Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə11/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   7   8   9   10   11   12   13   14   ...   66

yazılmış  başqa  bir  qəhrəmanlıq  poemasında  danışıldığı  kimi,  belə 
“parlamentlərdən”  biri  Şumer  tarixi  ərəfəsində  təxminən  5000  il 
bundan  əvvəl  çağırılmışdır.  Növbəti  fəsildə  tarixdə  bu  ilk 
“parlamentdən”söhbət açılacaq.
42
5.  SİYASİ SİSTEM.
BİRİNCİ  İKİPALATALI 
“PARLAMENT”
Bəşəriyyətin ictimai  və mənəvi  inkişafı  yavaş və elə dolanbac 
yolla  gedir  ki,  onu  izləmək  elə  də  asan  deyildir.  Nəhəng  ağaclar 
bəzən  toxumunun  yetişdiyi  yerdən  min  kilometrlərlə  aralıda  yetişir, 
bəzən isə bu toxum  yetişəndən  min  il  sonra cücərir.  Məsələn, götürək 
əsasını  siyasi  yığıncaq,  yaxud  assambleya təşkil  edən  ictimai  həyatın 
forması  kimi  demokratiyanı.  Bizə  elə  gəlir  ki,  demokratiya 
monopoliyası  bütünlüklə  qərb  mədəniyyətinə  aiddir  və  onun 
təsisindən  cəmi  yüz  il  keçmişdir  Kim  fikirləşərdi  ki,  belə  siyasi 
assambleyalar  min-min  illər  bundan  əvvəl,  özü  də  elə  bir  ölkədə 
çağnlmış  ki,  demokratiya  haqqında  bizim  təsəvvürlərlə  heç  vəchlə 
əlaqəyə  girə  bilməz!  Lakin  səbrli  arxeoloq  getdikcə  daha  uzaqlara, 
əsrlərin  daha  dərin  qatlarına  baş  vurur  və  çox  vaxt  ən  təəccüblü 
ixtiralarla  rastlaşır.  Budur,  “külüng  və  bel  cəngavərlərinin”  gərgin 
əməyi  sayəsində  biz  bu  gün  təxminən  beş  min  il  bundan  əvvəl  ən 
gözlənilməz  yerdə-Yaxın  Şərqdə  siyasi  yığıncağın  varlığı  haqqında 
oxuyuruq!
Beləliklə,  eramızdan  təxminən  2800  il  əvvəl  tarixdə  məşhur 
ilk  siyasi  məclisin  sessiyası  təntənəli  surətdə  açılır.  Müasir 
parlamentə  uyğun  o,  iki  “palatadan”  ibarət  idin :  birincisi,  yuxarı 
palata  olan  “senat”,  yaxud  ağsaqqallar  şurası  və  ikincisi  işində 
əhalinin  silah  gəzdirməyə  qadir  olan  bütün  kişi  vətəndaşlarının 
iştirak  edə  bilən  aşağı  palata.  Bu  “hərbi  çağırış  parlamenti”  idi,  əsas 
məsələ,  müharibə  yaxud  sülh  məsələsini  həll  etmək  üçün  yığılırdı. 
Onun  qarşısında  iki  vacib  yoldan  birini-ya  “nəyin  bahasına  olur- 
olsun  sülh”,  ya  da  müstəqillik  uğrunda  müharibə  yolunu  seçmək 
dururdu.  Konservativ  ahıllardan  ibarət  “senat”  istənilən  şərtlərlə 
sülhə  səs  verirdi,  lakin  çar  onların  qərarına  öz  “vetosunu”  qoyur, 
sonradan  məsələni  “aşağı  palatanın”  müzakirəsinə  təqdim  edirdi.  Bu 
palata  azadlıq  naminə  müharibəyə  səs  verirdi  və  çar  qərannı  təsdiq 
edirdi.
43


Tarixdə  ilk  məlum  “parlament  harada  çağırılmışdır?” 
Əlbəttə,  güman  edildiyinin  əksinə,  nə  Qərbdə,  nə  də  Avropada: 
“Demokratik”  Yunanıstanda  və  Roma  respublikasında  siyasi 
məclislər çox  sonralar meydana  gəlmişdir.  Təəccüblü  olsa  da,  bizim 
çox  qədim  parlament  Asiyanın  indi  Yaxın  Şərq  adlanan  hissəsində- 
hər  cür  müstəbidin  və  qaniçən  hökmdarın  keçmiş  vətəni,  belə  siyasi 
məclisin  mövcudluğu  barədə  təsəvvür  ola  bilməyən  bir  yerdə 
çağırılmışdır.  O,  e.  ə.  П1  minillikdə  qədimdən  Şumer adlandırılan  və 
Fars körfəzindən  şimalda Dəclə və Fərat çaylarının  arasında yerləşən 
ölkədə çağırılmışdır.  O günlərdə ərazisi  indiki  İrakm təxminən  cənub 
hissəsinə  uyğun  gələn  Şumer  ölkəsində  öz  dövrü  üçün  daha  yüksək 
inkişaf etmiş bir xalq məskunlaşmışdı.
Dörd-beş  min  il  əvvəl  Şumer  mərkəzində  gözəl  ictimai 
binalar  yerləşən  çox  əhalisi  olan  şəhərləri  ilə  şöhrət  tapmışdı. 
Şəhərlər bütün  qonşu ölkələrlə geniş qum və dəniz ticarəti  aparırdılar. 
Şumerin  çox  böyük  istedada  malik  rəssamları  və  mütəffəkirləri  elə 
bir  dini-fəlsəfi  təsəvvürlər  sistemi  yaratmışdılar  ki,  o  nəinki  öz 
vətənlərində,  həm  də  Yaxın  Şərqin  bir  çox  ölkələrində  müqəddəs 
sayılırdı.  İstedadlı  Şumer  şairləri  öz  allahlarının,  qəhrəmanlarının  və 
çarlarının  şərəfinə  şerlər qoşurdular.  Nəhayət,  Şumerdə tədricən yazı 
inkişaf  edirdi  (onlar  çiy  palçıq  üzərində  qamış  çubuqla  yazırdılar). 
Bu,  tarixdə  ilk  dəfə  insana  öz  işini,  fikirlərini,  arzularını,  ümidlərini, 
mühakimələrini  və  inamlarını  ətraflı  ifadə  etməyə  imkan  yaradırdı. 
Ona  görə  də  Şumerin  siyasi  təsisatlarda  da  irəli  getməsindən 
təəccüblü heç nə yoxdur.  Demokratik  hökumət yaradılması  sahəsində 
ilk 
addım 
məhz 
burada 
atılmışdır: 
çann 
hakimiyyətinin
məhdudlaşdırılması  və xalq cəmiyyəti  hüququnun tanınması.
Tarixdə  ilk  “parlamentin”  çağrılmasını  tələb  edən  siyasi 
vəziyyəti  aşağıdakı  qaydada xarakterizə etmək  olar.
Daha  sonralar  Yunanıstanda  olduğu  kimi,  e.  ə.  111  minillikdə 
Şumer  ölkənin  bütün  ərazisində  hakimiyyətə  yiyələnmək  uğurunda 
bir-biri  ilə  mübarizə aparan  bir neçə  şəhər-dövlətin  birliyindən  ibarət 
idi.  Şumer  əfsanəsinə  görə  Nuh  əyyamından  dərhal  sonra  “ali 
hakimiyyətə” 
yiyələnən 
Kiş 
şəhərlər 
arasında 
daha 
əhəmiyyətlilərindən  biri  idi.  Sonralar  Kişdən  xeyli  cənubda yerləşən
44
başqa  şəhər-dövlət  -Uruk  irəliyə  getdi.  Uruk  Şumerdə  birinciliyə 
daha  iddialı  mövqe  tutmuşdu.  Təhlükəni  başa düşən  Kiş  çan  Uruku, 
onun  ali  hakimliyini  qəbul  etməyəcəyi  təqdirdə  müharibə  ilə 
hədələyirdi  Belə həlledici  anda  Uruk “parlamentinin” iki palatasının- 
ağsaqqallar  şurasının  və  şəhərin  silah  daşıya  bilən  kişilərinin  şurası 
çağnldı.  Onlar  nə  edəcəkləri  qərarına  gəlməliydilər -   Kişə tabe  olub 
sülhü  saxlamaq,  yaxud  silah  götürüb  öz  müstəqillikləri  uğrunda 
müharibə aparmaq.
Uıukla  Kiş  arasında  mübarizənin  tarixi 
epik  Şumer 
poemasında  təsvir  edilmişdir.  Onun  baş  qəhrəmanlan  Kişin  I 
sülaləsinin  axırıncı  hökmdarı  Aqqa  və  Uruk  çarı,  “Kullabın  hakimi” 
Gilqameşdir.
Poema  Aqqanın  elçilərinin  Uruka  gəlməsi  ilə  başlayır.  Onlar 
çar Gilqameşə ultimatum təqdim  edirlər.  Gilqameş,  cavab verməzdən 
əvvəl  “şəhərin  ağsaqqallar  şurasına”  müraciət  edir  və  əhalini  anda 
verir  ki,  Kişə  tabe  olmağa  yox,  silahlanıb  axırıncı  qələbəyədək 
vuruşmağa  qərar  versinlər  Ancaq  “senatırlar”  onun  fikrinə  şərik 
olmurlar:  onlar  güzəştə  getməyi  və  sülhü  qoruyub  saxlamağı  üstün 
tuturlar.  Bu  qərar  Gilqameşin  ürəyincə  olmur.  O,  öz  nitqini  “şəhər 
kişilərinin  məclisi”  qarşısında  təkrar  edir.  İkinci  şuranın  üzvləri 
vuruşmağı  qərara  alırlar:  Kişə  heç  bir güzəşt!  Gilqameş  məmnundur. 
Onun  mübarizənin faydalı  sonluğuna, görünür,  şübhəsi  yoxdur.
Bununla  belə,  mübarizə  uzun  sürmədi  -   Şumer  şairi  deyir: 
“beş gün  keçmədi,  on gün  keçmədi”  Aqqa Uruku  mühasirəyə aldı  və 
onun  sakinlərini  dəhşətə  gətirdi.  Poemanın  sonu  tam  aydın  deyil, 
ancaq  belə  təsəvvür  etmək  olar  ki,  Gilqameş  hansı  yollasa  Aqqanın 
qılığına  girmiş  və  onu  işi  müharibəyə  çatdırmamış  mühasirəni 
götürməyə vadar etmişdir.
Budur, 
həmin 
poemadan 
bir 
paça 
Orada 
Urukun 
“parlamentindən”  söhbət gedir.  Biz Şumer şairinin  mətnini  veririk:
En-Mebarəgesin  oğlu  Aqqanın  səfirləri,
Kişdən  Uruka Gilqameşin  yanına gəldilər.
Gilqameş öz şəhərinin  ahılları  qarşısında
Söz deyir,  onların  sözünü gözləyir:
“Biz quyular qazmaq,  ölkədə bütün  quyulan  qarmaq üçün,
45


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə