Azərbaycan Respublikası Prezidentinin



Yüklə 44,3 Kb.
Pdf görüntüsü
səhifə10/66
tarix14.05.2018
ölçüsü44,3 Kb.
#44124
1   ...   6   7   8   9   10   11   12   13   ...   66

Onda,  xeyirxah  kimi  səni  məbəddən  yataq  otağına 
aparacaqlar.
Xeyirxah  kimi  səni  müqəddəs  yataq  otağından  məbədə 
gətirəcəklər.
Bax onda bütün insanlar təəccüblə ah çəkəcəklər.
Utu bunlara baxıb sevinəcək.
Zira Aratta əhli
Sənin yanına gəlməyə başlayacaq.
Gündüz və gecə artacaqlar,
Dumuzi  də, keçi, qoyunlann sayı  çox olan yerlərdə 
Dumuzi  tarlalannda,  suvarılan tarlalarda 
Dağ qoynlan kimi,  onlar sənin qarşında diz çökəcəklər. 
Müqəddəs sinə üstündə şəfəqə qərq olunca,
Onun bəzəyinə çevriləcəksən!
Sənə, Enmerkar -  Utunun oğluna eşq  olsun!
O,  ali  kahin müqəddəs İnannamn məsləhətlərini  qəbul  etdi.
Öz ordusundan müdrik çaparı  seçdi.
-  Sən  müdrik  İnannamn  müqəddəs  sözlərini,  onun  Sutisini 
aparacaqsan!
Sən Zubi  dağlarına qalxacaqsan,
Sən Zubi  dağlanndan  enəcəksən,
Aşaan dağlan  Suzunu,
Balaca siçan kimi  sakitcə keçəcəksən.
Böyük qorxunc dağlar çoxalacaq.
Toz içində,  kül içində keçəcəksən!
Elçi  kimi Arattamn ali  kahini  qarşısında de və əlavə et:
-  Onun şəhərini vəhşi  göyərçin  kimi ağacdan qovacağam!
Quş kimi  yuvadan çıxaracağam!
Onu satın alınmış qul  kimi  öldürəcəyəm,
Dağıdılmış şəhərdə onun cənazəsini  yığacağam!
Aratta-onun  üstündə Enkinin qarğışı  var.
İnanna ona qarşı  çıxmışdır.
O,  Arattamn  əleyhinə danışmış,  bu  sözlər onu  döndərmiş 
Toz basmış təpə kimi,  mən onu tozla örtəcəyəm!
38
Nə  vaxt  onlar  mədəndən  qızıl  çıxarıb  dəri  kisələrə 
dolduracaqlar,
Nə vaxt təmizlənmiş qiymətli gümüşü  qabqaracaqlar,
Qiymətli  metalları qabqaracaqlar,
Yükləri  dağ eşşəklərinə yükləyəcəklər,
Mənim üçün, Enlilin  Şumerə seçdiyi gənc üçün,
Kimi  hakim  Nudimmud10 açıq ürəklə seçmişdir,
“Müqəddəs mərasimlər şəhərini”  qoy tiksinlər 
Şümşad ağacı  ilə gözəl  bəzəsinlər,
Parlaq rəngli  “şəfəq buynuzunu” işartı kimi  ucaltsınlar.
Günəş -  Utu öz yatağından qalxıb çıxan kimi!11 
Onun  girəcəyini  ulduzabənzər  xoş  işarələr  -   bayraqlarla 
bəzəsinlər!..
Ağasının sözlərini  başa düşdü çapar.
Gecə ikən ulduzlarla yola düşdü.
Gündüz göydəki  Günəşlə getdi.
Müdrik İnannamn tutarlı  nitqini,  onun  Sutisini  aparır.
O, Zubi  dağlarına qalxır,
O, Zubi dağından enir.
Suzama,  Anşantn dağ ölkəsinə,
Siçan  kimi  sakitcə çatır 
Çoxalan  qorxunc,  böyük  silsiləyə 
Toz içində onlara tərəf çevrilir,
Beş dağ,  altı  dağ,  yeddi  dağ keçmiş,
Baxışını  qaldırdı  -   Arattaya yaxınlaşır.
O öz ağasının böyüklüyünü xəbər verir.
O öz xəbərlərinin  mənasını  izah edir,
Çapar Arattamn  ali  kahininə belə deyir:
-  Sənin atan,  mənim  ağam  məni  sənin yanma göndərmiş, 
Urukun  ali  kahini,  Kullabın  ali  kahini  məni  sənin  yanma
göndərmiş.
-  Sənin  hökmdarın  nə dedi,  nə əlavə etdi9
-  Mənim  hökmdarım gör nə dedi, gör nə əlavə etdi:
Doğum  günümdən  mənim  hökmdarım,  seçiləndən ali  kahin,
39


O,  Urukun  ağası,  o,  əjdaha,  Şumerə  həyat  verən  (yaxud- 
Şumerdə yaşayan)
O, torpaq kimi dağlan yarır,
Dağ zirvələrinin nəhəng keçisi,
Dağ keçisi,  müqəddəs şöhrətli  dırnaq çıxaran,
Dağların qoynunda doğulan müqəddəs inək 
Enmerkar,  Utunun oğlu məni  sənin yanına göndərmiş.
Mənim  hökmdanm  gör nə dedi:
-  Onun  şəhərini vəhşi  göyərçin  kimi  ağacdan qovacağam, 
Quş kimi  yuvadan çıxaracağam
Onu  satm alınmış qul  kimi  öldürəcəyəm.
Dağıdılmış şəhərdə onun cənazəsini yığacağam!
Aratta-onun üstündə Enkinin  qarğışı var.
İnanna ona qarşı  çıxmışdır,
O,  Arattamn əleyhinə danışmış, bu sözlər onu döndərmiş 
Toz basmış təpə kimi, mən  onu tozla örtəcəyəm!
Nə  vaxt  onlar  mədəndən  qızıl  çıxarıb  dəri  kisələrə 
dolduracaqlar,
Nə vaxt təmizlənmiş qiymətli  gümüşü qabqaracaqlar,
Qiymətli  metalları  qabqaracaqlar,
Yükləri  dağ eşşəklərinə yükləyəcəklər,
Mənim üçün,  Enlilin  Şumerə seçdiyi  gənc üçün,
Kimi  hakim Nudimmud açıq  ürəklə seçmişdir,
“Müqəddəs mərasimlər şəhərini”  qoy tiksinlər,
Şümşud ağacı  ilə gözəl  bəzəsinlər.
Parlaq zəngli “şəfəq buynuzunu işartı kimi  ucaltsınlar. 
Giinəş-lJtu öz yatağından  qalxıb çıxan kimi!”
Onun  girəcəyini 
ulduzabənzər  xoş  işarələr-bayraqlarla 
bəzəsinlər!..
-  Yaxşı, de,  nə cavab verməliyəm  mən  ona,
Ona, lazurit saqqalı  müqəddəs toxuma
Təmiz ayinlər ölkəsində nəhəng inəyin12 əmizdirdiyinə,
Aratta kökündən yüksələnə,
Müqəddəs inəyin  axurunda onun təmiz südü  ilə qidalanana. 
Böyük Sutey ölkəsi  Kullaba ali  kahin təyin  olunan
40
Utu oğlu Enmerkara
Söz  həmən  sözdür,  Eanna  məbədinə  mən  xoş  məram
gətirəcəyəm!
Onun bar verən, gözəl  bar verən müqəddəs yataq otağında 
Mənim  hökmdarıma,  Kullabın  ağasına  sənin  cavabını 
çatdıracağam.
O, bu vaxt ona belə dedi:
-  Elçi,  Kullahın  ali  kahininə 
Belə söylə, belə danış:
“Mən hökmdar, təmiz əllə gətirilmiş
Kimi nəhəng göylərin hökmdar əsası,  kainatın ilahəsi
Bütün ilahələrin  Sutey i  işıqlı  İnanna,
Arattaya,  ən  təmiz Sutey  ölkəsinə gətirmiş!
Kimi o, dağlarda nəhəng darvaza qarşısına qoymur!
Nə üçün  Aratta  Uruka tabe olmalıdır?
Aratta Uaıka baş əyməyəcək, sən ona belə söylə!”
Ona belə deyəndə,
Səfir Arattamn ali  kahininə söylədi:
“Göylərin böyük ilahəsi,  qorxulu  Sutiləri  ram  edən,
Taxt-tacı  parlayan  dağlarda yerləşən,
Mənim  hökmdarımı,  ali  kahini  şubareyli-qulluqçu kimi 
Onu Eanna məbədinə aparmaq  şərəfmə nail  oldu.
Arattamn  ali  kahini  onun  qarşısında  baş  əyəcək  (ona  tabe
olacaq)
Eannanın  müqəddəs kərpicləri yanında o mənə belə 
Onda kahinin  ürəyi  titrədi  deməyi  əmr etdi!”
fikirləri  dolaşdı.
O,  cavab tapa bilmir,  cavab tapmaq  istəyir.
Yalançı  gözlərilə ayaq  altına baxır,  cavab axtarır...
Şumerin  qədim  hökmdarları  özlərinin  hərbi  qələbələrinə 
baxmayaraq,  hər  halda  təkhakimiyyət  müstəbidi  yaxud  mütləq 
padişah  olmamışlar.  Onlar  bütün  vacib  dövlət  işlərində,  o  cümlədən 
müharibə 
və 
sülh 
məsələlərində 
daha 
nüfuzlu 
şəhərlilərlə 
özünəməxsus  təntənəli  iclaslarda  məsləhətləşirdilər.  Çox  sonralar
41


Yüklə 44,3 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə