Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Müəllimlər Ġnstitutu Salyan filialı



Yüklə 1,36 Mb.
Pdf görüntüsü
səhifə39/41
tarix31.08.2018
ölçüsü1,36 Mb.
#65646
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   41

80 

 

UĢaq onunla bir Ģəhərdə yaĢayan atasını tanımır, anası isə oğluna hərdən bir baĢ çəkirdi. Nənə qoca olduğundan 



uĢağı tələb olunan qaydada tərbiyə edə bilməmiĢ, o nəzarətsiz qalmıĢdır. Bütün bunlar onunla nəticələnmiĢdir 

ki,  uĢaq  qonĢuluqda  yaĢayan,  dəfələrlə  məhkum  olmuĢ  B-nin  təsiri  altına  düĢmüĢ  və  onunla  birlikdə  Ģəhər 

mağazalarının birindən oğurluq etmiĢdir. 

Valideynlərin  sərxoĢluq,  kobudluq,  yüngül  xasiyyətlilik,  qanunlara  və  əxlaq  normalarına  hörmətsizlik 

kimi  hərəkətləri  də  gənclərin  tərbiyəsinə  pis  təsir  göstərir.  F.E.Dzerjiniski  yazırdı  ki,  uĢağın  gənc  qəlbinə  ilk 

görünüĢdən  ən  cüzi  Ģey  də  təsir  edir,  buna  görə  də  uĢaqların  yanında  mədəniyyətsizlik  etməkdən, 

əsəbiləĢdirməkdən, dalaĢmaqdan, söyüĢ söyməkdən, qeybətçilikdən, hamısından pisi isə, sözün əksinə hərəkət 

etməkdən çəkinmək lazımdır. Çünki uĢaqların təqsiri əsasən valideynlərin üzərinə düĢür. 

Xarakterik  cəhət  budur:  hüquq  qaydalarını  müxtəlif  formalarda  pozmaq  üstündə  tutulmuĢ  həddi-buluğa 

çatmayanların əksəriyyəti o ailələrdəndir ki, orada həmiĢə dava-dalaĢ baĢ verir, kobud sözlər danıĢılır, ailənin 

böyük üzvləri məiĢətdə nalayiq hərəkətlərə məĢğul olur və hüquq qaydalarının müxtəlif Ģəkillərdə pozulmasına 

yol  verirlər.  HəmiĢə  yadda  saxlamaq  lazımdır  ki,  uĢaqlar  üçün  valideynlərin  nüfuzu  olduqca  mühüm  Ģərtdir, 

onların bütün hərəkətləri uĢaqlar tərəfindən lazımlı və düzgün hərəkət kimi qəbul edilir. Ona görə də böyüklərin 

nalayiq hərəkətləri yeniyetmələrin tərbiyəsinə mənfi təsir göstərir. 

Bəzi  valideynlərin  yersiz  hərəkətləri  nəticəsində  ailədə  əmələ  gələn  qeyri-sağlam  Ģərait  uĢağı  ailədən 

uzaqlaĢdırır  və  nəticədə  küçə  mühitinin  ona  zərərli  təsiri  güclənir.  Bu  cəhətdən  belə  bir  hadisə  səciyyəvidir. 

Süleymanın  atası  zavodda  mühəndis  vəzifəsində  iĢləyirdi.  Bacarıqlı  və  zəhmət  sevən  atasını  Süleyman  çox 

sevirdi.  Sonralar  ata  içməyə  və  evə  tez-tez  sərxoĢ  gəlməyə  baĢladı,  evdə  vəziyyət  pisləĢdi,  ailədə  münasibətlər 

dözülməz  hal  aldı.  Süleyman  da  özü  hiss  etmədən  küçəni  evlərindən  üstün  tutmağa  baĢladı.  Onun  atasına  olan 

məhəbbəti  söndü.  Bir  gün  yeniyetmə  özü  içmək  həvəsinə  düĢdü.  SərxoĢ  halda  ictimai  asayiĢi  kobudcasına 

pozduğundan milis Ģöbəsinə gətirildi, sonra isə məhkəmə tərəfindən cəzalandırıldı. 

Deməli,  ailədə  valideynlərin  təqsiri  üzündən  yaranan  qeyri-normal  vəziyyət,  böyüklərin  həyata  və 

insanlara düzgün olmayan münasibəti yeniyetmədə ictimaiyyətə zidd hərəkətlərin baĢ verməsinə səbəb ola bilər. 

Bu səhv nəticədə baĢqasının zəhmətinin bəhrəsini mənimsəmək, ictimai faydalı əməkdən müəyyən bəhanələrlə 

boyun  qaçırmaq,  zəhmətsiz  yaĢamaq,  cəmiyyətə  heç  Ģey  vermədən  ondan  mümkün  qədər  çox  qoparıb  almaq 

kimi nalayiq, yaramaz sifətlər doğurur. Əlbəttə, bütün bunlardan sonra hüquq qaydalarının pozulması üçün bir 

addımlıq yol qalır. 

Bəzən  ailə  tərbiyəsinin  ictimai  əhəmiyyəti  nəzərdən  qaçırırlar  və  ailə  həyatı  sırf  Ģəxsi  iĢ  kimi 

qiymətləndirilir. Məsələyə bu cür yanaĢanlar, görünür. Azərbaycan ailəsinin ailə tərbiyəsinin cəmiyyətdə adamın 

formalaĢmasında çox böyük rol oynadığını unudurlar. Yadda saxlamaq lazımdır ki, ailənin ictimai vəzifələri ilə 

əlaqədar  olan  məsələlərə  cəmiyyət  laqeyd  qala  bilməz  və  bu,  heç  də  tamamilə  valideynlərin  öhdəsinə 

mülahizəsinə buraxılmamalıdır. 

UĢaqların tərbiyəsi üçün valideynlərin məsuliyyətini artırmaq yalnız bütün ictimaiyyətinin birgə səyi ilə 

mümkündür.

5

 

Həddi-buluğa çatmamıĢların öz valideynlərindən və ya onlarla birgə yaĢayan digər ailə üzvlərindən oğurluq 



etmələrinə görə, əgər zərər çəkmiĢ Ģəxslər həddi-buluğa çatmamıĢ əleyhinə cinayət iĢi baĢlanması barədə müvafiq 

orqanlara xahiĢlə müraciət etməmiĢlərsə, bir qayda olaraq, onların məhkum edilmələrinə yol verilməməlidir. 

Həddi-buluğa  çatmamıĢların  böyük  ictimai  təhlükə  törətməyən  cinayətlərə  görə  cəmiyyətdən  təcrid 

etmədən islah olunması və yenidən tərbiyələndirilməsinə nail olmaq mümkündürsə, onların əsassız azadlıqdan 

məhrum edilmələrinə yol verməməlidir. 

Cinayət həddi-buluğa çatmamıĢ tərəfindən edildikdə, istintaq məhkəmə orqanları bütün hallarda cinayətin 

səbəbini və buna kömək edən Ģəraiti diqqətlə araĢdırmalı, xüsusən iri yaĢlıların həmin cinayətdə iĢtirakı, onların 

həddi-buluğa  çatmamıĢları  cinayət  fəaliyyətinə,  sərxoĢluğa,  narkotik  maddələr  iĢlətməyə  və  cəmiyyətə  zidd 

hərəkətlərə cəlb etmələri olub-olmaması aydınlaĢdırılmalıdır. 

Cinayət məsuliyyətinə cəlb etmək üçün qanunla müəyyən olunmuĢ yaĢ həddinə çatmamıĢ yeniyetmənin 

cinayətə cəlb etmiĢ iri yaĢlı Ģəxs, onun həmin cinayətdə iĢtirakı formasından asılı olmayaraq, konkret cinayətin 

icraçısı kimi, həm də əlavə olaraq həddi-buluğa çatmamıĢı cinayət fəaliyyətinə cəlb etmək üstündə məsuliyyət 

daĢımalıdır. 

 

Yetkinlik yaĢına çatmayanların iĢləri üzrə ibtidai istintaqın prosessual xüsusiyyətləri 



 

Yetkinlik  yaĢına  çatmayanların  iĢləri  üzrə  istintaq  keyfiyyəti  və  səmərəliliyi  müstəntiqin  iĢinin  düzgün 

təĢkilindən çox asılıdır. Əgər istintaq təĢkili barəsində geniĢ mənada danıĢılarsa, ona həm müstəntiqlərin iĢinin 

elmi  cəhətdən  təĢkili  məsələsinin,  həm  də  konkret  cinayətlərin  istintaqının  təĢkili  probleminin  daxil  olduğunu 

qeyd etmək zəruridir. Bu istiqamətlər bir-biri ilə sıx bağlıdır və onların bircə nəzərdən keçirilməsi zəruridir. 

                                                 

5

 Гафаров Т.М. «Ъинайят вя ъинайят мясулиййяти». Азярбайъан Дювлят Няшриййаты, Бакы-1978. сящ-13-14. 




Yüklə 1,36 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə