Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə37/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

78 

 

edilmiĢdir.  Burada  göstərilməyən  hər  hansı  baĢqa  cinayətə  görə  on  dörd  yaĢdan  on  altı  yaĢınadək  olan  Ģəxs 



cinayət məsuliyyətinə cəlb edilə bilməz. 

Əgər on dörd yaĢından on altı yaĢınadək olan yetkinlik yaĢına çatmayan Ģəxs CM-nin 20-ci maddəsinin 2-

ci hissəsində adları çəkilməyən cinayətlərdə iĢtirak etmiĢ və bu zaman on dörd yaĢdan məsuliyyət daĢıya bilən 

əməllər  törətmiĢdirsə,  belə  vəziyyətdə  yalnız  on  dörd  yaĢdan  etibarən  cinayət  məsuliyyəti  nəzərdə  tutulmuĢ 

əmələ görə məsuliyyət yaranır. 

Məhkəmə təcrübəsində yetkinlik yaĢına çatmayanlar barəsində məsuliyyətin həllində qarĢıya çıxan vacib 

məsələlərdən  biri  də  onların  yaĢının  dəqiq  müəyyən  edilməsidir.  Yetkinlik  yaĢına  çatmayanların  yaĢı  uyğun 

sənədlərə (pasport, doğum haqqında Ģəhadətnamə və s.) əsasən müəyyən edilir. YaĢı müəyyən edən sənəd olma-

dıqda, yaxud da onların doğruluğu Ģübhə altında, məhkəmə tibbi ekspertizası təyin edilir. 

Əgər Ģəxsin yaĢını təsdiq edən sənəd yoxdursa, məhkəmə tibb ekspertizası yaĢa dair ehtimalı rəy verir. 

Məsələn,  hesab  edək  ki,  ekspertiza  avqust  ayının  20-də  rəy  verir  ki,  ehtimal  ki,  Ģəxsin  15  yaĢı  vardır.  Belə 

vəziyyətdə  onun  doğulduğu  ilin  sonuncu  günü,  yəni  dekabrın  31-i  onun  anadan  olduğu  gün  sayılacaqdır.  Bu 

zaman Ģəxs müəyyən yaĢa anadan olduğu gün deyil, o biri sutkadan baĢlayaraq çatmıĢ hesab olunur.

3

 



K-nın  14  yaĢı  tamam  olan  günü  Ģagird  dostlarının  bir  qismi  gəlib  onu  evdə  təbrik  etmiĢdir.  K  ad  günü 

münasibətilə onu təbrik etməyə gəlmiĢ sinif yoldaĢlarından S-ni evdə zorlamıĢdır. K zorlama üstündə mühakimə 

olunmuĢ və azadlıqdan məhrum edilmiĢdir. 

Ali  Məhkəmə  əməlin  baĢ  verdiyi  gün  K-nin  14  yaĢı  tamam  olmadığı  üçün  (gecə  saat  24-ə  qədər)  onun 

barəsində çıxarılmıĢ hökm ləğv edilmiĢ və K-nı cinayət məsuliyyətindən azad etmiĢdir. Əgər ekspertiza rəyində 

göstərilsə ki, ehtimal ki, Ģəxsin yaĢı 14-dən 15-dəkdir, belə vəziyyətdə ehtimal olunan minimum yaĢ həddi götü-

rülür. Yəni həmin ilin son ayının son günü Ģəxsin ehtimal olunan minimum yaĢı 14 olacaqdır. 

Qüvvədə  olan  cinayət  qanunvericiliyi  yetkinlik  yaĢına  çatmayanların  yaĢ  və  psixoloji  xüsusiyyətlərini 

nəzərə  almaqla  onların  məsuliyyətinin  həllinə  yol  verib  hər  bir  konkret  halda  yetkinlik  yaĢına  çatmayanların 

məsuliyyətinin  həddinə  və  xarakterinə  təsir  edən  hallar  aydınlaĢdırılarkən,  ilk  növbədə  onların  əqli  yetkinlik 

dərəcələrinin müəyyən edilməsinə, öz hərəkətlərini ifadə etmək qabiliyyətinin vəziyyətinə diqqət yetirilməlidir. 

Əgər  Ģəxsdə  əqli  geriliyin  olduğu,  hərəkətlərini  tamamilə  dərk  edə  bilməməsi  halları  müĢahidə  edilərsə,  bu 

məsələnin qəti aydınlaĢdırılması ilə bağlı ekspertiza təĢkil edilməlidir. 

Qeyd  etmək  lazımdır  ki,  əqli  gerilik  səviyyəsi  psixi  vəziyyətlə  bağlı  deyildir.  Buna  görə  də  belə 

vəziyyətdə  Ģəxsin  anlaqlı  olub-olmaması  məsələsini  bütün  hallarda  anlaqsızlığın  ölçüləri  əsasında  həll  etmək 

mümkün  olmur.  Təsadüfi  deyildir  ki,  1991-ci  ildə  qəbul  edilən  cinayət  qanunvericiliyin  Əsaslarının  60-cı 

maddəsinin  ikinci  hissəsində  deyilir:  «psixi  xəstə  vəziyyətlə  bağlı  olmayan,  lakin  psixi  inkiĢafındakı  gerilik 

nəticəsində öz hərəkətinin faktiki hallarını, yaxud da ictimai təhlükəli xarakterini dərk etməyə, habelə ona rəh-

bərlik  etməyə  qadir  olmayan  Ģəxslər  qanunla  müəyyən  edilən  yaĢ  həddinə  çatsalar  da,  cinayət  məsuliyyətinə 

alına bilməzlər». 

Yetkinlik yaĢına çatmayan Ģəxsin cəzadan azad edilməsi üçün məhkəmə, ilk növbədə törədilən cinayətin 

böyük ictimai təhlükə törətməyən cinayətlər qrupundan olmasını aydınlaĢdırmalıdır. Daha sonra iĢin vəziyyətini 

və təqsirkarın Ģəxsiyyətini araĢdıraraq cinayət cəzası tətbiq etmədən Ģəxsin islah olunacağının mümkün olub-ol-

maması aydınlaĢdırılır. 

Yetkinlik yaĢına qədər olan dövrdə Ģəxsdə həyat idealının və onun həyata baxıĢlarının, mənəvi varlığının, 

fiziki  və  intellektual  qüvvələrinin  formalaĢması  prosesi  gedir.  Onlarda  ictimai  borc,  vicdan,  Ģərəf  və  ləyaqət, 

yoldaĢlıq və dostluq haqqında təsəvvürlər dayaz və səthi qətilik, cürətlilik, mətanət və mərdlik və s. bu kimi mə-

nəvi sima üçün xarakterik xüsusiyyətlər isə hələ ictimai həyat üçün tələb olunan səviyyədə püxtələĢməmiĢ olur. 

Bu  da,  ilk  növbədə  yetkinlik  yaĢına  çatmayanlarda  həyat  təcrübəsinin  az  olması,  təlim  və  tərbiyənin 

tamamlanmaması və onların hələ intellektual yetkinliyə çatmamaları ilə əlaqədardır. 

Yetkinlik  yaĢına  çatmayanlarda  iradə  zəifliyi  müvazinətin  tez  pozulmasında,  xarici  təsirə  qarĢı  daha  tez 

reaksiya  verilməsində  özünü  göstərir.  Onlarda  hissələr  sürətlə  əmələ  gəlir  və  qüvvətlə  cərəyan  edir,  öz 

davranıĢlarına  nəzarət  etmək  qabiliyyətləri  zəifləyir.  Buna  görə  də  yetkinlik  yaĢına  çatmayanlar  tərəfindən 

törədilən  cinayətlərin  ictimai  təhlükəliliyi  heç  də  həmiĢə  onların  Ģəxsiyyətinin  təhlükəliliyini  müəyyən  edən 

meyar kimi qiymətləndirilə bilməz. Törədilən cinayətin yetkinlik yaĢına çatmayanın cəmiyyətə zidd meylləri ilə, 

yaxud da yaĢ-psixoloji xüsusiyyətləri ilə əlaqədar olduğunu müəyyən etmək üçün əməlin hansı Ģəraitdə edildiyi, 

Ģəraitin  münaqiĢəli  olub-olmaması,  yetkinlik  yaĢına  çatmayanın  göstərilən  neqativ  təsirin  xarakteri  və 

intensivliyi və s. bu kimi hallar nəzərə alınmalıdır. 

Yetkinlik yaĢına çatmayan Ģəxsdə cinayət etmək «qabiliyyəti» yaradan Ģəraitin öyrənilməsi əməlin motiv 

və  məqsədinin,  təqsirin  formasının,  habelə  Ģəxsiyyətinin  təhlükəlilik  dərəcəsinin  müəyyən  edilməsinə  və 

beləliklə də, onun cəzadan azad edilməsinin mümkünlüyü məsələnin düzgün həllinə və ya cəzanın ədaləti fərdi-

ləndirilməsinə  kömək  edir.  ĠĢtirakçılıqla  törədilən  cinayətlərin  tədqiqi  göstərir  ki,  çox  halda  yetkinlik  yaĢına 

                                                 

3

 Соброних постановлений Плепума Верховного Суда ССР (1924-1986). М., 1987, с.740. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə