Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə38/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

79 

 

çatmayanlar  qrup  daxilində  öz  mənliklərini,  Ģəxsi  statuslarının  qorumaq  xatirinə,  yanlıĢ  prinsiplərə  əsaslanan 



«dostluq və yoldaĢlıqdan doğan tələblər xatirinə, yaxud da onu qəbul etmiĢ qrupda «qorxar» kimi tanınmamaq 

xatirinə istər-istəməz bu və ya baĢqa cinayətdə iĢtirakçı olurlar. 

Məhkəmə  təcrübəsinin  öyrənilməsi  göstərir  ki,  yetkinlik  yaĢına  çatmamıĢlar  müəyyən  hallarda  yaĢa 

dolmuĢ  cinayətkarların  təhriki  ilə  cinayət  yoluna  qədəm  qoyurlar.  Xüsusən  də  dəfələrlə  cinayət  etmədən 

təcrübəsi  olan  Ģəxslər  müxtəlif  vasitələrlə  yetkinlik  yaĢına  çatmayanların  qəlbinə  yol  tapır,  etibarını  qazanır, 

sonra  da  onları  cinayət  etməyə  təhrik  edirlər.  Yetkinlik  yaĢına  çatmayan  ona  göstərilən  «qayğı»  və  «diqqət» 

əvəzində  təhrixçinin  sözündən  çıxa  bilmir,  ürəyindən  olmasa  da,  cinayətdə  iĢtirakdan  imtina  etməyə  iradəsi 

çatmır. Yetkinlik  yaĢına  çatmayanın  cinayətə təhrik  edilməsi bəzən  hədə-qorxu və  zorakılığı  təsiri  altında baĢ 

verir.  Belə  hallarda  yetkinlik  yaĢına  çatmayanların  törətdiyi  (iĢtirak  etdiyi)  cinayətin  təhlükəliyi  heç  də  onun 

Ģəxsiyyətinin təhlükəliliyini müəyyən edən ölçü kimi qiymətləndirilə bilməz. 

Müəyyən hallarda yetkinlik yaĢına çatmayanların törətdiyi cinayətlərin bir qismi, onların uĢaq təbiətindən 

– azğınlığa cinayətə fərq qoya bilməmələrindən irəli gəlir. 

SSRĠ Ali  Məhkəməsinin  plenumunun  «Yetkinlik  yaĢına  çatmayanların  cinayətləri  haqqında  və  onların 

cinayət fəaliyyətinə və cəmiyyətə zidd sair fəaliyyət cəlb etməyə dair iĢlər üzrə qanunvericiliyin məhkəmələr 

tərəfindən tətbiqi təcrübəsi haqqında» 1976-cı il 3 dekabr tarixli 16 №-li qərarında deyilir ki, ayrı-ayrı hallarda 

uĢaq azğınlığı ilə əlaqədar olan az əhəmiyyətli hüquq pozuntularına görə yetkinlik yaĢına çatmayanların cinayət 

məsuliyyətinə alınmasına yol verilməməlidir. Qərarda daha sonra qeyd edilir ki, əgər valideynlərdən və onlarla 

birgə yaĢayan Ģəxslərdən edilən oğurluğa görə zərər çəkmiĢ Ģəxs yetkinlik yaĢına çatmayanlar barəsində cinayət 

iĢi qaldırmaq haqqında müvafiq orqanlara müraciət etməmiĢsə, onların mühakimə olunmasına yol verilməsin.

4

 



Hansı  yaĢdan  etibarən  cinayət  məsuliyyətinə  cəlb  etməyə  yol  verilməsi  məsələsi  müəyyən  olunarkən 

Ģəxsin  Ģüur  səviyyəsi,  etdiyi  hərəkətlərin  xarakterini,  onların  ictimai  təhlükəliliyini  dərk  etmək  qabiliyyəti, 

habelə öz hərəkətlərinə rəhbərlik edə bilmək qabiliyyətini əsas götürülür. 

UĢağın Ģüurunun inkiĢafı uzun sürən bir proses olub, sadə faktorlardan və hadisələrdən baĢlayaraq daha 

mürəkkəb  hadisələrin  dərk  olunmasına  tədricən  keçməli  tələb  edir.  Öz  hərəkətlərinin  xarakterini  dərketmə 

qabiliyyəti onun əqli qabiliyyətinin inkiĢafı müəyyən səviyyəyə çatdıqda meydana gəlir. ġəxsin öz hərəkətləri-

nin  ictimai  təhlükəliliyini  anlamaq  və  qiymətləndirmək  qabiliyyəti  hadisənin  və  ya  hərəkətin  faktiki  cəhətini 

dərk etmək qabiliyyətindən bir qədər sonra əmələ gəlir. 

Öz  hərəkətlərinin  ictimai  təhlükəli  xarakterini  dərk  etmək  qabiliyyəti  həmin  Ģəxsin  cinayət  məsuliyyəti 

daĢımaq qabiliyyətli hesab olunması imkanının ilkin Ģərtidir. Qüvvədə olan cinayət qanunvericiliyi həddi-buluğa 

çatmamıĢların  və  yeniyetmələrin  Ģəxsiyyətinin  inkiĢafında  bu  qabiliyyəti  nəzərə  almaqla  cinayət  məsuliyyəti 

üçün yaĢ həddini müəyyən etmiĢdir. 

Qüvvədə olan cinayət qanunvericiliyi üzrə bir qayda olaraq, cinayəti edən zaman 16 yaĢına çatmıĢ Ģəxslər 

cinayət məsuliyyətinə cəlb oluna bilərlər. On dörd yaĢından on altı yaĢınadək cinayət etmiĢ Ģəxslər barəsində isə 

yalnız cinayət məcəlləsinin 20-ci maddəsinin ikinci hissəsində göstərilən bəzi cinayətlərə görə cinayət məsuliy-

yəti nəzərdə tutulmuĢdur. 

Cinayət  edən  zaman  on  dörd  yaĢı  tamam  olmamıĢ  azyaĢlılar  ümumiyyətlə  cinayət  məsuliyyətinə  cəlb 

oluna bilməzlər. 

Qanunda  hədd-buluğa  çatmamıĢların  on  dörd  yaĢdan  etibarən  cinayət  məsuliyyəti  daĢıya  biləcəkləri 

cinayətlərin növləri konkret göstərilmiĢdir. Bu siyahıda adı çəkilməyən hər hansı baĢqa cinayətə görə on dörd 

yaĢından  on  altı  yaĢınadək  olan  həddi-buluğa  çatmamıĢ  Ģəxs  CM-nin  20-ci  maddəsinin  2-ci  hissəsində  adları 

çəkilməyən  cinayətlərdə  iĢtirak  etmiĢ  və  bu  zaman  on  dörd  yaĢdan  məsuliyyət  daĢıya  bilən  hərəkətlər  də 

törətmiĢdirsə,  onda  yalnız  on  dörd  yaĢdan  etibarən  cinayət  məsuliyyəti  nəzərdə  tutulmuĢ  hərəkətlərə  görə 

məsuliyyət daĢımalıdır. 

Ailədə tərbiyənin düzgün qurulmaması çox vaxt pis nəticələrə səbəb olur. Həddi-buluğa çatmamıĢ uĢaq 

ailə, kollektiv, cəmiyyət qarĢısında heç bir məsuliyyət, borc hiss etmir, nəhayət, ictimaiyyətə zidd olan müxtəlif 

hərəkətlərə yol verir. 

Bir  çox  hallarda  bəzi  səbəblərdən  valideynlər  öz  uĢaqları  üzərində  nəzarəti  itirir,  onların  əyləncəli, 

kimlərlə durub-oturması, vaxtlarını harada necə keçirməsi və s. ilə maraqlanmırlar. Bu isə bəzən uĢaqların yanlıĢ 

yolla inkiĢaf etməsinə, pis tərbiyə almasına gətirib çıxarır. 

Təcrübə göstərir ki, həddi-buluğa çatmayan uĢaqlar ailəsinin dağılması, valideynlərdən birini və ya hər 

ikisini  itirməsi  üzündən  lazımi  ailə  tərbiyəsi  ala  bilmir,  nəticədə  hüquq  qaydalarını  pozmaq  yoluna  düĢürlər. 

Hədd-buluğa çatmamıĢların iĢləri üzrə-məhkəmə təcrübəsinin seçmə üsulu ilə öyrənilməsi nəticəsində müəyyən 

edilmiĢdir ki, cinayət edən yeniyetmələrin təqribən üçdə bir hissəsi valideynlərdən birini və ya hər ikisini itirən 

ailədə böyümüĢdür. Ailənin dağılmasının yeniyetmələrə mənfi təsirini belə bir misaldan görmək olar. M. adlı bir 

uĢaq anadan olandan azca sonra onun ata və anası bir-birindən ayrılmıĢ və uĢaq nənəsinin yanında böyümüĢdür. 

                                                 

4

 Сборник постановлений Пленума Верховного Суда СССР. 1924-1986, М., 1987, с.744. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə