Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə35/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   41

75 

 

Qəsdin  1-ci  iki  əlaməti  (dərk  etmək  və  əvvəlcədən  görmək)  əqli  momenti,  3-cü  əlaməti  isə  ictimai 



təhlükəli  olan  əməlin  törədilməsini,  yaxud  da  ictimai təhlükəli  nəticənin  baĢ  verməsini  arzu  etmək,  yaxud  da 

belə  nəticələrə  Ģüurlu  surətdə  yol  vermək  iradi  momenti  xarakterizə  edir.  BirbaĢa  qəsdlə  dolayı  qəsd  iradi 

cəhətlərinə görə bir-birindən fərqlənirlər. 

ġəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai  təhlükəli  olduğunu  dərk  etmiĢ,  onun  ictimai 

təhlükəli nəticələrini qabaqcadan görmüĢ, lakin bunları arzu etməmiĢ və belə nəticələrin baĢ verməsinə Ģüurlu 

surətdə yol verməmiĢdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiĢ hesab olunur. 

BirbaĢa qəsddə təqsirkar ictimai təhlükəli nəticəni arzu edir, dolayı qəsddə isə arzu etmir, lakin ona Ģüurlu 

surətdə yol verir. 

1.4.

 

Cinayətin  ehtiyatsızlıqdan  törədilməsi.  CM-nin  26-cı  maddəsində  deyilir  ki,  cinayətkarcasına 



özünəgüvənmə  və  ya  cinayətkarcasına  ehtiyatsızlıq  nəticəsində  törədilmiĢ  əməl  (hərəkət  və  ya  hərəkətsizlik) 

ehtiyatsızlıqdan törədilmiĢ cinayət sayılır. 

ġəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai  təhlükəli  nəticələr  verə  biləcəyi  imkanını 

qabaqcadan  görmüĢ,  lakin  kifayət  qədər  əsas  olmadan  onların  qarĢısını  alacağını  güman  etmiĢdirsə,  bu  əməl 

(hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiĢ cinayət hesab olunur. 

Cinayətkarcasına özünə güvənmə növündə psixi münasibət zəminində törədilən cinayətlərdə təqsirkar öz 

hərəkət və hərəkətsizliyinin ictimai təhlükəli nəticələr doğuracağı imkanını əvvəlcədən görür (əqli ünsür), lakin 

onların qarĢısını alacağına yüngül fikirliliklə ümid bağlayır (iradi ünsür). Burada cinayətin subyekti ictimai təh-

lükəli nəticənin qarĢısını alacağı imkanını bir sıra obyektiv və subyektiv amillərin hərəkəti zəminində edir. ġəxs, 

ictimai-təhlükəli  nəticənin  qarĢısının  alınmasında  hesaba  alınan  subyektiv  amillərə  –  təcrübəsinə,  bacarığına, 

çevikliyinə, biliyinə, habelə obyektiv amillərə – əməlin baĢ verdiyi Ģəraitdə, baĢqa adamların köməyinə, maĢın 

və baĢqa avadanlığın sazlığına, təbiət qüvvələrinə – küləyə, yağıĢa, selə və s. ümid bağlayır. 

Məsələn,  subyekt  bir  halda  meĢədə  yandırdığı  ocağı  söndürmür,  baĢlayan  yağıĢın  güclənəcəyinə  ümid 

bağlayır. BaĢqa halda yağıĢdan xarab ola biləcək əmlakın üstünü örtmür, ümid edir ki, yağıĢ yağmayacaq. 

Cinayətkarcasına özünə güvənmənin iradi ünsürü – ictimai təhlükəli nəticənin qarĢısını alacağına, yüngül 

fikirliliklə ümid bağlamada ifadə olunur. 

ġəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi 

diqqət və ehtiyatlılıq göstərəcək qabaqcadan görməli olduğu və görə biləcəyi halda,  onları görməmiĢdirsə, bu 

əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiĢ cinayət hesab olunur. 

Ehtiyatsızlığın növü kimi etinasızlıq üç əlamətlə xarakterizə olunur: 

1.

 

ġəxs öz hərəkət və hərəkətsizliyinin ictimai-təhlükəli nəticə doğuracağı imkanını dərk etmir; 



2.

 

Belə nəticələri görmək Ģəxsin vəzifəsi sayılır; 



3.

 

ġəxsin kriminal nəticələri görmək və qarĢısını almaq imkanı olur. 



Cinayətkarcasına etinasızlıq qəsdin ictimai mənafeyə diqqətsiz, laqeyd münasibətinin, xidməti xidmətini 

və  peĢə  vəzifələrini  yerinə  yetirərkən  kifayət  qədər  ehtiyatlı  olmağının  və  ya  baĢqa  fəaliyyət  sahəsini  tənzim 

edən xüsusi qaydalara, birgə yaĢayıĢ qaydalarına riayət etməməsinin nəticəsi kimi mövcud olur. 

ġəfqət  bacısı  Mahirə  Ģəhər  xəstəxanasında  xəstə  Damədə  təyin  olunmuĢ  brom  əvəzinə  səhvən  dikain 

məhlulunu vurmuĢ, nəticədə Daməm ölmüĢdür. 

Mahirə  brom  məhlulunun  Ģkafda  onun  qoyulduğu  yerdə  olduğunu  güman  etmiĢ,  bunun  üçün  qabın 

üstündəki qeydiyyatı oxumamıĢ (etməli olduğu hərəkəti etməmiĢdir), qabda olan Ģəffaf dikain məhlulunun brom 

məhlulu olduğunu zənn etmiĢdir. 

Mahirə ehtiyatsızlıq üzündən adam öldürmə üstündə məsuliyyətə alınmıĢdır. 

Cinayətkarcasına ehtiyatsızlığa görə cinayət məsuliyyətinin subyektiv tərəfi iki Ģərtə əsaslanır: 

a) Ģəxsin ictimai-təhlükəli nəticənin baĢ verəcəyi imkanın görməli olması; 

b) Ģəxsin belə nəticənin qarĢısını almağa imkanı olması. 

Yetkinlik yaĢına çatmayanların cinayət məsuliyyətinin xüsusiyyətləri. 

Qüvvədə  olan  cinayət  qanunvericiliyi  yetkinlik  yaĢına  çatmayanların  yaĢ  və  psixoloji  xüsusiyyətlərini 

nəzərə almaqla onların məsuliyyətinin həllinə yol verir. 

CM-nin 84-cü maddəsində yetkinlik yaĢına çatmayanların cinayət məsuliyyəti nəzərdə tutulur. Maddədə 

deyilir  ki,  cinayət  törədərkən  14  yaĢı  tamam  olmuĢ,  lakin  18  yaĢına  çatmayan  Ģəxslər  yetkinlik  yaĢına 

çatmayanlar hesab olunur. 

Yetkinlik  yaĢına  çatmayanlar  cinayət  törətdikdə  onlara  cəza  təyin  edilə  bilər  və  ya  tərbiyəvi  xarakterli 

məcburi tədbirlər tətbiq edilə bilər. 

Cinayət qanunvericiliyinə görə yetkinlik yaĢına çatmayanlara aĢağıdakı cəza növləri təyin edilir: (maddə 

85 CM) 


1.

 

cərimə; 



2.

 

ictimai iĢlər; 



3.

 

islah iĢləri; 




76 

 

4.



 

müəyyən müddətə azadlıqdan məhrum etmə. 

Cərimə yalnız müstəqil əmək haqqı və ya bu cəzanın icrasına yönəldilə bilən əmlakı olan yetkinlik yaĢına 

çatmayan  məhkuma  təyin  edilir.  Cərimə  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən  olunmuĢ 

minimum əmək haqqı məbləğinin 30 mislindən yüz mislinədək miqdarda təyin edilir. 

Ġctimai  iĢlər  qırx  saatdan  yüz  altmıĢ  saatadək  müddətə  təyin  olunur  və  yetkinlik  yaĢına  çatmayan 

məhkumun bacardığı, onun təhsildən və əsas iĢindən asudə vaxtlarda yerinə yetirdiyi iĢlərdən ibarətdir. Bu cəza 

növünün icra müddəti on beĢ yaĢınadək, on altı yaĢınadək Ģəxslər üçün isə gündə üç saatdan çox ola bilməz. 

Yetkinlik  yaĢına  çatmayan  məhkumlara  islah  iĢləri  iki  aydan  bir  ilədək  müddətə  təyin  edilir.  Bu  zaman 

məhkumun qazancından məhkəmənin hökmü ilə müəyyən edilmiĢ miqdarda beĢ faizdən iyirmi faizə qədər pul 

dövlət nəfinə tutulur. 

Azadlıqdan məhrum etmə cəzası yetkinlik yaĢına çatmayan məhkumlara on ildən çox olmayan müddətə 

təyin edilir. Yetkinlik yaĢına çatmayan məhkumlar cəzalarını aĢağıdakı tərbiyə müəssisələrində çəkirlər: 

1.

 



yetkinlik  yaĢına  çatmayan  qızlar,  habelə  ilk  dəfə  azadlıqdan  məhrum  etməyə  məhrum  olunmuĢ 

yetkinlik yaĢına çatmayan oğlanlar – ümumi rejimli tərbiyə müəssisələrində; 

2.

 

əvvəllər  azadlıqdan  məhrum  etmə  növündə  çəkmiĢ  yetkinlik  yaĢına  çatmayan  oğlanlar  –  möhkəm 



rejimli tərbiyə müəssisələrində. 

Məhkəmələr  tərəfindən  yetkinlik  yaĢına  çatmayanlara  cəza  təyin  edilərkən  yetkinlik  yaĢına  çatmama 

yüngülləĢdirici hal kimi, cəzanı yüngülləĢdirən və ağırlaĢdıran hallarda birlikdə nəzərə alınır. 

 

8. Yetkinlik yaĢına çatmayanların cinayətlərinin xüsusiyyətləri 



 

Əlavə ədəbiyyat 

1.

 



Qafarov T., Hüsenov V., Səməndərov F. Həddi-buluğa çatmayanların məsuliyyəti. Bakı, Elm, 1979. 

2.

 



Qafarov T. Cinayət və cinayət məsuliyyəti. Bakı, Azərbaycan Dövlət NəĢriyyatı, 1978. 

3.

 



Dolqova A.Ġ. Soüialğno-psixoloqiçeskie aspektı prestupnosti nesoverĢennoletnix. Moskva, 1991. 

4.

 



Levitov N.D. Detskaə i pedaqoqiçeskaə psixoloqiə. Moskva, 1994. 

5.

 



Dan.  N.  Osobennosti  pokazaniy  maloletnix  i  nesoverĢennoletnıx  svideteley  i  taktika  ix  doprosa. 

Moskva, 1993. 

6.

 

Mustafaev  Ç.F. Voprosı  kriminoloqiçeskoy  xarakteristiki  liü,  soverĢivĢix xiĢenie //  «Qanunçuluq»,  № 



1.1994. 

7.

 



Səməndərov F.Y. Yetkinlik yaĢına çatmayanlar barəsində əxlaqsız hərəkətlərə görə cinayət məsuliyyəti 

haqqında // «Qanunçuluq», № 3.1998. 

8.

 

Ġstintaq taktikası. Bakı, Maarif, 1991. 



 

 

Cinayət  məsuliyyətinin  meydana  gəlməsi,  reallaĢdırılması  və  cinayət  məsuliyyətinə  son  qoyulması 



cinayət hüquq münasibətləri çərçivəsində baĢ verir. Cinayət hüquq normaları ilə tənzim olunan spesifik ictimai 

münasibətlər ancaq cinayət əməlinin törədilməsilə əlaqədar yaranır. 

Hər  bir  hüquq  münasibəti  kimi  cinayət  hüquq  münasibəti  də  cinayət  hüquq  normasının,  subyektlərin, 

hüquq  münasibətini  törədən  hüquqi  faktın  (cinayət  sayılan  əməlin  törədilməsini),  habelə  hüquq  münasibəti, 

subyektlərinin qarĢılıqlı hüquq və vəzifələrinin olmasını nəzərdə tutur. 

Cinayət  məsuliyyəti-cinayətin  törədilməsi  ilə  yaranan  cinayət  hüquq  münasibətinin  tərkib  hissəsidir, 

elementidir. 

Cinayətin  subyekti  ola  bilməyən  Ģəxslər  tərəfindən  törədilən  ictimai  təhlükəli  əməl,  eləcə  də  zəruri 

müdafiə,  son  zərurət  Ģəraitində  və  cinayətkarın  yaxalanması  ilə  bağlı  yol  verilən  hərəkətlər-cinayət  hüquq 

münasibətləri yaratmır. 

Cinayətin  subyekti  qanunla  müəyyən  edilən  yaĢ  həddinə  çatmıĢ  Ģəxsdir.  Nəzərdə  tutulan  yaĢ  həddinə 

çatmayan Ģəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin zəruri Ģərtlərindən biridir. AzyaĢlı Ģəxs, yaĢına görə öz 

hərəkətlərini ölçüb-biçmək, habelə ona rəhbərlik etmək iqtidarında olmadığı üçün cinayətin subyekti ola bilməz. 

Cinayətin qanunvericiliyinin inkiĢaf tarixində yaĢ həddi məsələsinə münasibət müxtəlif olmuĢdur. 

1920-ci ildə qəbul edilən «Azərbaycan SSR Cinayət hüququ üzrə Əsas baĢlanğıclar»da cinayətin subyekti 

14 yaĢdan müəyyən edilmiĢdir. On dörd yaĢa qədər olan Ģəxslər xətaya yol verdikdə onlar barəsində tərbiyəvi 

xarakterli tədbirlər  tətbiq edilirdi. Azərbaycan  Respublikasının  1922-ci  ildə  qəbul  edilən  Cinayət Məcəlləsinin 

18-ci  maddəsi  əvvəllər  qüvvədə  olan  qanunvericiliyinin  müddəalarını özündə  saxlayaraq  bəzi cinayətlərə  görə 

cinayətin subyekti üçün müəyyən etdi. 

Qanun  eyni  vaxtdan  14  yaĢdan  16  yaĢına  qədər  olanlara  tətbiq  edilən  cəza  müddətini  sanksiyada 

göstərilən  cəzanın  yüksək  həddinin  yarısı  qədər,  16  yaĢdan  18  yaĢa  qədər  olan  Ģəxslərə  təyin  edilən  cəza  isə 

sanksiyada göstərilən cəzanın yüksək həddinin üçdə biri qədər yumĢaldılırdı. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə