha  parlaq  ifadə  olunur,  çünki  onlar 
bizə xalqın  əsil  niyyətini,  qayğılarını,  insanın  gündəlik  fəaliyyətinin 
əsasını  təşkil  edən və  şairlərin  öz bədii  əsərlərində  bəzədikləri  daxili 
hisslərini  açırlar.  Hazırda yüzlərlə  şumer  atalar  sözləri  və  hikmətləri 
açılır  və  tərcümə  olunur.  Burada  Edmund  Qordonun  xidmətləri 
böyükdür.  Biz  aşağıdakı  fəsildə  belə  hikmətlərin  bir  neçəsi  ilə  tanış 
olacağıq.
144
17.  QƏDİMLƏRİN MÜDRİKLİYİ.
İLK ATALAR SÖZLƏRİ VƏ 
ZƏRB - MƏSƏLLƏR
Uzun  müddət  hesab  olunurdu  ki,  Bibliya  əxlaqi  hekayətlər 
kitabı  bəşəriyyət tarixində  atalar  sözləri  və  zərb-məsəllərin  ən  qədim 
yazısıdır.  Təqribən yüz əlli  il  bundan əvvəl  Qədim  Misir mədəniyyəti 
aşkar  edildikdə  aydın  oldu  ki,  Misir  atalar  sözləri  və  zərb-məsəlləri 
topiulan  var  və  onlar  qədim  yəhudilərinkindən  çox  yaşlıdır.  Ancaq 
bu  toplular  da  insan  tərəfindən  qeydə  alınmış  yazılı  aforizmlərin  və 
kəlamların  lap  birincisi  deyildir.  Şumer  atalar  sözləri  və  zərb- 
məsəlləri  topluları  bizə  məlum  olaıı  bütün  -  əgər  hamısı  olmasa  da  -  
Misir toplularından bir neçə yüzillik qədimdir.
Biz  iyirmi  il  əvvəl  şumer  dilində  bizə gəlib  çatmış  bir  dənə  də 
olsun  şumer  atalar  sözü  bilmirdik.  Cəmi  bir  neçə  kəlam  dərc 
edilmişdi.  Onların  hamısı  şumer  mətninin  akkad  dilinə  tərcüməsi  ilə 
müşayət  olunan  və  e.ə.  I  minilliyə  aid  lövhəciklərdən  köçürülmüşdü 
Yalnız  1934-cü  ildə  Edvard  Kyera Pensilvani  universiteti  Filadelfıya 
Muzeyinin  Nippur  kolleksiyasından  bir  sıra  fraqmentlər,  lövhəciklər 
dərc  etdirdi.  Onların  hamısı  e.ə.  XVIII  əsrə  aid  idi  və  onlar  aydın 
deyirdilər ki,  Şumer mirzələri  çoxlu  sayda belə atalar sözləri  və zərb- 
məsəllər  topluları  tərtib etmişlər.
1937-ci  ildən  başlayaraq  mən  bu  ədəbi  janra  çox  vaxt  sərf 
etdim.  İstanbul  Qədim  Şərq  Muzeyində  və  Pensilvani  universiteti 
Muzeyində  çoxlu  miqdarda  atalar  sözlərini  aşkar  etmək  mənə  nəsib 
oldu  Ancaq  1951-1952-ci  illərdə  mən  İstanbulda  saxlanılan  səksən 
lövhəcikdən  və  fraqmentlərdən  ibarət  bütün  materialı  transkripsiya 
edə bildim
Filadelfıyaya  qayıtdıqdan  sonra  gördüm  ki,  Universitet 
Muzeyində  atalar  sözləri  yazılmış  daha  yüzlərlə  fraqmentlər 
saxlanılır  və  başa  düşdüm  ki,  bu  böyük  materialın  öhdəsindən  tək 
gələ  bilmərəm;  Şumer ədəbiyyatının tədqiq olunmamış
145


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə