Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə36/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

77 

 

1924-cü  ildə  qəbul  edilən  SSR  ittifaqı  və  müttəfiq  Respublikaların  cinayət  qanunvericiliyinin  əsas 



baĢlanğıclarında cinayətin subyektilə bağlı yaĢ həddinə dair göstəriĢ yox idi. Əsas baĢlanğıclarda bu məsələ açıq 

qaldığı  üçün  1926-cı  ildən  baĢlayaraq respublikalarda  qəbul  edilən  Cinayət Məcəllələrində  cinayətin  subyekti 

üçün müəyyən edilən yaĢ həddi müxtəlif qaydada həll edilirdi. 

Məsələn,  1927-ci  ildə  Azərbaycan  Respublikasında  qəbul  edilən  2-ci  Cinayət  Məcəlləsində  qanunda 

sadalanan  bəzi  cinayətləri  törətməyə  görə  subyekt  14  yaĢdan  müəyyən  edildiyi  halda,  Belarusiyanın  Cinayət 

Məcəlləsinə  görə  ancaq  əməli  törədərkən  16  yaĢı  tamam  olmuĢ  Ģəxs  cinayətin  subyekti  ola  bilərdi.  Sonralar 

respublikanın cinayət məcəllələrində yetkinlik yaĢına çatmayanların cinayət məsuliyyəti məsələləri üzrə bir sıra 

ciddi  dəyiĢikliklər  edildi.  Bu  dəyiĢikliklər  ilk  növbədə  SSRĠ  MĠK  və  XKS-nin  «həddi-buluğa  çatmayanlar 

arasında cinayətkarlığa qarĢı mübarizə haqqında» 1935-ci il 7 aprel tarixli qərarı

1

 ilə bağlı olmuĢdur. 



Qanun  qüvvəli  bu  qərarla,  ilk  növbədə  yetkinlik  yaĢına  çatmayanlar  arasında  cinayətkarlıqla  mübarizə 

iĢinə diqqət cəlb edilirdi. Eyni vaxtda 1935-ci il 7 aprel tarixli qərarla bir sıra cinayətlərə görə cinayətin subyekti 

olmaq  üçün  12  yaĢ  həddi  müəyyən  edildi.  Qərarda  ümumi  yaĢ  həddi  14-ə  endirildi.  Bundan  sonra  respubli-

kaların cinayət məcəllələrində ittifaq qərarının yaĢ həddilə bağlı göstəriĢinə uyğun dəyiĢiklik edildi. Azərbaycan 

Respublikası  CM-nin  12-ci  maddəsi  ilə  (1927-ci  il)  oğurluğa,  zor  göstərməyə,  bədənə  xəsarət  yetirməyə, 

öldürməyə, habelə qatarın qəzasına səbəb olan cinayətlərə görə məsuliyyət 14 yaĢdan müəyyən edilirdi. 

1935-ci  il  7  aprel  tarixli  qərarla  həm  də  respublikaların  cinayət  məcəllələrindən  yetkinlik  yaĢına 

çatmayanların  cəzasının  yarıya  qədər  və  ya  üçdə  bir  qədər  endirilməsinin  məcburiliyi  haqqında  göstəriĢi  də 

çıxarıldı.

2

 



Cinayət  məsuliyyətinə  cəlb  etmək  üçün  zəruri  olan  yaĢ  həddi  müəyyən  edilərkən  yetkinlik  yaĢına 

çatmayanın, yəni azyaĢlıların Ģüur səviyyəsi, ətraf sosial mühitdə baĢ verən hadisələri dərk etmək və buna uyğun 

düĢünülmüĢ hərəkət etmək qabiliyyəti nəzərə alınmıĢdır. ġəxsdə davranıĢının sosial-təhlükəliliyini dərk etmək 

qabiliyyəti tərbiyə prosesində və həyat müĢahidələri nəticəsində tədricən formalaĢır. Özgəsinin malını götürmə, 

daĢ atma baĢqasının gözünə dəyər, oddan ehtiyatlı ol, dalaĢma kimi tövsiyələrdə müəyyən növ əməllərin sosial 

təhlükəliliyi  tədricən  ali  məktəbdə,  əhatədə  yeniyetməyə  təlim  edilir.  Belə  təlim  hələ  kiçik  yaĢlarından 

yeniyetmələrdə  həyat  əleyhinə,  səhhət  əleyhinə,  mülkiyyətə,  ictimai  qaydaya  yönələn  əməllərin  ictimai-

təhlükəliliyini  dərk  etməyə  kömək  edir. Artıq  müəyyən  yaĢ  həddinə  çatdıqda  Ģəxsdə  tədricən  həyat  təcrübəsi 

toplanır, öz əməlini dərk etmək, bu və ya baĢqa Ģəraitdə düzgün davranıĢ variantı seçmək qabiliyyəti yaranır. 

