13. TOXA VƏ KOTAN.
ƏMƏKDƏ İLK NAİLİYYƏT.
Şumer torpaqları təxminən müasir İrakın cənub hissəsində
yerləşirdi. Süni mənşəli hamar düzənlik çox isti və quru təbiətə malik
idi. Onlar, küləklər sovuran, əsasən quru və qeyri-məhsuldar
istifadəsiz torpaqlar idi. Burada nəhəng bataqlıq qamışından başqa nə
faydalı
qazıntı, nə daş, nə heç bir ağac tikinti materialı yoxdu. Bu
“allahın lənətlədiyi”, bir növ kasıbçılığa və viranəliyə məhkum
edilmiş torpaqlar idi. Ancaq e. ə. III minillikdən burada
məskunlaşmış və özünü şumer adlandırmış insanlar bacarıqlı,
yaratmaq qabiliyyətinə, praktik ağıla malik adamlardı. Onlar gözəl
texniki ixtiralar etmiş, inamlı və tükənməz əməklə öz ehtiyaclarını
ödəmişlər. Əlverişsiz təbii şəraitə baxmayaraq, onlar Şumeri əsil
“Edem bağına” çevirmişlər. Onlar suvarma kanalları sisteminin
köməyi ilə daşqınlar zamanı Dəclə və Fərat çaylarının lillə zəngin
suyunu tarlalara və bağlara yönəldərək torpağı həm gübrələmiş, həm
də suvarmışlar. Şumerlər daş olmadığından ehtiyatı tükənməz olan
yandırılmış çay palçığından oraq, dibçək, boşqab və bardaq
düzəltməyi öyrənmişlər. Onlar ağac çatışmazlığını aradan qaldıraraq
qurudulmuş bataqlıq qamışından daxmalar və heyvan üçün küzlər
tikməyə başlamışlar. Bunun üçün onlar qamışdan şələ bağlayır,
yaxud ondan həsir toxuyur, sonra onları palçıqla birləşdirirdilər.
Şumerlər sonradan kərpic istehsalı üçün forma kəşf etdilər və tikinti
materialı problemini birdəfəlik həll etdilər. Onlar dulusçuluq dairəsi,
araba təkəri, səpən - kotan, paruslu qayıq ixtira etdilər, alaqapılar,
tağlı tikililər və kümbəzlər ucaltmağı, misdən və tuncdan xəlifə
tökməyi öyrəndilər, metallarla qaynaq etməyi, daş üstündə naxış
açmağı, oymanı və inkrustasiyam mənimsədilər.
Qədim
şumerlərin
maddi
mədəniyyətinin
və texniki
biliklərinin səviyyəsi, təbii ki, son yüz il ərzində aparılan qazıntılar
zamanı tapılmış əşya və alətlərin əsasında təyin edilir. Lakin, artıq
birinci fəsildə qeyd edildiyi kimi, əfsanələrdən, epik poemalardan,
himnlərdən, qəbirüstü ağılardan, “salnamələrdən” və nəsihətlərdən
94
ibarət şumer bədii ədəbiyyatından da çoxlu məlumat almaq olar.
Hazırda bizə tam yaxud, parçalarla kainatın yaranması və quruluşu,
allahların doğulması, onların çirkin və xoş əməlləri, insanın
yaranması, insanları cəzalandırmaq üçün göndərilmiş Nuh əyyamı,
ölümün və yeraltı dünyanın sirləri barədə söhbət açan iyirmi şumer
əfsanəsi məlumdur. Artıq e. ə. III minilliyin əvvəlində yaşamış üç
qəhrəman- Enmerkar, Luqalbəndə və Gilqameş haqqında doqquz
epik poema (bütünlüklə yaxud çox hissəsi) bərpa edilmişdir.
Şumerdə ədəbi janrlardan daha populyar olanlarından biri
himnlər olmuşdur. Hazırda allahlara, çarlara və məbədlərə həsr
olunmuş çoxlu himnlər məlumdur. Güman ki, bu, qədim Şumerdə
mövcud olmuş himnlərin az bir hissəsidir. Ur, Nippur, Aqade
(Akkad) kimi məşhur şəhərlərin dağıdılması haqqında bir neçə
qəbirüstü ağılar və istorioqrafik sənədlər vardır. Nəhayət, son on-on
iki il ərzində qəti müəyyən olunmuşdur ki, şumerlərdə böyük və
rəngarəng ibrətli söz qrupu olmuşdur: mübahisələr, nəsihətlər,
yüzlərlə aforizm, zərb-məsəl, hikmətli söz. Ezop təmsili birləşən
atalar sözləri və öyüdlər toplusu.
İlk baxışdan elə görünə bilər ki, əfsanələrdən, əsatirlərdən,
epik poemalardan - xülya məhsullarından, həmçinin allahlara
himnlərdən nəsə bir məlumat almaq olmaz. Ancaq ağıllı və düzgün
yanaşma qaydasında Şumerlərin gündəlik həyatı və onların praktik
fəaliyyəti barədə onlardan çox maraqlı faktlar əldə etmək olar.
Ötən fəsildə verilmiş Şukallituda haqqında əfsanə buna parlaq
misal ola bilər. O, şumerlərin qoruyucu ağac əkinlərindən istifadə
etdikləri əlamətdar faktı əyani təsdiq edən yeganə sübutdur. Başqa
bir xarakterik misalı - kiçik və qeyri-adi əfsanəvi poemanı götürək.
Orada
ilahə
İnannanın
kəbin
yatağı
üçün
örtüyün
necə
hazırlanmasından danışılır. Bu əfsanə bizi addım-addım dörd min il
bundan əvvəl onların istifadə etdikləri şumer toxuculuq texnikası ilə
tanış edir. Poemanın çox hissəsi İnanna və onun qardaşı, günəş allahı
Utu ilə mükalimədən ibarətdir34:
Sahibəciyim, kətan qolları gətirərəm sənə,
İnanna, kətan budaqları gətirərəm sənə!
..Qardaş, kətan budaqlar
gətirəndə mənə,
95