dərinliyə atsın (və) hər qaruş torpağa bir şekel arpa səpsin. Əgər
toxum lazım olan dərinliyə düşmürsə gavahı, “kotanm dilini"
dəyişdir. Əgər... (onda) düz şırım çəkdiyin yerdə çəp şırım, çəp şırım
çəkdiyin yerdə (isə) düz şırım çək. Qoy düz şırımlar sərhədi tulu
sərhəddinə çevirsin; qoy lu şırımları sənin sərhədlərini düzəltsinlər
(və) orada ab... şırımları aç. (Sonra) qoy bütün kəltənləri əzsinlər,
bütün domba yerlərdə şırım açsınlar (və) bütün çökəklərdə xırda
şırımlar çəksinlər. (Bütün bunlar çıxışa yaxşı təsir göstərəcək (48-63-
cü sətirlər).
Cücərtilər torpaqdan (üstündən) baş qaldıranda ilahə
Ninklimə dua et (və) quşları tarladan qov. Arpa cücərtiləri şırımların
aşağı nazik hissəsini örtəndə, yuxandakı toxumlara su ver. Arpa
qayığın içində saman kimi dik yuxarı qalxanda onu (ikinci dəfə)
suvar. “Çar” arpasını (üçüncü dəfə) suvar. Əgər suvarılmış arpa
qızartı versə, sən deyəcəksən: “Onu samana xəstəliyi tutdu". Əgər
arpa yaxşı vəziyyətdədirsə və onun dənləri tökülürsə onu (dördüncü
dəfə) suvar, (və) o sənə hər on çəkidə bir çəki artıq taxıl gətirəcək
(64-72-ci sətirlər).
Məhsul yığımı dövrü çatanda arpanı öz ağırlığı altında
əyilməyə qoyma, öz (tam) qüvvəsi üstündə ikən biçməyə başla.
Biçinçi, dərz bağlayan və o (dərzləri bir yerə yığan)- bu üç nəfər
(birlikdə çalışan) məhsulu səndən ötrü yığacaqlar. Sümbül yığanlar
sənə ziyan vurmamalıdırlar; onlar dərzdən sümbül çəkməməlidirlər.
Qoy sənin torpağın hər məhsul yığımı günü, “ehtiyac günündə"
olduğu kimi, uşaqlar və sümbül yığanlara onların sayına uyğun bir
parça çörək versin (görünür, nəzərdə tutulur ki, əkinçi sümbüliərin
bir hissəsini ehtiyacı olan uşaqlara və sümbül yığanlara saxlamalıdır)
Onlara (sənin tarlanda) (açıq havada) bataqlıq yerlərdə olduğu kimi,
yatmağa icazə ver. (Əgər sən buna əməl etsən) sənin allahın həmişə
sənə mərhəmətli olacaq. Sən alandan sonra... (bir az) biçilmiş
arpadan qovur (ki) hər gün insanlar sənə “biçilmiş arpa” üçün dua
etsinlər” (73-86-cı sətirlər).
Arpanı döyməyə hazırlaşarkən sənə arpa ölçənlərə tapşır ki,
sənin üçün otuz qur tutumlu (zəmbil) hazırlasınlar. Qoy sənin
xırmanını hamarlasınlar və hazır zəmbillərini gönədrmək üçün
86
cərgəyə
düzsünlər.
Səndən
ötəri
alətlər
(və)
arabalar
(hazırlandıqdan) sonra həmin arabalar xırmanda tayaya vurulmuş
arpaya tərəf sürməyi tapşır. Bu döyüm beş gün (çəkəcək). Arpam
“açmağa" başlamamışdan əvvəl arra çörəyi bişir. Arpam açmağa
başalayanda döyücü vələ dişlər bağla və asfaltla möhkəmləndir...
Öküzləri boyunduruğa qoşmamışdan əvvəl arpam “açan” adamlara
tapşır ki, yemlə onların (öküzlərin) yanına gəlsinlər (87-99-cu
sətirlər).
Sən arpanı məpəyə yığanda “təmizlənməmiş arpanın
duasını (bir daha) oxu . Arpanın sovrulmasına başlayanda arpanı
qaldıran adamlara diqqət yetir. Onu iki “arpa qaldıran” qaldırmalıdır.
Arpanı təmizləməyə başladığın gün arpanı döşəməyə sər (və) axşam
və gecə dua oxu. (Sonra) arpanı (püfədən) güclü küləyin (köməyi ilə)
“ayır”, (və) “azad edilmiş” arpa sənin üçün yığılacaq (100-108-cı
sətirlər).
(Bu) Enlilin oğlu Ninurtanın məsləhətləri ıdı. Ey Enlılın
sadiq əkinçisi Ninurta, sənə eşq olsun! (109-111-ci sətirlər).
Şumerin iqtisadi varlılığının mənbəyi yalnız onun tarlaları
deyil, həm də bağları və bostanları idi. Şumerdə bağçılıq sahəsində
əhəmiyyətli nailiyyət qədim dövrdən qoruyucu ağaclar olub. Bu, bağ
bitkilərini günəşdən və küləkdən qorumaq üçün qatı kölgə verən
ağacların əkini idi. Bu barədə məlumatı biz növbəti fəsildə
araşdırılacaq qədim Şumer poemasından alacağıq.
87
12. BAĞÇILIQ.
İLK QORUYUCU ƏKİNLƏR.
1946-cı ildə mən ABŞ - da Şərqin tədqiqatları məktəbinin
professoru və Filadelfıyada Pensilvani universiteti Muzeyinin
nümayəndəsi kimi dəvət olunduğum İstanbulda və Bağdadda oldum.
Mən İstanbulda keçirdiyim dörd aya yaxın müddətdə Şumer
əfsanələri və epik rəvayətləri yazılmış yüzlərlə lövhəciyin və
fraqmentlərin üzünü köçürmüşəm. Bu parçaların əksəriyyəti çox
kiçik və orta ölçülü fraqmentlər idi. Ancaq onların arasında bir neçə
daha tam lövhəciklər də vardı (məsələn, artıq haqqında 4-cü fəsildə
söhbət açdığımız “əsəblər müharibəsi” barədə danışan 12 sütunlu
lövhəcik). Bundan başqa Qış və Yay arasında mübahisə haqqında
(bax. f. 20) və son vaxtlara qədər məlum olmayan əfsanə yazılmış
səkkiz sütunlu lövhəciyə də rast gəldim. Mən əfsanəni “ İnanna və
Şukaliituda, yaxud bağbanın ölümcül günahı” adlandırdım.
İlkin variantda o təxminən 15x18 sm. ölçüdə lövhəcik
olmuşdur. Hazırda ondan ancaq bir hissə (10,6x17,5 sm.) qalmışdır.
Birinci və ikinci sütunlar - onların sayı cəmi altı olmuşdur - demək
olar, tamamilə dağılmışdır. Ancaq salamat qalmış dörd sütundan
200-ə yaxın sətri bərpa etmək olar. Onların yandan çoxu tam
saxlanılmışdır33.
Əfsanənin məzmunu aydınlaşdıqca mən anlamağa başladım
ki, o tamamilə orijinaldır. Hətta onun iki detalı mənə çox vacib
göründü.
Hər şeydən əvvəl, mətndə onu təhqir etmiş adamdan qisas
almaq məqsədilə onun ölkəsinin bütün suyunu qana çevirən ilahə
haqqında söhbət gedir. Bu “qanlı xəstəlik” mövzusuna qədim
ədəbiyyatda Bibliyada, İsxodun kitabından başqa heç bir yerdə rast
gəlinmir. Həmin epizodu yada salaq. İyeqova deyir: “Bundan
biləcəksən ki, mən-allaham, bax mən əlimdəki əsa ilə çaydakı suya
vuracağam və o qana çevriləcək” (İsxod, 7, 17).
İkinci özünəməxsus detala gəlincə o, “qoruyucu əkinlərin”
texnikasına aiddir; görünür, əfsanədə belə əkinlərin meydana
88
gəlməsini izah etməyə cəhd göstərilir. Hər halda, bu əfsanədən belə
nəticə çıxarmaq olar ki, bitkiləri günəşdən və küləkdən qorumaq
üçün qalınyarpaqlı ağacların əkilməsi Şumerdə artıq min illər əvvəl
məlum idi.
Əfsanənin qısa məzmunu budur.
Bir vaxt Şukaliituda adlı bir bağban yaşayırdı. O, yaxşı,
əməksevər və təcrübəli bağban olsa da, bütün səyləri hədər gedirdi. O,
bitkiləri qayğı ilə suvarırdı, amma onun bağı quruyurdu. Amansız
külələr daim onun üzünü “dağ tozu” ilə örtürdü. Onun bütün
səylərinə baxmayaraq bitkilər məhv olurdu. Bu vaxt o, baxışlarını
ulduzlara bürünmüş göyə dikərək əlamətləri öyrəndi və allahların
qanunlarını başa düşdü. Beləliklə, müdriklik əldə edən bizim bağban
öz bağında “sarbatu” ağacı (onun nə ağac olduğunu hələlik
aydınlaşdırmaq mümkün olmamışdır) əkdi. Onun qalın kölgəsi gün
çıxandan batana qədər bağı gizlədirdi. Nəticədə müxtəlif bostan
bitkiləri Şukalitudaya bol məhsul verməyə başladılar.
Bir dəfə ilahə İnanna (Şumer Afroditası) göydə və yerdə
gəzərkən yorulur və Şukallitudanın bağının yaxınlığında dincəlmək
üçün uzanır. O, öz bağından ilahəni görür, sonra isə yorğunluğundan
istifadə edərək gecə onun bəkarətinə toxunur. Səhər açılanda təhqir
edilmiş İnanna hər necə olursa-olsun onun təhqir olunmasına cəsarət
edən adamın kimliyini öyrənmək qərarına gəlir. Bunun üçün İnanna
şumerlərə iiç bəla göndərdi: o, ölkənin bütün mənbələrində suyu
qana döndərdi, palmalardan və tənəklərdən qan damırdı; məhvedici
burulğanlar və tufanlar gətirdi. Üçüncü bəlaya gəldikdə, burada
ancaq fərziyyə qurmaq olar, çünki mətnin uyğun gələn sətirləri
həddindən çox zədələnmişlər.
Bu cür qəti tədbirlərə baxmayaraq İnannaya öz təhqiredicisini
tapmaq müyəssər olmadı. Hər dəfə ölkəni bəla bürüyəndə
Şukaliituda kömək üçün öz atasına müraciət edirdi. Atası isə ona
məsləhət görürdü ki, öz “qarabaşlı” qardaşlannınA kütləsinə qanşsın
və şəhərlərin yaxınlığında olsun. Şukaliituda atasının məsləhətinə
əməl edir və hər dəfə ilahənin cəzasından qaçırdı.
A Şumerlər özlərini ' qarabaşlı xalq” adlandırırdılar - qeyd tərcümə.
89
Dostları ilə paylaş: |