Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə13/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   9   10   11   12   13   14   15   16   ...   66

Əlbəttə,  onlar janrların bir çoxunda,  xüsusilə epik rəvayətlərdə 
və  ağılarda  müəyyən  dərəcədə  tarixi  faktlara  söykənmişlər.  Ancaq 
Şumerdə  tarixi  janr  olmamışdır.  Görünür,  elmi  heç  olmazsa təbliğat 
(indi  biz  belə  deyərdik)  məqsədilə  öz  ölkələrinin  ardıcıl  tarixini 
yaratmaq 
şumer 
müəlliflərinin 
və 
pedaqoqlarının 
ağlına 
gəlməmişdir17.  Ona  görə  də  birtəhər  tarixi  adlandırılması  mümkün 
olan  tək-tük  şumer  sənədləri,  -   heykəllərdə,  stelalarda,  saxsı 
qablarda,  palçıq  konuslarda,  silindrlərdə  və  lövhəciklərdə  ithaf 
yazılarıdır.  Ancaq  burada  da  bu  və  ya  digər  hadisələr  allahların 
kəramətini  qazanmaq  xatirənə  qeyd  olunmuşdur.  Bu  yazılar  bir 
qayda  olaraq,  lakonikdir və  yaxınlarda  baş  vermiş  hadisələrə  aiddir. 
Onların  içərisində  elələri  də  vardır  ki,  müəllifləri  keçmiş  faktlara və 
vəziyyətlərə müraciət edirlər.  Bu aıtıq  tarixi  hekayənin  cücərtiləridir. 
O  dövr üçün (eramızdan  əvəl  2400  il  əvvəl)  bu,  dünya ədəbiyyatında 
analoqu olmayan faktdır.
Əlimizdə  olan  materiala  əsasən  deyə  bilərik  ki,  ən  birinci 
“tarixçilər”  Şumerin  cənubunda  Laqaşda  yaşamışlar.  E.ə.  2500-cü 
ildən  başlayaraq  bu  şəhər-dövlət  siyasi  və  hərbi  cəhətdən  başlıca rol 
oynamağa  başlamışdır.  Burada  Ur-Nanşenin  əsasını  qoyuğu  enerjili 
sülalə  hökmranlığ  edirdi.  Onun  nümayəndələri  arasında  qısa 
müddətdə,  demək  olar  ki,  bütün  şumerlərin  hökmdarı  olmuş  Ur- 
Nanşenin  müzəffər  nəvəsi  Eannatumun,  onun  qardaşı  Enannatumun 
və  axırıncının  oğlu  Etemenanın  adlarını  xüsusi  çəkmək  lazımdır. 
Laqaşın  ulduzu  ancaq  Ur-Nanşe  sülaləsinin  səkkizinci  hökmdarı 
Urukağınanın18  hakimiyyəti  zamanı  tamamilə  sönmüşdür.  Urukağına 
Ummadan  olan  Luqalzağğisə  qalib  gəlmiş,  onu  isə  öz  növbəsində 
böyük Saraqon  Akkadski darmadağın etmişdir.
Naməlum 
“tarixçilər”  Ur-Nanşenin  vaxtından  Urukağına 
hakimiyyəti  dövrünədək  Laqasın  siyasi  tarixini  bizə  çatdırmışlar  O. 
həmin  dövrün  müxtəlif  sənədləri  ilə  yanaşı  təqdim  olunur.  Onları 
tərtib  edən  insanlar,  göıünür,  saray  yaxud  məbəd  mirzələri  olmuş, 
təsvir olunan hadisələr haqqında məlumatları  birinci  əldən  almışlar.
Bu  sənədlərdən  biri  ifadə  aydınlığı  və  detalların  zənginliyi  ilə 
başqalarından  seçilir.  O,  Un-Nanşe  sülaləsindən  Laqaşın  beşinci 
hökmdarı  Entemenin  arxiv  mirzəsi  tərəfindən  tərtib  edilmişdir'7.  Bu
50
sənədin  ilkin  təyinatı  iki  şəhər-dövlətin  münaqişəsi  zamanı 
dağıdılmış  Laqaş  və  Umma  sərhəddindəki  xəndəyin  bərpasını  qeyd 
etmək  olmuşdur.  Lakin  bizim  mirzə  hadisələri  tarixi  perspektivdən 
işiqlandırmaq  istəmiş və onların  əsas  siyasi  səbəblərini  açmağı  lazım 
bilmişdir.  O,  əlbəttə,  təfsilatına  varmadan  əlində  olan  yazılı 
məlumatlar əsasında lap keçmiş  dövrdən, yəni  e.ə.  təxminən 2600-cü 
ildən,  Mesilimin  Şumerin  hakimi  olduğu  vaxtdan  başlayaraq 
birincilik uğrunda Laqaş və  Umma arasında gedən  mübarizənin  daha 
əhəmiyyətli  epizodları  haqqında söhbət açır.
Qeyd etmək lazımdır ki,  bizim mirzə tarixçiyə məxsus qaydada 
təsvir  manerasında  obyektivliyə  əsaslandırılmış  faktlara  söykənmir. 
O,  tarixi  hadisələri  özünün  teokratik  dünyabaxışının  ənənəvi  sxemi 
altına  salır.  Həmin  tarixi  sənədin  olduqca  orijinal  üslubu  buradan 
doğur.  İnsanların  qəhrəmanlığı  allahların  əməlləri  ilə  o  dərəcədə 
çulğalanmışdır ki,  hərdən  onların  birini  digərindən  ayırmaq  mümkün 
olmur.  Bax  buna  görə  də  sənədin  mətnindən  həqiqi  tarixi  hadisəni 
seçmək 
asan 
olmur. 
Bunun 
üçün 
şumeralogiyanın 
başqa 
mənbələrindən  əlavə  məlumatlar  cəlb  etməklə  böyük  həcmdə  iş 
görmək lazım gəlir.
Lakin 
ilahiyyat 
qabığından 
və 
siyasi 
frazelogiyadan 
təmizlənmiş  bu  sənəd  bir  çox  siyasi  hadisələr  barədə  ardıcıl  danışır 
və  bunlar  əldə  olan  digər  mənbələrlə  də  təsdiq  edilir.  Görək  o,  nə 
barədə söhbət açır.
Kiş  çarı  Mesilimin  bütün  Şumeri  formal  olsa  da  idarə  etdiyi 
vaxt  iki  şəhər-dövlət,  Laqaş  və  Umma  arasında  sərhəd  münaqişəsi 
yaranır.  Görünür,  hər  iki  şəhər  Mesilimi  özünün  baş  hakimi  kimi 
tanıyırdı.
Mesilim  konflekti  nizamlamaq  üçüçn  Sotranın  (mübahisələrin 
həllinə  baxan  allah)  falına  müraciət  edir  və  güya  onun  razılığına 
uyğun  Laqaş  və  Umma  arasında  sərhəddi  müəyyən  edir.  Bu 
səbəbdən  mübahisələr  bir  daha  təkrar  olunmamış  və  həmin  yerdə 
üstü yazılı  xatirə sütunu qoyulmuşdur.
Amma hər iki  tərəf rəmmalın  qərarı  ilə  razılaşsa  da,  görünür o, 
Ummadan  daha çox  Laqaşın xeyrinə olmuşdur.  Ona görə az keçmiş 
vaxt  dəqiq  göstərilmir,  ancaq  hesab  etmək  olar  ki,  söhbət  Ur-
51


Nanşenin  Laqaş  sülaləsinin  yarandığı  ərəfədən  gedir,  -   Ummanın 
Uş  admda  işakkusu  (ali  kahin  -   hökmdar)  müqaviləmi  pozur.  O, 
özünün  bu  öhdəliklərlə  əlaqədar  olmadığına  işarə  kimi  Mesilimin 
sütununu  yıxaraq  sərhəddi  keçir və  Laqaş  Quedima  adı  ilə  məlum 
olan  şimal  ərazisini  zəbt  edir.  Ur-Nanşenin  nəvəsi  Eannatumun 
hakimiyyəti  dövrünə  qədər  bu  torpaq  Ummanın  tabeçiliyində  qalır. 
Eannatum  bacarıqlı  sərkərdə  idi,  öz  qələbələrinə  görə  o  qədər 
yüksəlmişdi  ki,  hətta  bir  vaxt  “Kişin  çarı”,  yəni  bütün  Şumerin 
hökmdarı tituluna namizəd olmuşdu.
Bizim  salnaməçinin  sözlərinə  görə,  Eannatum Ummaya  hücum 
edir,  onun  qoşununu  darmadağın edərək Ummanın o vaxtkı  işakkusu 
Enakalli  ilə yeni  sərhəd  müqaviləsi  bağlayır.  O,  Quedinna  torpağının 
məhsuldar  olması  üçün  yeni  sərhəddə  paralel  kanal  qazmağı  əmr 
edir,  Mesilim  sütununu  yenidən  ucaldır,  həmçinin  öz  adından  bir 
neçə  yeni  sütun  qoydurur,  çoxlu  miqdarda  binalar,  Şumerin  baş 
allahlarının 
şərəfmə 
səcdəgahlar 
tikdirir. 
Eanatum 
yeni 
münaqişələrin  qarşısını  almaq  məqsədilə  Umma  tərəfdən  sərhəd 
kanalı  boyu  əkilməyən  torpaq  zolağını  -   özünəməxsus  “neytral 
torpaq”  saxlayır.
Nəhayət,  Eannatum  başqa  istiqamətdə  işğal  üçün  əl-qolunu 
açmaq  məqsədilə  müəyyən  mənada  qonşulan  ilə  barışmaq  üçün 
Quedinna  və  hətta  cənubdakı  torpaqlan  əkib-becərməyə  Umma 
sakinlərinə  icazə  verdi,  bu  zaman  o  şərt  qoydu  ki,  Umma  sakinləri 
torpaqdan  istifadə  haqqı  kimi  məhsulun  bir  hissəsini  Laqaş 
hökmdarına verməlidirlər.  Bu,  ona  və  onun  ardıcıllarına  əhəmiyyətli 
dərəcədə qazanc götürməyə imkan yaratdı.
indiyədək  Entemenin  arxiv  mirzəsi  Laqaş  və  Umma  arasındakı 
ötən  münaqişələrdən  söhbət  açır.  Bundan  sonra  o,  bu  şəhər-dövlətlər 
arasında  özünün  şahidi  olduğu  yeni  mübarizədən  danışır.  O, 
Eannatumun  “biabırçı”  şərtini  qəbul  edən,  Enakallın  oğlu  Ur-lumma 
ilə  Eannatumun  qardaşı  oğlu,  Enannatumun  oğlu  Entemen  arasında 
gedən döyüşləri  təsvir edir.
Eannatumun  qəti  qələbəsinə  baxmayaraq  Umma  sakinlərndən 
öz  güclərinə,  bəlkə də  əvvəlki  güclərinə  inam  yaranması  üçün  cəmi 
bir  nəslin  dəyişməsi  lazım  oldu.  Ur-lumma  Laqaşla  olan  təhqiredici
52
müqaviləni 
pozaraq, 
Ummanın 
üzərinə 
qoyulmuş 
xəracın 
ödənilməsindən  imtina  etdi.  Bundan  başqa  o,  sərhəd  kanalını 
“qurutdu”,  təhqiramiz  sözlərlə  Mesilimin  və  Eannatumun  sütunlarını 
yandırıb  dağıtdı,  həmçinin  Eannatumun  sərhəd  boyunca  tikdirdiyi 
binaları  və  səcdəgahlan  uçurub  dağıtdı.  Bundan  sonra  o,  sərhəddi 
keçib  Quedinna  torpağına  soxulmağı  qərara  aldı.  Ur-Lumma  öz 
qələbəsini  təmin  etmək  üçün  Şumerim  şimalında  yerləşən  ölkənin 
hakimindən hərbi  kömək  istədi  və ondan bu köməyi  aldı.
Hər  iki  ordu  Quedinna  ərazisində,  sərhəddən  bir  az  cənubda 
Qana-uqiqqa  altında  üz-üzə  gəldi.  Ummanın  və  müttəfiqin  birləşmiş 
dəstələrinə  Ur-Lumma  özü  rəhbərlik  edirdi.  Laqaş  ordusunun 
komandanı  Entemena  idi:  yəqin  ki,  bu  zaman  onun  atası  Enannatum 
artıq  qocalmışdı.  Laqaş  yenə  qələbə  çaldı.  Entemenanın  təqib  etdiyi 
Ur-Lumma  qaçdı.  Onun  döyüşçülərinin  çoxu  mühasirəyə  düşdü  və 
qırıldı.
Amma  Entemenanın  qələbəsi  uzun  çəkmədi  Ur-Lummanın 
Laqaşda  məğlubiyyətindən  (bəlkə  də  məhvindən)  dərhal  sonra  yeni 
düşmən  meydana  çıxdı.  Yeni  düşmənin  adını  İl  çağırırdılar  və  o, 
Ummadan  bir  az  şimaldakı  Zabalam  şəhərinin  ali  kahini  idi.  Bic  İl 
Entemena  ilə  Ur-Lammanın  ölüm-dirim  savaşı  zamanı  öz.  saatının 
çatmasını  gözləyirdi.  Döyüş  qurtaran  kimi  İl  qalib  Entemenanın 
üstünə yeridi.
O, 
əvvəlcə 
müvəffəqiyyət 
qazanaraq 
Laqaş 
ərazisinin 
içərilərinə  qədər  getdi.  Laqaş  sərhədindən  cənubdakı  torpaqları 
saxlaya  bilmədi  və  Ummada  möhkəmlənərək  özünü  bu  şəhərin 
işakkusu elan etdi.
İl  bu  andan  sonra Laqaşın tələblərinə görə özünün  sələfləri  kimi 
cavab  verməyə  başladı.  O.  sərhəd  kanallarını  yaxın  tarlaları 
suvarmaq  üçün  vacib  olan  sudan  məhrum  etdi  və  Eannatıımla 
bağlanmış  köhnə  müqaviləyə  əsasən  Umma  üzərinə  qoyulmuş 
xəracın  cüzi  bir  hissəsini  verməyə  razılaşdı.  Entemena  onun  yanına 
elçilər 
göndərərək 
belə 
düşmənçilik 
münasibətinə 
aydınlıq 
gətirməsini  tələb  etdikdə  İl  təkəbbürlə  cavab  verdi  ki,  Quedinna 
torpaqlan  onun ərazisi  və şəxsi  mülkiyyətidir.
53


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə