69
Cinayət məcəlləsinin müxtəlif bölmələrində yerləĢdirilmiĢ maddələri bir neçə bənddən ibarət olmaqla
cinayətkarlıqla mübarizə üçün cinayətin ağırlığı, edilmə Ģəraiti və s. xüsusiyyətlərinə görə cəza tədbirləri
nəzərdə tutulur.
2. Cinayətlərin təsnifatı
Təsnif öyrənilən hadisələrin hər hansı ümumi əlamət siniflərə də bölgüsüdür ki, burada hər sinfin
baĢqasına münasibətdə yeri dəqiq müəyyən olur.
Cinayətlərin təsnifi cinayətin anlayıĢı ətrafında idrakı daha yüksək pilləyə qaldırır, elmi təsəvvürü
dərinləĢdirir. Beləliklə, cinayətlərin təsnifatı bütün cinayət əməllərinin hər hansı ümumi əlamətə əsasən cinayət
törətmiĢ Ģəxslər barəsində yaratdığı hüquqi nəticələri göstərməklə qanunvericilik yolu ilə təsbit edilən
bölgüsüdür.
Cinayətlərin təsnifatı müxtəlif əsaslarla (meyarlarla) aparıla bilər. Cinayətlərin ictimai təhlükəlilik
dərəcəsinə görə təsnifatı daha aktual hesab edilir. Belə təsnifat, birinci, cinayətkarlığın aĢağı və yuxarı
sərhədlərini müəyyən edir, ikinci, məhkəmə təcrübəsinin vahid qaydada aparılmasını təmin edir, cinayət
statistikasının və kriminologiyanın empirik materiallarla təchiz edilməsinə kömək edir.
Qüvvədə olan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15-ci maddəsində cinayətlərin təsnifatı
konkret olaraq müəyyən edilmiĢdir. Qanunvericilikdə nəzərdə tutulmuĢ əməllər (hərəkət və ya hərəkətsizliklər)
xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və
xüsusilə ağır cinayətlərə bölünür.
Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə CM-lə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza
nəzərdə tutulmuĢ əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə azadlıqdan məhrum etmə
cəzasının yuxarı həddi 2 ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur.
Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuĢ azadlıqdan məhrum etmə cəzasının
yuxarı həddi 7 ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur.
Qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuĢ azadlıqdan məhrum etmə cəzasının
yuxarı həddi 12 ildən artıq olmayan əməllər ağır cinayətlər hesab olunur.
Qəsdən törədilməsinə görə 12 ildən artıq azadlıqdan məhrum etmə cəzası və ya daha ağır cəza nəzərdə
tutulmuĢ əməllər xüsusilə ağır cinayətlər hesab olunur.
3. Cinayət məsuliyyətinin yaranma əsasları
Cinayət məsuliyyəti, hüquqi məsuliyyətin bir növü olub, cinayət qanunu ilə dövlət tərəfindən müəyyən
edilir. Cinayət məsuliyyəti cinayət törətməkdə təqsiri olan Ģəxsin dövlət adından mühakimə edilməsini və onun
barəsində cəzanın tətbiqini nəzərdə tutur.
Cinayət məsuliyyətinin məzmununu aĢağıda qeyd edilən dövlət məcburiyyət tədbirləri müəyyən edir:
a) törədilən cinayət əməli və onu törətməkdə təqsiri olan Ģəxs dövlət adından mühakimə edilir. (məhkəmə
dövlət adından törədilən əmələ ictimai-siyasi, hüquqi qiymət verir, qanunauyğun olaraq törədilən əməlin cinayət
olduğunu, onu törətməkdə təqsiri olan Ģəxsin cinayətkar olduğunu qeyd edir);
b) məhkəmə təqsirkar barəsində törədilən əmələ görə qanunla müəyyən edilən sanksiya əsasında cəza
tərtib edir.
Azərbaycan Respublikası CM-nin 3-cü maddəsindən aydın görünür ki, cinayət məsuliyyəti yalnız cinayət
tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməl (hərəkət və hərəkətsizlik) üstündə meydana gələ bilər.
Hüquq ədəbiyyatında qanun üzrə cinayət əməlini xarakterizə edən zəruri əlamətlərin məcmusuna cinayət
tərkibi deyilir. Hər bir cinayətin növü özünəməxsus cinayət tərkibində təsvir olunur. Cinayət tərkibi cinayətin
hansı mənafeyi qəsd etməsini (cinayətin obyekti), nə kimi hərəkət və ya hərəkətsizlik də (cinayətin obyektiv
cəhəti), təqsirin hansı formasında ifadə olunmasını (cinayətin subyektiv cəhəti) və kim tərəfindən edilə
biləcəyini (cinayətin subyektini) təsvir edir. Cinayətin bu dörd əlamətinin məcmusu olmadıqda, cinayət tərkibi
də yoxdur və deməli, cinayət məsuliyyətinin əsasları da meydana gəlmir.
Cinayət məsuliyyəti – cinayət törədilməsi ilə yaranan cinayət hüquq münasibətinin tərkib hissəsidir,
elementidir.
Beləliklə, cinayət məsuliyyəti öz ifadəsini cinayətin və cinayət törədən Ģəxsin dövlət adından mühakimə
edilməsində və məhkəmə tərəfindən cinayətə görə cəzanın, yaxud da cinayət hüquqi xarakterli baĢqa təsir
tədbirlərinin tətbiqində tapır. Buradan göründüyü kimi, cinayət məsuliyyəti cinayət törədən Ģəxsin təkcə dövlət
qarĢısında yaranan cavabdehliyi deyildir, həm də cinayətin törədilmə faktına görə dövlət adından cinayətin və
70
cinayəti törədən Ģəxsin mühakimə edilməsi, eləcə də onun Ģəxsi və əmlak xarakterli məhrumiyyətlərə məruz
qalmasıdır.
4. Cinayət və cinayət tərkibi və tərkibin ünsürləri
Cinayət – ictimai həyatda ayrı-ayrı Ģəxslər tərəfindən törədilən ictimai-təhlükəli, qeyri-hüquqi, təqsirli və
cəzalanmalı olan, qeyri-əxlaqi əməldir.
Cinayət sosial-hüquqi hadisədir. Cinayət təqsirkarın Ģəxsiyyətinin xüsusiyyətləri ilə ictimai mühitin
ziddiyyətlərinin qarĢılıqlı əlaqəsindən doğur. Buna görə də sosial təbiətə malikdir. Eyni vaxtda belə əməllərin
qanunda anlayıĢı verildiyindən hüquqi hadisə kimi mövcud olur.
Cinayət müəyyən məkanda, zamanda və konkret Ģəxs tərəfindən törədilir.
Cinayət tərkibi – ictimai təhlükəli əməli cinayət kimi xarakterizə edən cinayət qanunda göstərilən
obyektiv və subyektiv əlamətlərin məcmusudur.
Cinayət tərkibinin elementi tərkibin struktur hissəsi olub qanunla cinayət sayılan əməlin müxtəlif
tərəflərinə (obyektə, obyektiv cəhətə, subyektə, subyektiv cəhətə) uyğun gələn qrup əlamətlərdir. Cinayət
tərkibinin əlamətləri eyni zamanda cinayət tərkibinin elementləri yaradır.
Cinayət tərkibi əlamətləri bütövlükdə cinayəti xarakterizə edir, onu nəzərdə tutur. Cinayət qanunu
cinayətin ünsürlərini xarakterizə edən əlamətləri daxil etməklə buna nail olur. BaĢqa sözlə, cinayəti fikrən dörd
ünsürə parçalamaqla cinayətin obyekti, obyektiv cəhəti, subyekti və subyektiv cəhəti kimi hissələri
fərqləndirilir.
Cinayəti elementlərə (ünsürlərə) parçalamaqla belə analitik təhlilin aparılması cinayət tərkibi əlamətləri
ilə cinayət arasında əlaqəni düzgün dərk etməyə imkan verir. Buna görə cinayət hüquq elmi cinayət tərkibi
əlamətlərini dörd qrupa ayırır:
a) Cinayətin obyektini xarakterizə edən əlamətlər
b) Cinayətin obyektiv cəhətini xarakterizə edən əlamətlər
c) Cinayətin subyektini xarakterizə edən əlamətlər
d) Cinayətin subyektiv cəhətini xarakterizə edən əlamətlər.
Birinci iki qrup əlamətləri – cinayətin obyektiv əlamətləri, ikinci qrup əlamətləri isə subyektiv əlamətlər
adlandırmaq qəbul edilmiĢdir. Cinayət tərkibi əlamətləri sadalanan ünsürləri nəzərdə və bunların da (ünsürlərin)
cəmi konkret cinayəti yaradır.
Cinayətin obyekti – kriminal qəsdlərdən qoruyan ictimai münasibətlərdir. Cinayətin obyektinin cinayətin
tövsifi üçün, cinayətin xarakterinin və təhlükəlilik dərəcəsinin müəyyən edilməsi üçün mühüm əhəmiyyəti
vardır. Cinayət hüquq elmi cinayətin obyektinin üç növünü – ümumi obyekti, xüsusi obyekti və bilavasitə
obyekti müəyyən edir. Eləcə də, cinayətin predmetini fərqləndirir. Cinayətdən obyekt, qoruyan ictimai
münasibətlər ziyan çəkir.
Ümumi obyekt dedikdə bütün cinayətlər üçün xarakterik olan, cinayət qanunu vasitəsi ilə qorunan ictimai
münasibətlər anlayıĢıdır. Bu anlayıĢın tərkibinə ictimai-dövlət quruluĢu, təsərrüfat sistemi, mülkiyyət, Ģəxsiyyət
və sairə qarĢı törədilən əməllər daxildir:
Xüsusi obyekt – bilavasitə hansı amillərə qarĢı cinayətin yönəldilməsi baĢa düĢülməlidir. Məsələn,
əmlaka, mülkiyyətə və sairəyə qarĢı yönəldilən cinayətlərin yönəldilmə istiqaməti;
Bilavasitə obyekt – müəyyən ictimai münasibətlərin bir hissəsi, məsələn, Ģəxsiyyətə, insan həyatı və
sağlamlığına, əxlaqına qarĢı edilən əməllərin yönəldilmə istiqaməti hesab edilməlidir.
Sadalanan obyektlər içərisində bilavasitə obyekti xarakterizə edən əlamət cinayət tərkibinə həmiĢə daxil
edilir, cinayət tərkibinin elementi kimi nəzərdə tutulur. Buna görə də məsuliyyətin həllində hökmən əməldən
ziyan çəkən obyekt aydınlaĢdırılır.
Cinayətin bilavasitə obyekti – xüsusi obyektin hissəsidir. Ayrı-ayrı cinayətlərin qəsd etdiyi ictimai
münasibətlərin konkretləĢdirilməsində bilavasitə obyekt anlayıĢından istifadə edilir. Bilavasitə obyekt – bu və ya
digər əməlin etdiyi konkret ictimai münasibətlərdir. Məsələn, adam öldürmədə insanın həyatının təhlükəsizliyini
təmin edən münasibətlərə, müxtəlif dərəcədə bədən xəsarəti yetirmədə, habelə döymədə, səhhətin təhlükəsizliyi
münasibətlərinə, təhqir və böhtanda Ģərəf və ləyaqətin təhlükəsizliyinə qəsd edilir. Burada sadalanan ictimai
münasibətlər cinayətlərdən ziyan çəkən bilavasitə obyektlərdir. Xüsusi obyektə qəsd edən bütün cinayətlərin
ayrı-ayrılıqda bilavasitə obyekti vardır.
Bəzən törədilən cinayətdən bir sıra ictimai münasibətlər ziyan çəkir. Belə ki, soyğunçuluq cinayətində
zərər çəkənin də səhhətinə ziyan yetirilə bilər. Lakin burada səhhətin ziyan çəkməsi oğurluq cinayəti üçün tipik
hal deyildir, təsadüfü haldır. Oğurluq cinayətdə bilavasitə obyekt mülkiyyətdir. Əgər cinayətdən iki, yaxud da
daha artıq ictimai münasibət ziyan çəkirsə belə cinayətlər ikiobyektli, yaxud da çoxobyektli cinayətlər