Cinayətin subyekti olmaq üçün tələb olunan yaĢ həddi hazırda qüvvədə olan qanunla müəyyən edilmiĢdir. 

Azərbaycan Respublikası CM-nin 20-ci maddəsində deyilir: «Cinayət törədilənədək on altı yaĢı tamam olmuĢ 

Ģəxs cinayət məsuliyyətinə cəlb edilir». 

On  dörd  yaĢı  tamam  olmuĢ  Ģəxs  yalnız  qəsdən  adam  öldürməyə,  qəsdən  sağlamlığa  az,  ağır  və  ya  ağır 

zərər  vurmağa,  adam  oğurlamağa,  zorlamağa,  seksual  xarakterli  zorakılıq  hərəkətlərinə,  oğurluğa, 

soyğunçuluğa, quldurluğa, hədə-qorxu ilə tələb etməyə, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ 

keçirməyə,  ağırlaĢdırıcı  hallarda  əmlakı  qəsdən  məhv  etməyə  və  ya  zədələməyə,  terrorçuluğa,  adamları  girov 

götürməyə,  ağırlaĢdırıcı  hallarda  xuliqanlığa,  odlu  silahlı,  döyüĢ  sursatını,  partlayıcı  maddələri  və  qurğuları 

talamağa və ya hədə-qorxu ilə tələb etməyə, narkotik vasitələri və ya psixotrop maddələri talamağa və ya hədə-

qorxu  ilə  tələb  etməyə,  nəqliyyat  vasitələrini  və  ya  yolları  yararsız  vəziyyətə  salmağa  görə  cinayət 

məsuliyyətinə cəlb edilir. 

Cinayət  məcəlləsinin  20.1  və  20.2-ci  maddələrində  nəzərdə  tutulmuĢ  yaĢ  həddinə  çatmamıĢ  yetkinlik 

yaĢına çatmayan, lakin böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayəti törətdiyi zaman psixi inkiĢafın 

kəmağıllılıqla və ya baĢqa psixi pozuntu ilə əlaqədar olmayan geriliyi səbəbindən öz əməlinin (hərəkət və hərə-

kətsizliyinin)  faktiki  xarakterini  və  ictimai  təhlükəliliyini  tam  dərk  etməyən  və  ya  həmin  əməli  idarə  edə 

bilməyən Ģəxs cinayət məsuliyyətinə cəlb edilmir. 

ġərh  edilənlərdən  aydın  olur  ki,  qanunvericilik  CM-nin  20-ci  maddəsinin  2-ci  hissəsinə  daxil  olan 

cinayətlərə görə subyekti 14 yaĢdan müəyyən edərkən bu cinayətlərin ağırlığının deyil, onların daha çox məiĢət 

xarakterli  olmalarını,  habelə  14  yaĢa  çatmıĢ  Ģəxslərin  belə  əməllərin  kriminal  xarakterini  dərk  etmək 

qabiliyyətlərinə malik olmalarını nəzərə almıĢdır. Bu cinayətlərin təhlükəliliyi və gündəlik məiĢətdə onların baĢ 

verməsi  yetkinlik  yaĢına  çatmayanların  onların  sosial  təhlükəliliyini  dərk  etməsinə  imkan  verir.  Təsadüfi  de-

yildir ki, burada sadalanan 24 cinayətdən 23-ü ancaq qəsdən törədilən cinayətdir. Sadalanan cinayətlər təqsirin 

qəsd formasını nəzərdə tutduğundan yetkinlik yaĢına çatmayan Ģəxslər belə əməllərin, ilk növbədə mənəviyyatla 

pisləndiyini və yol verilməz olduğunu bildiyi halda, belə əmələ düĢüncəli surətdə gedir və onu törədir. 

Azərbaycan  Respublikası  Cinayət  məcəlləsinin  20-ci  maddəsinin  2-ci  hissəsində  yetkinlik  yaĢına 

çatmayanların on dörd yaĢdan etibarən cinayət məsuliyyəti daĢıya biləcəkləri cinayətlərin dəqiq dairəsi müəyyən 

                                                 

1

 С3, 1935, № 19, май.155 



2

 

Гафаров Т., Щцсейнов В., Сямяндяров Ф. Щядди-булуьа чатмайанларын ъинайятляри вя мясулиййяти.  «Елм» няшриййаты. 



Бакы-1979. с.11-13 


Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə