Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə34/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   41

73 

 

ĠĢ üzrə məsuliyyəti yüngülləĢdirən hallar mövcuddursa, belə hallar məhkəməyə a) əməlin tövsif edildiyi 



maddənin sanksiyasına uyğun seçilən cəza növünün aĢağı həddinə yaxın həddə cəza təyin etməyə; b) alternativ 

sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül sayılan cəza növü seçməyə; c) qanunda nə-

zərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; ç) Ģərti məhkum etmə institutunu tətbiq etməyə d) təyin 

edilən cəzanın nisbətən yüngül rejimli koloniyada çəkilməsini müəyyən etməyə hüquq verir. 

Azərbaycan  Respublikası  CM-nin  59-cu  maddəsində  məsuliyyəti  yüngülləĢdirən  halların  aĢağıdakı 

növləri nəzərdə tutulur. 

1.

 

Hadisələrin  təsadüfi  axarı zəminində ilk  dəfə  olaraq böyük  ictimai  təhlükə  törətməyən  və  ya  az  ağır 



cinayətin törədilməsi. 

2.

 



Cinayətin yetkinlik yaĢına çatmayan Ģəxs tərəfindən törədilməsi. 

3.

 



Cinayətin hamilə qadın tərəfindən törədilməsi. 

4.

 



Cinayət törətmiĢ Ģəxsin himayəsində azyaĢlı uĢağın olması. 

5.

 



Cinayətin zəruri müdafiənin, ictimai təhlükəli əməli törətmiĢ Ģəxsin tutulmasının son zərurətin, əmrin 

və ya sərəncamın icra edilməsinin qanunla müəyyən edilmiĢ Ģərtlərini pozmaqla törədilməsi. 

6.

 

Könüllü gəlib boynuna alma, cinayətin açılmasına, onun digər iĢtirakçılarının ifĢa edilməsinə, cinayət 



nəticəsində əldə edilmiĢ əmlakların axtarıĢına və tapılmasına fəal kömək etmə. 

7.

 



Cinayətin  törədilməsindən  bilavasitə  sonra  zərərçəkmiĢ  Ģəxsə  tibbi  və  ya  digər  yardım  göstərilməsi, 

cinayət  nəticəsində  dəymiĢ  maddi  və  mənəvi  zərərin  könüllü  olaraq  ödənilməsi  və  ya  aradan  qaldırılması, 

zərərçəkmiĢ  Ģəxslə  razılıq  əldə  etməyə  cəhd  edilməsi,  zərərçəkmiĢ  Ģəxsə  dəymiĢ  zərərin  azaldılmasına 

yönəldilmiĢ digər hərəkətlərin edilməsi. 

CM-nin  59-cu  maddəsi  məhkəmələrə,  cəza  təyin  edərkən  məsuliyyəti  yüngülləĢdirən  hallar  sırasında 

göstərilməyən digər halları da nəzərə almaq hüququ verir. 

1.2.

 

Məsuliyyəti  ağırlaĢdıran  hallar.  Məsuliyyəti  ağırlaĢdıran  hallar  –  cinayətin,  yaxud  da  təqsirkarın 



Ģəxsiyyətinin təhlükəliliyini yüksəldən, lakin cinayət tərkibindən kənarda qalan, cinayətin obyektiv və subyektiv 

elementləri ilə, yaxud da təqsirkarın Ģəxsiyyəti ilə bağlı olan hallardır. 

CM-nin 61-ci maddəsi məsuliyyəti ağırlaĢdıran halların aĢağıdakı növlərini nəzərdə tutur. 

1.

 



Cinayətin təkrar törədilməsi, cinayətlərin residiv. 

2.

 



Cinayətin ağır nəticələrə səbəb olması. 

3.

 



Cinayətin  qabaqcadan  əlbir  olmuĢ  bir  qrup  Ģəxs  mütəĢəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (təĢkilat) 

tərəfindən törədilməsi. 

4.

 

Cinayətlərin törədilməsində xüsusilə fəal iĢtirak etmə. 



5.

 

Cinayətin  müqəssir  üçün  aĢkar  surətdə  hamilə  vəziyyətində  olan  qadın,  habelə  azyaĢlı,  qoca  və  ya 



köməksiz vəziyyətdə olan və ya müqəssirdən asılı vəziyyətdə olan Ģəxsə qarĢı törədilməsi. 

6.

 



Cinayətin  öz  qulluq  və  ya  ictimai  borcunu  yetirən  Ģəxsə  və  ya  onun  yaxın  qohumlarına  qarĢı 

törədilməsi. 

7.

 

Cinayətin zərərçəkmiĢ Ģəxsə qarĢı xüsusi amansızlıqla, əzab və ya iĢgəncə verməklə törədilməsi. 



8.

 

Cinayətin  odlu  silahdan,  partlayıcı  vasitələrdən  və  ya  digər  ümumi  təhlükəli  üsullardan  və  texniki 



vasitələrdən istifadə etməklə törədilməsi. 

9.

 



Cinayətin  fövqəladə  vəziyyət,  təbii  və  ya  digər  ictimai  fəlakət  Ģəraitində,  habelə  kütləvi  iğtiĢaĢlar 

zamanı törədilməsi. 

10.

 

Cinayətin  hakimiyyət  nümayəndəsinin  xüsusi  geyimlərindən  və  ya  sənədlərindən  istifadə  etməklə 



törədilməsi.  Məhkəmə  61-ci  maddədə  göstərilməyən  hər  hansı  baĢqa  hal,  məsuliyyəti  ağırlaĢdıran  hal  kimi 

qiymətləndirə bilməz. 

 

6. Cinayətdə iĢtirakçılıq 

 

6.1.  ĠĢtirakçılığın  anlayıĢı.  Cinayətin  törədilməsində  iki  və  daha  artıq  Ģəxsin  iĢtirakı,  belə  əməlin 

edilməsinə mütəĢəkkillik verir, onun sosial təhlükəliliyini yüksəldir. 

Azərbaycan  Respublikası  CM-nin  31-ci  maddəsində  cinayətdə  iĢtirakçılığa  aĢağıdakı  kimi  anlayıĢ  verilir. 

«Ġki və ya daha çox Ģəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iĢtirakı iĢtirakçılıq sayılır.» 

Cinayətdə iĢtirakçılıq ən azı iki nəfərin iĢtirakı ilə mümkündür. Cinayət hüququnda cinayətin subyektinə 

qoyulan  tələblər  baxımından  cinayətdə  iĢtirakçı  olan  Ģəxs  də  qanunla  müəyyən  edilən  yaĢ  həddinə  çatmalı, 

habelə  anlaqlı  olmalıdır.  ĠĢtirakçılığın  ancaq  cinayət  məsuliyyəti  daĢımaq  qabiliyyətinə  malik  olan  Ģəxslərin 

ictimai-təhlükəli  əməlləri  ilə  yarana  bilməsi  məsələsi  hüquq  ədəbiyyatında  mübahisəsizdir.  Belə  mövqe 

cinayətin subyekti üçün cinayət qanunu ilə müəyyən edilən əsaslardan irəli gəlir. 

Cinayəti törədərkən Ģəxs 14 yaĢı tamam olmayan yeniyetmənin köməyindən istifadə etməyə nail olursa, 

belə  halda  iĢtirakçılığa  görə  məsuliyyət  yaranmır.  Lakin  Ģəxs  həm  törədilən  cinayətin  icraçısı  kimi,  həm  də 

yetkinlik yaĢına çatmayan cinayət fəaliyyətinə cəlb etmək üstündə – cinayətlərin cəminə görə məsuliyyətə alınır. 



74 

 

Beləliklə, cinayət etməkdə ən azı iki nəfər anlaqlı və cinayətin subyekti olmaq üçün müəyyən edilən yaĢ 



həddinə çatmıĢ Ģəxsin fəaliyyətinə iĢtirakçılıq yarada bilər. 

Cinayətdə iĢtirakçılığın digər əlaməti iki və ya daha çox Ģəxsin cinayətdə qəsdən birgə iĢtirakıdır. 

Cinayətdə birgə iĢtirakçılıq hər bir iĢtirakçının hərəkətinin baĢqasının hərəkəti üçün Ģərt olmasını və bir-

birini  tamamlamasını;  kriminal  əməlin,  yaxud  da  ictimai-təhlükəli  nəticənin  bütün  iĢtirakçılar  üçün  ümumi 

olmasını; habelə hər bir iĢtirakçının əməli ilə kriminal nəticə arasında səbəbli əlaqənin olmasını nəzərdə tutur. 

Birgə cinayətlər fəaliyyətdə iĢtirakçıların səyi birləĢir, hər bir iĢtirakçı konkret cinayətdə öz payına düĢəni 

icra edir, bununla da cinayətin baĢqa iĢtirakçılarının həyata keçirəcəkləri niyyətə az-çox kömək etmiĢ olurlar. 

Cinayətin  edilməsində  birgə  iĢtirakçılıq  əlaməti  ictimai-təhlükəli  nəticənin  cinayətin  iĢtirakçılarının 

hamısı üçün ümumi olmasını nəzərdə tutur. 

S.  və  D.  aĢxanada  K-la  dalaĢmıĢlar.  S.  K-ya  bir  neçə  Ģapalaq  vurmuĢ,  eyni  vaxtda  D.  əlinə  götürdüyü 

stulla K-nın baĢına güclü zərbələr vurmuĢdur. K aldığı zərbələrdən huĢunu itirmiĢ və özünə gəlmədən ölmüĢdür. 

S. və D. adam öldürmədə iĢtirakçılıq üstündə mühakimə edilmiĢdir. 

Ali Məhkəmənin Plenumu belə tövsiflə razılaĢmamıĢ və qeyd etmiĢdir ki, K-nın ölümündən ibarət nəticə 

hər iki  Ģəxs üçün ümumi  nəticə  olmamıĢdır.  S-nin  Ģapalaq  vurmaqda  ifadə  olunan  hərəkətləri K-nın  ölümünə 

doğru yönəldilməmiĢdir. 

Qəsdən edilən cinayətlərdə Ģəxs əməlinin və ya onun nəticələrinin ictimai-təhlükəli olmasını da dərk edir, 

iradəvi cəhətdən isə ya bunları arzu edir, ya da bunlara Ģüurlu surətdə yol verir. 

ĠĢtirakçılıqla törədilən cinayətdə qəsdin intellektual cəhəti aĢağıdakı ünsürləri nəzərdə tutur: 

a)  hər  bir  iĢtirakçı  özünün  yol  verdiyi  və  digər  iĢtirakçının  fəaliyyətinə  kömək  edin  əməlinin  ictimai-

təhlükəli olduğunu dərk edir. 

b) digər iĢtirakçıların da (heç olmazsa birinin) fəaliyyətinin kriminal xarakterdə olduğunu dərk edir. 

c)  özünün  və  baĢqalarının  birgə  fəaliyyəti  ilə  baĢ  verəcək  hamı  üçün  ümumi  olan  nəticənin  ictimai-

təhlükəli olduğunu dərk edir. 

Belə qəsdin iradəvi cəhəti isə aĢağıdakı ünsürlərdən ibarətdir: 

-

 

Ģəxs özünün ictimai-təhlükəli olan əməlini həyata keçirməyi arzu edir; 



-

 

ictimai-təlükəli  fəaliyyətinə  digərinin  əməlinin  baĢ  verməsinə  kömək  edən  Ģərait  yaratmaqla,  belə 



əməlin törədilməsini arzu edir; 

-

 



birgə səylə baĢ verən ictimai-təhlükəli nəticə əvvəlcədən arzu edilir, yaxud da birgə səylə belə nəticəyə 

Ģüurlu yol verilir. 

1.3.

 

Cinayətdə  iĢtirakçılığın  növləri.  ĠĢtirakçılıqla  törədilən  cinayətlərdə  hər  bir  iĢtirakçının  cinayətin 



edilməsində rolu mütləq eyni olmur. Qüvvədə olan qanunvericilik Ģəxsin yol verdiyi əməlinin xarakterindən və 

təhlükəlilik dərəcəsindən asılı olaraq məsuliyyətin fərdiləĢdirilməsi tələbini müəyyən edir. Təsadüfü deyildir ki, 

CM-nin 33-cü maddəsinin 1-ci bəndində qeyd edilir ki, cinayətin iĢtirakçılarının məsuliyyəti onların hər birinin 

cinayətin törədilməsində faktiki iĢtirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. 

Cinayətdə  iĢtirakın  xarakterindən  asılı  olaraq  iĢtirakçıların  dörd  növü  fərqləndirilir:  cinayətin  icraçıları, 

təĢkilatçıları, təhrikçiləri və köməkçiləri. 

CM-nin 32-ci maddəsində cinayətdə iĢtirakçıların hər biri haqqında geniĢ anlayıĢ verilir. 

Cinayəti bilavasitə törətmiĢ və  ya baĢqa Ģəxslərlə onun törədilməsində bilavasitə iĢtirak etmiĢ Ģəxs (birgə 

icraçılıq), eləcə də CM-ilə nəzərdə tutulmuĢ hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən Ģəxslərdən istifadə 

etməklə cinayəti törətmiĢ Ģəxs icraçı sayılır. 

Cinayətin  törədilməsini  təĢkil  etmiĢ  və  ya  həmin  cinayətin  törədilməsinə  rəhbərlik  etmiĢ,  eləcə  də 

mütəĢəkkil  dəstə  və  ya  cinayətkar  birlik  (cinayətkar  təĢkilat)  yaratmıĢ  və  ya  bunlara  rəhbərlik  etmiĢ  Ģəxs 

cinayətin təĢkilatçısı sayılır. 

Ələ alma, sövdələĢmə, hədə-qorxu gəlmə və ya digər üsullarla baĢqa Ģəxsi cinayət törətməyə sövq edən 

Ģəxs təhrikçi sayılır. 

Cinayətin  törədilməsinə  məsləhətləri,  göstəriĢləri  və  məlumatları  ilə,  cinayət  törədilməsi  üçün  alət  və  ya 

vasitələr  vermək  və  ya  maneələri  aradan  qaldırmaqla  yardım  etmiĢ  Ģəxs,  habelə  cinayət  törətmiĢ  Ģəxsi,  cinayət 

alətlərinə və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiĢ alətləri gizlətməyi, belə alətləri 

almağa və yaxud satmağı qabaqcadan vəd etmiĢ Ģəxs köməkçi sayılır. 

 

7. Cinayətin qəsdən və ehtiyatsızlıqdan törədilməsi 

 

7.1.  CM-nin  25-ci  maddəsində  deyilir  ki,  birbaĢa  və  dolayı  qəsdlə  törədilmiĢ  əməl  (hərəkət  və  ya 



hərəkətsizlik) qəsdən törədilmiĢ cinayət sayılır. 

ġəxs  öz  əməlinin  (hərəkət  və  ya  hərəkətsizliyinin)  ictimai  təhlükəli  olduğunu  dərk  etmiĢ,  onun  ictimai 

təhlükəli nəticələrini qabaqcadan görmüĢ və bunları arzu etmiĢdirsə bu halda cinayət birbaĢa qəsdlə törədilmiĢ 

hesab olunur. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə