Xüsusi tarixi əhəmiyyət kəsb etdiklərinə görə bu üç qanunun tərtib
olunduqları dildə bərpa olunması vacibdir. Budur latın transkripsiyalı
Şumer mətninin paralel tərcüməsi:
tukum-bi
(lu-lu-ra
ğish-ta)
...a-ni
girinkud
10-gin-ku-babbar
1-la-e
Əgər
(adam adama
alətlə...)
onu...
ayağım kəsdi,
gümüşlə 10 şekel
o ödəməlidir.
tukum-bi
lu-lu-ra
gish-tukul-ta
gir-pad-du
al-mi-ra-ni
in-zi-ir
i-ma-na-ku-babar
i-la-e
Əgər
adam adama
silahla
sümüyünü
з
sındırdı,
gümüşlə 1 mina
o ödəməlidir.
tukum-bi
lu-lu-ra
geshpu-ta
ka-...in-kud
2/3 ma-na-ku-babar
i-ta-e
Əgər
adam adama
“reşpu” adəti ilə
burnunu kəsdi (r?)
gümüşlə 2/3 mina
ödəməlidir.
Ur-Nammu özünün dünyada ilk qanunverici titulunu nə qədər
qoruya biləcək? Çətin ki, bu uzun müddət çəkə. Şumerdə Ur-
Nammudan da çox qədim və digər qanunvericilər olduğu barədə
məlumatlar var. Gec-tez hansısa bir uğurlu arxeoloq Ur-Nammunun
qanunlarından yüz, bəlkə də daha çox qədim olan qanunların mətninə
rast gələcəkdir.
70
Qədim şumerlər üçün ədalət və qanun həm nəzəriyyədə, həm
də təcrübədə başlıca anlayışlar olmuşdur: Şumerin bütün ictimai və
iqtisadi həyatı onlara əsaslanırdı. XIX əsrdə arxeoloqlar müxtəlif
hüquqi mətnlərlə minlərlə palçıq lövhəciklər tapmışlar: müqavilələr,
razılaşmalar, vəsiyyətnamələr, veksellər, qəbzlər, məhkəmə qərarları.
Qədim Şumerdə yuxarı qrup şagirdləri qanunların öyrənilməsinə çox
vaxt sərf edir və çətin, spesifik hüquqi formaları səylə öyrənir,
həmçinin, sonradan hüquqi misallara çevrilən qanunlar toplularını və
məhkəmə qərarlarını köçürürdülər 1950-ci ildə qərarlardan birinin
tam mətni dərc edilmişdir. “Susmağı bacaran arvadın işi”
adlandırmaq olan bu sənəd haqqında doqquzuncu fəsildə söhbət
gedəcək.
71
9. ƏDLİYYƏ.
BİRİNCİ HÜQUQİ PRESEDENT.
E. ə. təxminən 1850-ci ildə Şumerdə adam öldürülmüşdür. Üç
adam, bərbər, bağban və peşəsi göstərilməyən daha bir adam Lu-
Inanna adlı bir axsaq məmuru öldürmüşlər. Cinayətkarlar sonradan,
məlum olmayan səbəblərdən, məmurun arvadı Nin-daduya bu barədə
xəbər vermişlər. Təəccüblü olsa da qadın bu barədə susmağı üstün
tutmuş və hakimiyyətə xəbər verməmişdir.
Ancaq o dövr üçün yüksək mədəniyyətli Şumer ölkəsində
ədalət məhkəməsinin əli uzun idi. İqamətgahı İşin şəhərində olan çar
Uı-Ninurta bu hadisə haqqında xəbər tutur. O, bu işi araşdırmağı
Nippurun ali məhkəmə funksiyalarını yerinə yetirən vətəndaşlarının
məclisinə
tapşırır.
İclasda
doqquz
adam
çıxış
edərək
günahlandırılanlara ölüm hökmü çıxarılmasını tələb edirlər. Onlar
həmçinin tələb edirlər ki, nəinki qatilləri, həm də öidürülənin
arvadını da edam etmək lazımdır. Görünür, onlar ərinin öldürüldüyü
haqqında susduğuna görə baş vermiş cinayətdə onu iştirakçı hesab
edirdilər.
Ancaq iclasda iki nəfər günahlandırılan arvadın müdafiəsinə
qalxdı. Onlar sübut etdilər ki, qadın ölüm hadisəsində iştirak etməmiş
və buna görə də cəzalandırıla bilməz.
Məclisin üzvləri müdafiənin dəlilləri ilə razılaşdılar. Onlar elan
etdilər ki, susmağı üstün tutan qadının buna əsasları olmuşdur. Başa
düşmək olar ki, arvadın əri üzərinə dtişəıı vəzifəni yerinə yetirməmiş,
onu lazım olan hər şeylə təmin etməmişdir. Məhkəmənin qərarı
aşağıdakı sözlərlə bitir: “Həqiqətən öldürənləri cəzalandırmaq
kifayətdir”. Beləliklə, yalnız üç kişi məhkum edilmişdir.
Bu cinayət prosesi haqqında palçıq lövhəcik üzərində Şumer
dilində yazılmışdır. Onu Çikaqo universiteti Şərq İnstitutunun və
Pensilvani universiteti Muzeyinin birgə təşkil etdikləri qazıntılar
vaxtı tapmışlar. Mətni T.Yakobsen və bu kitabın müəllifi öyrənmiş
və tərcümə etmişlər. Ayrı-ayrı sözlərin və ifadələrin mənası tam
aydın olmasa da mətnin ümumi fikrini başa düşmək olar. Lövhəciyin
72
bir küncü qırılıb düşmüşdür. Lakin Pensilvani universiteti
Muzeyinin birinci ekspedisiyasının Nippurda tapdığı mətnin başqa
surətinin kiçik fraqmenti əsasında çatışmayan sətirləri bərpa edə
bildik.
Eyni
məhkəmə
hesabatının
iki
surətinin
bizim
sərəncamımızda olması faktı sübut edir ki, “susan arvad” haqqında
Nippur vətəndaşları məclisinin qəran Şumer hüquqşünaslarına yaxşı
məlum olmuş, hazırda ABŞ Ali məhkəməsinin qərarı kimi, hüquqi
presedent qüvvəsi olmuşdur.
Həmin sənəd budur:
“Lu-sinin oğlu Nanna-siq; Ku-Nannanın oğlu Ku-Enlil, dəllək,
və Adda-kallının qulu Enlil-ennam, bağban, işakkunun qulluqçusu
Luqal-apindunun oğlu Lu-lnannanı qətlə yetirmişlər.
Luqal-apidunun oğlu Lu-İnanna qətlə yetirildikdən sonra onlar
Lu-Ninurtanın qızı, Lu-İnannanın arvadı Nin-Dadaya onun ərini
öldürdüklərini dedilər.
Lu-Ninurtanın qızı Nin-Dada ağzını açmadı, dodaqları (onun)
qapalı qaldı.
Bu iş barədə (onda) İsina (şəhəri) çarına məruzə etdilər, (və)
Ur-Ninurta bu işə baxılmasını Nippur məclisinə tapşırdı.
(Orada) Luqai... Dudunun oğlu, quştutan Ur-Qula; müştəri Əli-
Ellati; Lu-sinin oğlu Buzu; ... Eanın oğlu Eluti; hambal Şeş-kalla (?);
bağban Luqal-kan; Sin-andulanın oğlu Luqal-əzidə, (və) Şarın
oğlu Şeş-kala müraciət (məcliusə) etdilər və dedilər:
“Onların, insanı qətlə yetirənlərin yaşamağa haqları yoxdur. Bu
üç kişi və bu qadın məbəddə İşakkunun qulluqçusu, Uqal-apindanın
oğlu Lu-İnannanın taxtı qarşısında edam olunmalıdır”.
(Onda) Ninurtanın qulluqçus Şu...-lilum... (və) bağban Ubassin
müraciət (məclisə) edərək dedilər.
“Deyək ki, Lu-Ninurtanın qızı Nin-Dadanın əri öldürülmüşdür,
(lakin) qadın nə etmişdir (?) ki, o öldürülsün?”
(Onda) Nippur məclisi (üzvləri) (onlara) müraciət edib dedi:
“Əri tərəfindən təmin olunmayan qadın (?) ərinin düşmənlərini
tanısa və ərinin öldüyünü bilsə belə, ərinin qətlə yetirildiyi barədə nə
üçün susmamalıdır (?) Məgər öz ərini (?) öldürmüşdür? Həqiqətən
kimlər öldürüblərsə onları cəzalandırmaq kifayət edər”.
73
Dostları ilə paylaş: |