Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə40/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

81 

 

Müstəntiqlərin iĢinin təĢkili məsələlərinə aĢağıdakılar daxildir: 



a) istintaq üçün ən əlveriĢli Ģəraitin yaradılması; 

b) müstəntiqlərin ixtisaslaĢması və iĢlərin sahə sistemi üzrə təĢkil edilməsi; 

c) mütəxəssis və müdafiəçinin ibtidai istintaqda iĢtiraka cəlb edilməsinin xüsusiyyətləri; 

ç) hüquq pozan yetkinlik yaĢına çatmayana yaĢlı birgə iĢtirakçının və baĢqalarının zərərli təsirinin aradan 

qaldırılmasının prosessual imkanları. 

Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə ibtidai istintaq yüksək keyfiyyətinin təmin edilməsi, hər Ģeydən 

əvvəl, həm müstəntiqlər, həm də müstəntiqin tapĢırıqlarının yerinə yetirən daxili iĢlər orqanlarının əməkdaĢları 

və ya müstəntiqin iĢi öz icraatına qəbul etməsindən həmin iĢ üzrə məĢğul olan Ģəxslər tərəfindən qanunçuluğun 

tələblərinə ciddi əməl olunması deməkdir. 

Müstəntiqin  iĢinin  təĢkilində  əlveriĢli  iĢ  Ģəraitinin  yaradılması  mühüm  əhəmiyyət  kəsb  edir.  Yetkinlik 

yaĢına  çatmayanların  iĢləri  ilə  məĢğul  olan  müstəntiqə,  hər  Ģeydən  əvvəl,  ayrıca  iĢ  otağı  lazımdır.  Bəzi 

yeniyetmələrin  hər  Ģeyi  öyrənmək  həvəsi,  maraq  dəyiĢikliyi,  cəsarətsizlik  və  ya  utancaqlıq  kimi  keyfiyyətləri 

müstəntiqin  iĢ  otağında  tək  iĢləmədiyi  Ģəraitdə  onlarla  psixoloji  əlaqənin  yaradılmasına  və  açıq  söhbət 

aparılmasına mane olur. Ġctimai mənafelərə kobud yanaĢan və adi davranıĢ normalarına məhəl qoymayan, yaĢ-

lılara  etinasız  yanaĢan  yeniyetmələrlə  –  hüquq  pozanlarla  iĢləmək  üçün  göstərilən  Ģərait  xüsusilə  zəruridir. 

Müstəntiqin iĢ otağında yetkinlik yaĢına çatmayanların, bir qayda olaraq, böyük maraq göstərdikləri fotoĢəkilli, 

idmana və digər sahələrə həsr edilmiĢ jurnalların olması müstəntiqə yeniyetmə ilə əlaqə yaratmağa kömək edir. 

Yeniyetmə əmin olmalıdır ki, müstəntiq onu diqqətlə dinləyir, onun verdiyi hər hansı məlumat zəruridir, 

mühümdür, müstəntiq tərəfindən düzgün qəbul ediləcək və qiymətləndiriləcəkdir. Ona görə də, dindirmə və s. 

istintaq  hərəkətləri  zamanı  müstəntiq  kənar  Ģəxslə  telefonda  danıĢmamalı  və  söhbətdən  yayınmamalıdır.  ĠĢ 

otağına  kiminsə  daxil  olması  («məĢğulam»,  «daxil  olmaq  olmaz»  -  tablosu  asmaq  tövsiyə  edilir)  arzu 

olunmazdır. 

Yetkinlik  yaĢına  çatmayanlarla  iĢləyən  müstəntiqin  xüsusi  hüquq  ədəbiyyatından  baĢqa  pedaqogika 

ümumi psixologiyaya və yeniyetmələrin psixologiyasına dair ədəbiyyatlara da malik olması məqsədəuyğundur. 

Məktəblərin  və  s.  təhsil  müəssisələrinin,  yetkinlik  yaĢına  çatmayanların  iĢlədikləri  idarələrin,  müəssisələrin 

rəhbərlərinin, habelə onların tərbiyə iĢləri üzrə müavinlərin və kadrlar Ģöbələrinin məsul iĢçilərinin telefonları və 

siyahılarının əl altında olması zəruridir. 

Yetkinlik yaĢına çatmayanların cinayətləri haqqında iĢlərin istintaqının düzgün təĢkilinin əsas baĢlanğıcı 

müstəntiqin  ixtisaslaĢması  və  hüququ  pozmuĢ  yetkinlik  yaĢına  çatmayanın  Ģəxsiyyətinin,  cinayətlərin 

törədilməsi  və  gizlədilməsi  üsullarının  daha  dərindən  məqsədəuyğun  və  səmərəli  taktiki  üsullarının  iĢlənib 

hazırlanmasına Ģərait yaradan sahə sistemidir. 

Yetkinlik  yaĢına  çatmayanlar  arasında  cinayətkarlığın  qarĢısının  alınması  üzrə  iĢi  məqsədyönlü  Ģəkildə 

aparmaq üçün müstəntiq rayonda yeniyetmələr tərəfindən törədilən cinayətlər və s. hüquq pozuntuları haqqında 

xəbərdar olmalıdır. Bunun üçün tədqiqat orqanlarında, yetkinlik yaĢına çatmayanların iĢləri üzrə müfəttiĢliklərdə 

və  komissiyalarda  zəruri  materiallarla  mütəmadi  surətdə  tanıĢ  olmaq,  istintaq  təcrübəsini  sistematik  olaraq 

ümumiləĢdirmək, bu cinayətlərin kriminalistik xarakteristikasını (yeniyetmələr tərəfindən törədilən cinayətlərin 

yerini, vaxtını, üsulunu) və onların törədildiyi ən geniĢ yayılmıĢ Ģəraiti öyrənmək tövsiyə edilir. 

Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə ibtidai istintaq belə iĢlərin istintaqı metodikasının və ayrı-ayrı 

istintaq hərəkətləri taktikasının əsas müddəalarını müəyyən edən xüsusi prosessual rejimlə Ģərtlənir. 

Yetkinlik  yaĢına  çatmayanların  ibtidai  istintaqının  aparılması  və  məhkəmə  baxıĢı  zamanı  aĢağıdakı 

halların aydınlaĢdırılmasına xüsusi diqqət yetirmək zəruridir: 

1.

 



Yetkinlik yaĢına çatmayanın yaĢı (doğulduğu, il, ay, gün); 

2.

 



Həyat Ģəraiti və tərbiyəsi; 

3.

 



Yetkinlik yaĢına çatmayan tərəfindən cinayətin törədilməsi səbəbləri və Ģəraiti; 

4.

 



YaĢlı təhrikçilərin və s. birgə iĢtirakçıları olması. 

Yetkinlik yaĢına çatmayanın ruhi xəstəliklə əlaqədar əqli çatıĢmazlığı haqqında məlumatlar olduqda, onun 

öz hərəkətlərinin mənasını tam Ģəkildə dərk etmək iqtidarında olub-olmaması aydınlaĢdırılmalıdır. Bu halların 

müəyyən edilməsi üçün yetkinlik yaĢına çatmayanın valideynləri, müəllimləri, tərbiyəçiləri və lazımi məlumat-

ları  verə  bilən  digər  Ģəxslər  dindirilməlidir.  Habelə,  zəruri  sənədlər  tələb  oluna,  dair  istintaq  və  məhkəmə 

hərəkətləri edilə bilər. 

Yetkinlik yaĢına çatmayanın psixikasının onun baxıĢlarında və əqidəsində müəyyən izlər buraxan konkret 

həyat  Ģəraiti  və  tərbiyənin  təsiri  altında  yeniyetmə  tərəfindən  bir  sıra  faktların  və  hadisələrin  dərk  edilməsi 

əsasında formalaĢması ilə əlaqədar olaraq, yetkinlik yaĢına çatmadan Ģəxsin – hüququ pozanın dindirilməsində 

pedaqoqun  iĢtirakı  yeniyetmənin  mövqeyinin,  onun  törətdiyi  ictimai-təhlükəli  hərəkətlərin  düzgün 

aydınlaĢdırılmasına, onun ifadələrinin qiymətləndirilməsinə Ģərait yaradır.

6

 



                                                 

6

 Долгова А.И. Социально – психологические аспекты преступности песовергиенполетних. М., 1991, стр.95. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə