27
doktoru və filologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almaq üçün
dissertasiyaların müdafiəsini keçirən D.02.181 Dissertasiya Şurasının üzvü
olmuşdur.
B.Ə.Xəlilov
Respublikamızın
və
Azərbaycan
Dövlət
Pedaqoji
Universitetinin ictimai həyatında fəal iştirak edir. İki dəfə 1999-cu və 2004-cü
illərdə Nəsimi bələdiyyəsinə üzv seçilmiş, Sosial məsələlər daimi komissiyasına
sədrlik etmişdir. 2006-cı il dekabr ayının 26-da Azərbaycanda təhsil sisteminin
inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidenti tərəfindən
“Tərəqqi” medalı ilə təltif olunmuşdur.
B.Ə.Xəlilov 2001-ci ildə «İlin alimi» nominasiyasının, 2003-cü ildə
«Vektor» Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə
«Azərbaycanın gənc alimləri» Beynəlxalq layihəsinin qalibi olmuşdur. O, 2004-cü
ildə Azad Qələmlər Cəmiyyəti tərəfindən Azərbaycan dili, ədəbiyyatı və
türkologiya elmlərinin tədqiqi-təbliği sahəsindəki xidmətlərinə görə «Qızıl qələm»
fəxri mükafatı laureatı seçilmişdir. 2006-cı və 2009-cu illərdə «Vektor»
Beynəlxalq Elm Mərkəzi Mükafat Komissiyasının qərarı ilə «XXI əsrin ziyalısı»
adına layiq görülmüşdür. 2009 və 2010-cu illərdə “XX – XXI əsrin yaradıcı və
ziyalı insanları” sırasında yer alanlardan biri olmuşdur. 2009-cu ildə türk
ədəbiyyatına xidmətləri ilə bağlı olaraq Türkiyə Cümhuriyyətinin KIBATEK
Akademik ÜYESİ diplomunu alıbdır. KIBATEK Akademik Üyesi seçilmişdir.
2006-cı ildə VII Uluslararası Türk dili Qurultayının iştirakçısı olmuş,
məruzə ilə çıxış etmiş, eyni zamanda qurultayın bölmələrindən birinə sədrlik
etmişdir.
2006-2007, 2007-2008-ci tədris illərində ADPU-da “İlin müəllimi”, 2011-
ci və 2013-cü illərdə “İlin alimi” müsabiqəsinin qalibi olmuşdur.
2009-cu ildə Azərbaycan Respublikasında referendum üzrə təşviqat
qrupunun (“Tərəqqi”) təyinatı əsasında vəkil edilmiş şəxs olmuşdur.
2011-ci ilin Prezident təqaüdçüsüdür. (Yazıçılar Birliyinin üzvü kimi)
28
2011-ci ilin may ayının 23-də Azərbaycan Kütləvi İnformasiya Vasitələri
İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “Xalqın nüfuzlu ziyalısı” mükafatı laureatı
seçilmişdir.
2011-ci ilin dekabr ayında Azərbaycan Respublikası Beynəlxalq Diaspor
Mərkəzi tərəfindən İrəvan Xanlığının tarixi və mədəniyyəti sahəsindəki
xidmətlərinə görə fəxri diplomla təltif olunmuşdur.
2012-ci ildə (2-7 apreldə) Bakı şəhərində Fəal təlim və Müasir Təlim
Texnologiyaları üzrə təlimdə iştirak etmiş, Azərbaycan Respublikası Təhsil
Nazirinin sertifikatını almışdır.
2011-ci ildən Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının üzvüdür.
2014-cü ildə Dilçilik ixtisası üzrə Koordinasiya Şurasının sədrinin müavini
kimi fəaliyyət göstərmişdir.
2012-ci ildə “Mərhəmət elçisi” beynəlxalq ictimai-siyasi, analitik jurnal
tərəfindən Azərbaycan milli ədəbiyyatının inkişafında böyük xidmətlərinə görə
“Elm fədaisi” diplomu ilə təltif edilmişdir.
Kütləvi informasiya vasitələri tərəfindən 2013-cü ildə keçirilmiş sorğunun
nəticələrinə əsasən vətəndaşlıq mövqeyi və əməli uğurlarına görə Azərbaycan
Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı tərəfindən “İlin alimi”
mükafatı laureatı olmuşdur.
2013-cü ildən AAK-ın Filologiya ixtisası üzrə Ekspert Şurasının üzvüdür.
2013-cü ildən Türkologiya jurnalının sahə redaktorlarından (Azərbaycan
dili, terminologiya üzrə) biridir.
2013-cü ildə Sülhün təbliği sahəsindəki xidmətlərinə, insanların, xüsusən də
gənc nəslin bəşəri ruhda tərbiyə olunmasında və yüksək mənəviyyat nümunəsi
göstərdiyinə, “Əsl İnsan” məktəbinin təşkilatçısı və “İdeal Dünya” uğrunda
göstərdiyi fəaliyyətə görə “Qalib Sultan” diplomu ilə təltif olunub.
17 iyun 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyinin VII Qurultayının
nümayəndəsi olubdur.
2015-ci ilin aprel ayında Türk dünyası araşdırmaları uluslararası elmlər
akademiyasının akademiki seçilib.
29
2015-ci ilin 19 mayında “Beynəlxalq Rəsul Rza” mükafatına layiq görülüb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 8 dekabr 2015-ci il tarixli,
450 №li sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti
yanında Terminologiya Komissiyasının yeni tərkib komissiyasına üzv seçilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin 17 fevral 2016-
cı il tarixli 4/14 nömrəli qərarı ilə AMEA-nın “Türkologiya” jurnalının redaksiya
heyətinin üzvü seçilmişdir.
B.Ə.Xəlilov doktorantların və gənc tədqiqatçıların XVIII, XIX, XX
Respublika elmi konfransının “Filologiya” bölməsinin işinin təşkilində və
keçirilməsində səmərəli fəaliyyət göstərən bölmə rəhbəri olmuşdur.
Ailəlidir, iki övladı var.
Dekan müavini.
Məhərrəm Abbasəli oğlu Hüseynov 18 fevral
1945-ci ildə Qərbi Azərbaycanda – Göyçə mahalı Çənbərək bölgəsinin Şorca
kəndində doğulmuşdur. 1960-cı ildə Şorca kənd 7 illik, 1964-cü ildə Ardanış kənd
11 illik məktəbini bitirmişdir. 1964-1969-cu illərdə S.M.Kirov adına Azərbaycan
Dövlət Universitetinin filologiya fakültəsində ali təhsil almışdır. 1969-1971-ci
illərdə baş leytinant hərbi rütbəsi ilə sovet ordusunda motoatıcı rota komandiri
kimi qulluq etmişdir. 1971-1975-ci illərdə Göyçənin Ardanış və Ağbulaq
kəndlərində müəllim kimi fəaliyyət göstərmişdir. 1975-1989-cu illərdə X.Abovyan
adına İrəvan Dövlət Pedaqoji İnstitutunda baş müəllim və dosent kimi çalışmışdır.
Azərbaycan Texniki Universitetində işlədiyi illərdə (1989-2001) Anadolu Türk
Liseyində, “Araz” hazırlıq kurslarında, Müəllimləri təkmilləşdirmə və
ixtisasdəyişmə kurslarında dərs demişdir. 2001-ci ildən Azərbaycan Dövlət
Dostları ilə paylaş: |