Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə26/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   22   23   24   25   26   27   28   29   ...   66

Haçan yer səmadan aralandı, bax nə vaxt,
Haçan adamlann adı müəyyən oldu, bax nə vaxt,
Haçan An səmanı  özüyə apardı, bax nə vaxt 
Enlilsə özünə Yeri götürdü,  bax nə vaxt...
Mən  bu  sətirləri  tərcümə  edərkən  onları  analiz  edərək  nəticəyə 
gəldim ki,  onlarda aşağıdakı  kosmoqonik təsəvvürlər var:
1) Nə vaxtsa göy və yer vahid olmuşlar;
2) Bəzi allahlar göyün yerdən  ayrılmasından əvvəl olmuşlar;
3)  Göy yerdən  ayrıldıqdan  sonra səma allahı  An göyü  qaldırdı, 
hava allahı  Enlil yeri aşağı  saldı  (orijinalda -  An göyü “apardı”, Enlil 
yeri  “apardı”)
Bu  parça  aşağıdakı  əsas  məsələlərdən  heç  nə  danışmır  və 
onlara hətta dolayısı  ilə də toxunmur:
1.  Əgər şumerlər özlərində yerin və göyün əbədi  olmadığını, nə 
vaxtsa yarandığını təsəvvür edirdilərsə,  bəs onları kim yaratmışdır?
2.  Onların  təsəvvüründə  yerin  və  göyün  forması  necə 
olmuşdur?
3.  Göydən yeri  kim ayırmışdır?
Mən  əlimdə  olan  şumer  mətnlərində  axtarışlar  edərək  bu  üç 
suala aşağıdakı  cavablan tapdım:
1.  Şumer  allahlannın  siyahısı  verilmiş  lövhəcikdə  ilahə 
Nammunun  adı  əzəli  okean  mənası  verən  piktoqrafık  işarə  ilə  əks 
olunmuşdur  və  o,  “göyü  və  yeri  doğan  ana”  adlandırılmışdır. 
Beləliklə,  şumerlərin nəzərində göyü  və yeri  əzəli  okean yaratmışdır.
2.  Səmada  doğulmuş,  sonradan  insan  nəslinə  çiçəklənmə 
gətirən  heyvan  və  taxıl  allahları  haqqına  “Heyvan  və  taxıl”  əfsanəsi 
(bax f.  15) aşağıdakı  sətirlərlə başlayır:
Yer və Səma dağında
Nə vaxt ki An Anunnakları  yaratdı...
3.  Toxanın,  bu  vacib  əmək  alətinin  hazırlanmasını  və 
əvəzlənməsini təsvir edən poema aşağıdakı  kimi başlayır:
Hökmdar xeyri  olanı  yaratmaq üçün,
Hökmdarın qərarı  dəyişilməzdir,
Torpaqla “tarla” taxılı  gətirən Enlil 
Göyü yerdən ayırmağı  qərara aldı,
Qərara aldı  ki, yeri  səmadan aralasın.
“Heyvan  və  taxıl”  əfsanəsinin  birinci  sətrinə  əsasən  təsəvvür 
etmək  olar  ki,  yer  və  göy  vahid  halda  olduğu  vaxt  onalr  dağ  olmuş, 
ətəyi,  zirvəsi  isə  göy  olmuşdur.  Göyü yerdən  kim  ayırmışdır  sualına 
toxa  haqqında  poema  belə  cavab  verir:  bunu  hava  allahı  Enlil 
etmişdir.
Şumer 
mətnlərində 
mənim 
axtarışlarım 
belə 
nəticəyə 
gətirdikdən sonra  şumerlərin kosmoqonik təsəvvürlərini, yəni  onların 
dünyanın yaranması  haqqında təsəvvürlərini  ümumiləşdirmək imkanı 
yarandı.
Şumerlər kainatın yaranmasını aşağıdakı  qaydada izah edirlər:
“Əvvəlcə  əzəli  okean  omuşdur.  Onun  meydana gəlməsi,  yaxud 
yaranması  barədə  heç  nə  deyilmir.  Şumerlərin  təsəvvürünə  görə  o, 
əbədi  mövcud olmuşdur.
2.  Əzəli  okean yerdən və səmadan ibarət olan dağı yaratmışdır.
3.  İnsan  simasında  allah  kimi  yaradılmış  allah  An  (səma)  və 
ilahə Ki  (yer) hava allahı  Enlili  yaratmışlar.
4.  Hava  allahı  Enlil  səmanı  yerdən  ayırmışdır.  Onun  atası  An 
göyü  daldıran  (aparan)  zaman  Enlil  özü  yeri,  öz  anasını  endirmişdir 
(aparmışdır).  Enlilin  öz  anası  -   yerlə  izdivacı  yerin  quruluşunun  -  
insanın, 
heyvanın, 
bitkinin 
yarnmasının 
və 
mədəniyyətin 
təşəkkülünün başlanğıcını  qoymuşdur.
Səma  cisimləri  -   ayııı,  günəşin,  planetlərin  və  ulduzların 
mənşəyinə  gəlincə  -  burada  birbaşa,  demək  olar,  heç  bir  məlumat 
yoxdur.  Lakin  hətta  ən  qədim  Şumer  mənbələrində  iki  adla  -   Sin  və 
Nanna  adları  ilə  məşhur  olan  ay  allahını  hava  allahı  Enlilin  oğlu 
adlandırırdılar.  Bu  faktdan  nəticə  çıxarmaq  olar  ki,  onlar  ayı  hansı 
vasitə  iləsə atmosferdən  yaranmış  parlaq  havaya  bənzər cisim  hesab 
edirdilər.  Öz növbəsində günəş allahı  Utu və  Venera  planetinin  allahı 
İnanna  bütün  Şumer  mətnlərində  ay  allahının  uşaqları  adlandırılırlar. 
Yəqin  şumerlər  hesab  edirdilər  ki,  bu  iki  göy  cismi  atmosferdən 
çıxdıqdan  sonra  ay  tərəfindən  yaradılmışdır.  Bu,  qalan  digər 
planetlərə və ulduzlara da aiddir.  Mətnlərdə obrazlı  şəkildə deyilir ki, 
“böyüklər vəhşi  öküzlər kimi  (ayın) yanında hərəkət edir”, “balacalar 
isə dən kimi  (ayın) yanına səpələnmişlər”.
108
109


Ay  allahı  Sinin  yaranması  haqqında  füsunkar,  dərin  insani 
rəvayət  saxlanılmışdır.  Görününr,  bu  əfsanə  daha bəxtəvər allahlann 
məskunlaşdığı  Səma  Şərqi  (işıqlı) əvəzinə yeraltı  (qaranlıq) dünyada 
yaşamağa  məhkum  edilmiş  bu  allahın  və  digər  daha  üç  allahın 
yaranmasını  izah  etmək  üçün  yaradılmışdır.  Mənim  bu  əfsanəni 
bərpa  və  tərcümə  etmək  üçün  birinci  cəhdim  1944-cü  ildə  çapdan 
çıxan  “ Şumer  mifologiyası”  kitabımda  verilmişdir.  Ancaq  əsatirin 
fabulasının  mənim  açılışımda  mətndəki  buraxılışlar,  həmçinin  bir 
sıra  düzgün  olmayan  nəticələr  səbəbindən  ciddi  səhvlərə  yol 
verilmişdir.
1946-cı  ildə  T.Yakobsen  dərc  etdirdiyi  (Journal  of  Near 
Eastern  Studies,  vol.  V)  ciddi,  inamlı  məqaləsində  mətni  düzəltmiş 
və  onu  izah  etmişdir.  Bundan  başqa,  1952-ci  ildə  Şərq  institutunun 
və  Pensilvani  Universiteti  Muzeyinin  birgə  ekspedisiyası  Nippurda 
qazıntı  işləri  apararkən  bu əfsanə ilə yaxşı  qalmış  lövhəcik tapmışlar. 
Həmin  lövhəcik  onun  birinci  hissəsində  bir  sıra  buraxılışları  bərpa 
etməyə  və  bütünlükdə  poemanın  mənasını  xeyli  aydınlaşdırmağa 
imkan  vermişdir.  Yakobsenin  qeydlərini  və  Nippurda  tapılmış 
lövhəcikdən  əlavələri  nəzərə  almaqla  bu  əfsanəni  belə  şərh  etmək 
olar.44
hələ  insan  yaranmamışdan  Nippur  şəhərində  ancaq  allahlar 
yaşayırdılar:  “onun  oğlu”  allah  Enlil,  “onun  qızı”  ilahə  Ninlil,  “onun 
qarısı”  Ninlinin  anası  Nunbarşeğunu  olmuşdur.  Bir  gün  Ninlillə 
Enlili  evləndirmək  üçün  Nunbarşequnu  ürəklə  və  ağılla  əyilərək  öz 
qızma belə dedi .
- Qadın  Axınının”  suları  işıqlı,  onun  səthləri təmizdir,  ancaq  sən 
onlarda  çimmə.
Və “Knyaz Axınının” sahilinə Ninlil,  sən  getmə.
Aydıngözlü,  itigözlü Hakim  -  onun gözləri  səni  görəcək
Nəhəng Sıldıdrm,  Enlil ata -  onun gözləri  səni  görəcək.
Keşiş,  tale həll  edən, itigözlü -  onun gözləri  səni  görəcək.
O,  kök qaldıracaq,  o səni  qucaqlayacaq,
Ürəyinin  sevincini,  kef  toxumunu  bətninə  buraxacaq,  sonra 
gedəcək.
Ancaq  Ninlil  anasının məsləhətlərinə qulaq asmadı.45
“Qadın  Axınının”  sulan  aydın,  onun  səthləri  təmizdir  və  o, 
onlarda çimir.
Ninlil, “Knyaz Axınının”  sahilinə gedir o.
Aydın gözlü,  iti  gözlü Hakim -  onun gözləri gördü onu.
Nəhəng Sıldınm, Enlil  ata, itigözlü -  onun gözləri  gördü onu.
Keşiş, taie həll  edən, itigözlü -  onun gözləri  gördü onu.
Hakim  səninlə yaxın  olacağam -  ona deyir,  o isə istəmir.
Enlil  -  səninlə yaxın  olacağam  ona deyir,  o isə istəmir.
Mənim  qasığım  balacadır, yaxın  olmağı  bilmir,
Mənim dodaqlarım gəncdir, öpməyi bacarmırlar...
Enlil  öz  viziri  Nuskuya  müraciət  edərək  gözəl  Ninlilə  sahib 
çıxmaq  istədiyini  deyir  Nusku  öz  barkasını  ona  verir.  Enlil  Ninlillə 
birlikdə  çayla  üzür  və  üzən  zaman  Enlil  qızı  zorlayır.  Ay  allahı  Sin 
belə  yaranır.  Lakin  bu  əxlaqsız  hərəkət  allahları  qəzəbləndirir  və 
Enlil  onların  ağası  olduğuna  baxmayaraq  allahlar onu  tutub  şəhərdən 
yeraltı  səltənətə qovurlar.
Sonrakı  parça  çox  maraqlıdır,  o  müəyyən  dərəcədə  Şumer 
Panteonunun quruluşunu izah edir.
Enlil  Kiurutü həyətindən  keçir
Elnlil  Ki urun həyətindən  keçən zaman,
Bütün  əlli  böyük  allah,
Və yeddi  allah,  tale həll  edənlər,
Enlili  Kiurda onlar yaxalayırlar.
Budur,  Enlil  allahların  qərarına tabe olaraq  şumer cəhənnəminə 
yola  düşdü.  Ancaq  onun  uşağını  artıq  bətnində  gəzdirən  Ninlil 
Enlil dən  ayrılmaq  istəmədi  və  onun  ardınca  yeraltı  səltənətə  getdi. 
Ən  iri  səma  cismi,  ayı  idarə  etmək  üçün  yaranan  onun  oğlu  Sinin 
göylərdə  işıq  saçmaq  əvəzinə  qaranlıq  yeraltı  dünyada  donacaq  fikri 
Enlili  çox  həyəcanlandırdı 
O,  bundan  qaçmaq  üçün  olduqca 
mürəkkəb  plan  hazırlayır.  Nippurdan  cəhənnəmə  gedən  yolda 
yolçulara  üç  canlı  məxluq  (görünür,  onlar  kiçik  allahlardır): 
cəhənnəm  darvazasının  gözətçisi,  “Cəhənnəm  çayının  adamı”  və 
arabaçı  -  Şumer  Haronu  rast  gəlir.  Onlar  ölüləri  çayın  bir  sahilinə 
keçirirdilər.  Enlil  nə edir9  O,  növbə ilə bu üç cəhənnəm
110
111


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə