Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə17/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   13   14   15   16   17   18   19   20   ...   66

Xüsusi  tarixi  əhəmiyyət  kəsb  etdiklərinə  görə  bu  üç  qanunun  tərtib 
olunduqları  dildə bərpa olunması vacibdir.  Budur latın transkripsiyalı 
Şumer mətninin paralel tərcüməsi:
tukum-bi 
(lu-lu-ra 
ğish-ta)
...a-ni
girinkud
10-gin-ku-babbar
1-la-e
Əgər
(adam adama 
alətlə...)
onu...
ayağım kəsdi, 
gümüşlə  10 şekel 
o ödəməlidir.
tukum-bi
lu-lu-ra
gish-tukul-ta
gir-pad-du
al-mi-ra-ni
in-zi-ir
i-ma-na-ku-babar
i-la-e
Əgər
adam adama 
silahla
sümüyünü
з
sındırdı,
gümüşlə  1  mina 
o ödəməlidir.
tukum-bi
lu-lu-ra
geshpu-ta
ka-...in-kud
2/3  ma-na-ku-babar
i-ta-e
Əgər
adam  adama 
“reşpu”  adəti  ilə 
burnunu kəsdi  (r?) 
gümüşlə 2/3  mina 
ödəməlidir.
Ur-Nammu  özünün  dünyada  ilk  qanunverici  titulunu  nə  qədər 
qoruya  biləcək?  Çətin  ki,  bu  uzun  müddət  çəkə.  Şumerdə  Ur- 
Nammudan  da  çox  qədim  və  digər  qanunvericilər  olduğu  barədə 
məlumatlar  var.  Gec-tez  hansısa  bir  uğurlu  arxeoloq  Ur-Nammunun 
qanunlarından yüz, bəlkə də daha çox  qədim olan qanunların mətninə 
rast gələcəkdir.
70
Qədim  şumerlər  üçün  ədalət  və  qanun  həm  nəzəriyyədə,  həm 
də  təcrübədə  başlıca  anlayışlar  olmuşdur:  Şumerin  bütün  ictimai  və 
iqtisadi  həyatı  onlara  əsaslanırdı.  XIX  əsrdə  arxeoloqlar  müxtəlif 
hüquqi  mətnlərlə  minlərlə  palçıq  lövhəciklər tapmışlar:  müqavilələr, 
razılaşmalar,  vəsiyyətnamələr, veksellər,  qəbzlər, məhkəmə qərarları. 
Qədim  Şumerdə yuxarı  qrup  şagirdləri  qanunların öyrənilməsinə  çox 
vaxt  sərf  edir  və  çətin,  spesifik  hüquqi  formaları  səylə  öyrənir, 
həmçinin,  sonradan  hüquqi  misallara  çevrilən  qanunlar toplularını  və 
məhkəmə  qərarlarını  köçürürdülər  1950-ci  ildə  qərarlardan  birinin 
tam  mətni  dərc  edilmişdir.  “Susmağı  bacaran  arvadın  işi” 
adlandırmaq  olan  bu  sənəd  haqqında  doqquzuncu  fəsildə  söhbət 
gedəcək.
71


9.  ƏDLİYYƏ.
BİRİNCİ HÜQUQİ PRESEDENT.
E.  ə.  təxminən  1850-ci  ildə  Şumerdə  adam  öldürülmüşdür.  Üç 
adam,  bərbər,  bağban  və  peşəsi  göstərilməyən  daha  bir  adam  Lu- 
Inanna  adlı  bir  axsaq  məmuru  öldürmüşlər.  Cinayətkarlar  sonradan, 
məlum  olmayan səbəblərdən,  məmurun arvadı  Nin-daduya bu barədə 
xəbər  vermişlər.  Təəccüblü  olsa  da  qadın  bu  barədə  susmağı  üstün 
tutmuş və hakimiyyətə xəbər verməmişdir.
Ancaq  o  dövr  üçün  yüksək  mədəniyyətli  Şumer  ölkəsində 
ədalət məhkəməsinin  əli  uzun  idi.  İqamətgahı  İşin  şəhərində  olan  çar 
Uı-Ninurta  bu  hadisə  haqqında  xəbər  tutur.  O,  bu  işi  araşdırmağı 
Nippurun  ali  məhkəmə  funksiyalarını  yerinə  yetirən  vətəndaşlarının 
məclisinə 
tapşırır. 
İclasda 
doqquz 
adam 
çıxış 
edərək 
günahlandırılanlara  ölüm  hökmü  çıxarılmasını  tələb  edirlər.  Onlar 
həmçinin  tələb  edirlər  ki,  nəinki  qatilləri,  həm  də  öidürülənin 
arvadını  da  edam  etmək  lazımdır.  Görünür,  onlar ərinin  öldürüldüyü 
haqqında  susduğuna  görə  baş  vermiş  cinayətdə  onu  iştirakçı  hesab 
edirdilər.
Ancaq  iclasda  iki  nəfər  günahlandırılan  arvadın  müdafiəsinə 
qalxdı.  Onlar sübut etdilər ki,  qadın  ölüm  hadisəsində iştirak  etməmiş 
və buna görə də cəzalandırıla bilməz.
Məclisin  üzvləri  müdafiənin  dəlilləri  ilə razılaşdılar.  Onlar elan 
etdilər  ki,  susmağı  üstün  tutan  qadının  buna  əsasları  olmuşdur.  Başa 
düşmək olar ki,  arvadın  əri  üzərinə dtişəıı  vəzifəni  yerinə yetirməmiş, 
onu  lazım  olan  hər  şeylə  təmin  etməmişdir.  Məhkəmənin  qərarı 
aşağıdakı  sözlərlə  bitir:  “Həqiqətən  öldürənləri  cəzalandırmaq 
kifayətdir”.  Beləliklə, yalnız üç kişi  məhkum  edilmişdir.
Bu  cinayət  prosesi  haqqında  palçıq  lövhəcik  üzərində  Şumer 
dilində  yazılmışdır.  Onu  Çikaqo  universiteti  Şərq  İnstitutunun  və 
Pensilvani  universiteti  Muzeyinin  birgə  təşkil  etdikləri  qazıntılar 
vaxtı  tapmışlar.  Mətni  T.Yakobsen  və  bu  kitabın  müəllifi  öyrənmiş 
və  tərcümə  etmişlər.  Ayrı-ayrı  sözlərin  və  ifadələrin  mənası  tam 
aydın  olmasa da mətnin  ümumi  fikrini  başa düşmək  olar.  Lövhəciyin
72
bir  küncü  qırılıb  düşmüşdür.  Lakin  Pensilvani  universiteti 
Muzeyinin  birinci  ekspedisiyasının  Nippurda  tapdığı  mətnin  başqa 
surətinin  kiçik  fraqmenti  əsasında  çatışmayan  sətirləri  bərpa  edə 
bildik. 
Eyni 
məhkəmə 
hesabatının 
iki 
surətinin 
bizim 
sərəncamımızda  olması  faktı  sübut  edir  ki,  “susan  arvad”  haqqında 
Nippur  vətəndaşları  məclisinin  qəran  Şumer  hüquqşünaslarına yaxşı 
məlum  olmuş,  hazırda  ABŞ  Ali  məhkəməsinin  qərarı  kimi,  hüquqi 
presedent  qüvvəsi  olmuşdur.
Həmin  sənəd  budur:
“Lu-sinin  oğlu  Nanna-siq;  Ku-Nannanın  oğlu  Ku-Enlil,  dəllək, 
və  Adda-kallının  qulu  Enlil-ennam,  bağban,  işakkunun  qulluqçusu 
Luqal-apindunun  oğlu  Lu-lnannanı  qətlə yetirmişlər.
Luqal-apidunun  oğlu  Lu-İnanna qətlə  yetirildikdən  sonra  onlar 
Lu-Ninurtanın  qızı,  Lu-İnannanın  arvadı  Nin-Dadaya  onun  ərini 
öldürdüklərini  dedilər.
Lu-Ninurtanın  qızı  Nin-Dada  ağzını  açmadı,  dodaqları  (onun) 
qapalı  qaldı.
Bu  iş  barədə  (onda)  İsina  (şəhəri)  çarına  məruzə  etdilər,  (və) 
Ur-Ninurta bu işə baxılmasını  Nippur məclisinə tapşırdı.
(Orada)  Luqai...  Dudunun  oğlu,  quştutan  Ur-Qula;  müştəri  Əli- 
Ellati;  Lu-sinin  oğlu  Buzu;  ...  Eanın  oğlu  Eluti;  hambal  Şeş-kalla (?); 
bağban  Luqal-kan;  Sin-andulanın  oğlu  Luqal-əzidə,  (və)  Şarın 
oğlu  Şeş-kala müraciət (məcliusə) etdilər və dedilər:
“Onların,  insanı  qətlə yetirənlərin yaşamağa haqları  yoxdur.  Bu 
üç kişi  və bu  qadın  məbəddə  İşakkunun  qulluqçusu,  Uqal-apindanın 
oğlu  Lu-İnannanın  taxtı  qarşısında edam  olunmalıdır”.
(Onda)  Ninurtanın  qulluqçus  Şu...-lilum...  (və)  bağban  Ubassin 
müraciət (məclisə) edərək  dedilər.
“Deyək  ki,  Lu-Ninurtanın  qızı  Nin-Dadanın  əri  öldürülmüşdür, 
(lakin) qadın nə etmişdir (?) ki,  o öldürülsün?”
(Onda) Nippur məclisi  (üzvləri) (onlara) müraciət edib dedi:
“Əri  tərəfindən  təmin  olunmayan  qadın  (?)  ərinin  düşmənlərini 
tanısa və  ərinin  öldüyünü  bilsə belə,  ərinin  qətlə yetirildiyi  barədə  nə 
üçün  susmamalıdır  (?)  Məgər  öz  ərini  (?)  öldürmüşdür?  Həqiqətən 
kimlər öldürüblərsə onları  cəzalandırmaq  kifayət edər”.
73


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə