75
Qəsdin 1-ci iki əlaməti (dərk etmək və əvvəlcədən görmək) əqli momenti, 3-cü əlaməti isə ictimai
təhlükəli olan əməlin törədilməsini, yaxud da ictimai təhlükəli nəticənin baĢ verməsini arzu etmək, yaxud da
belə nəticələrə Ģüurlu surətdə yol vermək iradi momenti xarakterizə edir. BirbaĢa qəsdlə dolayı qəsd iradi
cəhətlərinə görə bir-birindən fərqlənirlər.
ġəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiĢ, onun ictimai
təhlükəli nəticələrini qabaqcadan görmüĢ, lakin bunları arzu etməmiĢ və belə nəticələrin baĢ verməsinə Ģüurlu
surətdə yol verməmiĢdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiĢ hesab olunur.
BirbaĢa qəsddə təqsirkar ictimai təhlükəli nəticəni arzu edir, dolayı qəsddə isə arzu etmir, lakin ona Ģüurlu
surətdə yol verir.
1.4.
Cinayətin ehtiyatsızlıqdan törədilməsi. CM-nin 26-cı maddəsində deyilir ki, cinayətkarcasına
özünəgüvənmə və ya cinayətkarcasına ehtiyatsızlıq nəticəsində törədilmiĢ əməl (hərəkət və ya hərəkətsizlik)
ehtiyatsızlıqdan törədilmiĢ cinayət sayılır.
ġəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını
qabaqcadan görmüĢ, lakin kifayət qədər əsas olmadan onların qarĢısını alacağını güman etmiĢdirsə, bu əməl
(hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiĢ cinayət hesab olunur.
Cinayətkarcasına özünə güvənmə növündə psixi münasibət zəminində törədilən cinayətlərdə təqsirkar öz
hərəkət və hərəkətsizliyinin ictimai təhlükəli nəticələr doğuracağı imkanını əvvəlcədən görür (əqli ünsür), lakin
onların qarĢısını alacağına yüngül fikirliliklə ümid bağlayır (iradi ünsür). Burada cinayətin subyekti ictimai təh-
lükəli nəticənin qarĢısını alacağı imkanını bir sıra obyektiv və subyektiv amillərin hərəkəti zəminində edir. ġəxs,
ictimai-təhlükəli nəticənin qarĢısının alınmasında hesaba alınan subyektiv amillərə – təcrübəsinə, bacarığına,
çevikliyinə, biliyinə, habelə obyektiv amillərə – əməlin baĢ verdiyi Ģəraitdə, baĢqa adamların köməyinə, maĢın
və baĢqa avadanlığın sazlığına, təbiət qüvvələrinə – küləyə, yağıĢa, selə və s. ümid bağlayır.
Məsələn, subyekt bir halda meĢədə yandırdığı ocağı söndürmür, baĢlayan yağıĢın güclənəcəyinə ümid
bağlayır. BaĢqa halda yağıĢdan xarab ola biləcək əmlakın üstünü örtmür, ümid edir ki, yağıĢ yağmayacaq.
Cinayətkarcasına özünə güvənmənin iradi ünsürü – ictimai təhlükəli nəticənin qarĢısını alacağına, yüngül
fikirliliklə ümid bağlamada ifadə olunur.
ġəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi
diqqət və ehtiyatlılıq göstərəcək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmiĢdirsə, bu
əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiĢ cinayət hesab olunur.
Ehtiyatsızlığın növü kimi etinasızlıq üç əlamətlə xarakterizə olunur:
1.
ġəxs öz hərəkət və hərəkətsizliyinin ictimai-təhlükəli nəticə doğuracağı imkanını dərk etmir;
2.
Belə nəticələri görmək Ģəxsin vəzifəsi sayılır;
3.
ġəxsin kriminal nəticələri görmək və qarĢısını almaq imkanı olur.
Cinayətkarcasına etinasızlıq qəsdin ictimai mənafeyə diqqətsiz, laqeyd münasibətinin, xidməti xidmətini
və peĢə vəzifələrini yerinə yetirərkən kifayət qədər ehtiyatlı olmağının və ya baĢqa fəaliyyət sahəsini tənzim
edən xüsusi qaydalara, birgə yaĢayıĢ qaydalarına riayət etməməsinin nəticəsi kimi mövcud olur.
ġəfqət bacısı Mahirə Ģəhər xəstəxanasında xəstə Damədə təyin olunmuĢ brom əvəzinə səhvən dikain
məhlulunu vurmuĢ, nəticədə Daməm ölmüĢdür.
Mahirə brom məhlulunun Ģkafda onun qoyulduğu yerdə olduğunu güman etmiĢ, bunun üçün qabın
üstündəki qeydiyyatı oxumamıĢ (etməli olduğu hərəkəti etməmiĢdir), qabda olan Ģəffaf dikain məhlulunun brom
məhlulu olduğunu zənn etmiĢdir.
Mahirə ehtiyatsızlıq üzündən adam öldürmə üstündə məsuliyyətə alınmıĢdır.
Cinayətkarcasına ehtiyatsızlığa görə cinayət məsuliyyətinin subyektiv tərəfi iki Ģərtə əsaslanır:
a) Ģəxsin ictimai-təhlükəli nəticənin baĢ verəcəyi imkanın görməli olması;
b) Ģəxsin belə nəticənin qarĢısını almağa imkanı olması.
Yetkinlik yaĢına çatmayanların cinayət məsuliyyətinin xüsusiyyətləri.
Qüvvədə olan cinayət qanunvericiliyi yetkinlik yaĢına çatmayanların yaĢ və psixoloji xüsusiyyətlərini
nəzərə almaqla onların məsuliyyətinin həllinə yol verir.
CM-nin 84-cü maddəsində yetkinlik yaĢına çatmayanların cinayət məsuliyyəti nəzərdə tutulur. Maddədə
deyilir ki, cinayət törədərkən 14 yaĢı tamam olmuĢ, lakin 18 yaĢına çatmayan Ģəxslər yetkinlik yaĢına
çatmayanlar hesab olunur.
Yetkinlik yaĢına çatmayanlar cinayət törətdikdə onlara cəza təyin edilə bilər və ya tərbiyəvi xarakterli
məcburi tədbirlər tətbiq edilə bilər.
Cinayət qanunvericiliyinə görə yetkinlik yaĢına çatmayanlara aĢağıdakı cəza növləri təyin edilir: (maddə
85 CM)
1.
cərimə;
2.
ictimai iĢlər;
3.
islah iĢləri;
76
4.
müəyyən müddətə azadlıqdan məhrum etmə.
Cərimə yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaĢına
çatmayan məhkuma təyin edilir. Cərimə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuĢ
minimum əmək haqqı məbləğinin 30 mislindən yüz mislinədək miqdarda təyin edilir.
Ġctimai iĢlər qırx saatdan yüz altmıĢ saatadək müddətə təyin olunur və yetkinlik yaĢına çatmayan
məhkumun bacardığı, onun təhsildən və əsas iĢindən asudə vaxtlarda yerinə yetirdiyi iĢlərdən ibarətdir. Bu cəza
növünün icra müddəti on beĢ yaĢınadək, on altı yaĢınadək Ģəxslər üçün isə gündə üç saatdan çox ola bilməz.
Yetkinlik yaĢına çatmayan məhkumlara islah iĢləri iki aydan bir ilədək müddətə təyin edilir. Bu zaman
məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiĢ miqdarda beĢ faizdən iyirmi faizə qədər pul
dövlət nəfinə tutulur.
Azadlıqdan məhrum etmə cəzası yetkinlik yaĢına çatmayan məhkumlara on ildən çox olmayan müddətə
təyin edilir. Yetkinlik yaĢına çatmayan məhkumlar cəzalarını aĢağıdakı tərbiyə müəssisələrində çəkirlər:
1.
yetkinlik yaĢına çatmayan qızlar, habelə ilk dəfə azadlıqdan məhrum etməyə məhrum olunmuĢ
yetkinlik yaĢına çatmayan oğlanlar – ümumi rejimli tərbiyə müəssisələrində;
2.
əvvəllər azadlıqdan məhrum etmə növündə çəkmiĢ yetkinlik yaĢına çatmayan oğlanlar – möhkəm
rejimli tərbiyə müəssisələrində.
Məhkəmələr tərəfindən yetkinlik yaĢına çatmayanlara cəza təyin edilərkən yetkinlik yaĢına çatmama
yüngülləĢdirici hal kimi, cəzanı yüngülləĢdirən və ağırlaĢdıran hallarda birlikdə nəzərə alınır.
8. Yetkinlik yaĢına çatmayanların cinayətlərinin xüsusiyyətləri
Əlavə ədəbiyyat
1.
Qafarov T., Hüsenov V., Səməndərov F. Həddi-buluğa çatmayanların məsuliyyəti. Bakı, Elm, 1979.
2.
Qafarov T. Cinayət və cinayət məsuliyyəti. Bakı, Azərbaycan Dövlət NəĢriyyatı, 1978.
3.
Dolqova A.Ġ. Soüialğno-psixoloqiçeskie aspektı prestupnosti nesoverĢennoletnix. Moskva, 1991.
4.
Levitov N.D. Detskaə i pedaqoqiçeskaə psixoloqiə. Moskva, 1994.
5.
Dan. N. Osobennosti pokazaniy maloletnix i nesoverĢennoletnıx svideteley i taktika ix doprosa.
Moskva, 1993.
6.
Mustafaev Ç.F. Voprosı kriminoloqiçeskoy xarakteristiki liü, soverĢivĢix xiĢenie // «Qanunçuluq», №
1.1994.
7.
Səməndərov F.Y. Yetkinlik yaĢına çatmayanlar barəsində əxlaqsız hərəkətlərə görə cinayət məsuliyyəti
haqqında // «Qanunçuluq», № 3.1998.
8.
Ġstintaq taktikası. Bakı, Maarif, 1991.
Cinayət məsuliyyətinin meydana gəlməsi, reallaĢdırılması və cinayət məsuliyyətinə son qoyulması
cinayət hüquq münasibətləri çərçivəsində baĢ verir. Cinayət hüquq normaları ilə tənzim olunan spesifik ictimai
münasibətlər ancaq cinayət əməlinin törədilməsilə əlaqədar yaranır.
Hər bir hüquq münasibəti kimi cinayət hüquq münasibəti də cinayət hüquq normasının, subyektlərin,
hüquq münasibətini törədən hüquqi faktın (cinayət sayılan əməlin törədilməsini), habelə hüquq münasibəti,
subyektlərinin qarĢılıqlı hüquq və vəzifələrinin olmasını nəzərdə tutur.
Cinayət məsuliyyəti-cinayətin törədilməsi ilə yaranan cinayət hüquq münasibətinin tərkib hissəsidir,
elementidir.
Cinayətin subyekti ola bilməyən Ģəxslər tərəfindən törədilən ictimai təhlükəli əməl, eləcə də zəruri
müdafiə, son zərurət Ģəraitində və cinayətkarın yaxalanması ilə bağlı yol verilən hərəkətlər-cinayət hüquq
münasibətləri yaratmır.
Cinayətin subyekti qanunla müəyyən edilən yaĢ həddinə çatmıĢ Ģəxsdir. Nəzərdə tutulan yaĢ həddinə
çatmayan Ģəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin zəruri Ģərtlərindən biridir. AzyaĢlı Ģəxs, yaĢına görə öz
hərəkətlərini ölçüb-biçmək, habelə ona rəhbərlik etmək iqtidarında olmadığı üçün cinayətin subyekti ola bilməz.
Cinayətin qanunvericiliyinin inkiĢaf tarixində yaĢ həddi məsələsinə münasibət müxtəlif olmuĢdur.
1920-ci ildə qəbul edilən «Azərbaycan SSR Cinayət hüququ üzrə Əsas baĢlanğıclar»da cinayətin subyekti
14 yaĢdan müəyyən edilmiĢdir. On dörd yaĢa qədər olan Ģəxslər xətaya yol verdikdə onlar barəsində tərbiyəvi
xarakterli tədbirlər tətbiq edilirdi. Azərbaycan Respublikasının 1922-ci ildə qəbul edilən Cinayət Məcəlləsinin
18-ci maddəsi əvvəllər qüvvədə olan qanunvericiliyinin müddəalarını özündə saxlayaraq bəzi cinayətlərə görə
cinayətin subyekti üçün müəyyən etdi.
Qanun eyni vaxtdan 14 yaĢdan 16 yaĢına qədər olanlara tətbiq edilən cəza müddətini sanksiyada
göstərilən cəzanın yüksək həddinin yarısı qədər, 16 yaĢdan 18 yaĢa qədər olan Ģəxslərə təyin edilən cəza isə
sanksiyada göstərilən cəzanın yüksək həddinin üçdə biri qədər yumĢaldılırdı.