31
Azərbaycan Respublikası Milli Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır.
Bu Konstitusiya ilə Azərbaycan Respublikası Milli Məclisinin və Məhkəmə orqanlarının səlahiyyətlərinə
aid edilməyən digər məsələləri icra qaydasında həll edir.
Qanunların imzalanması qaydası
Konstitusiyamızın 110-cu maddəsi ilə Azərbaycan Respublikasının Prezidentinə verilən səlahiyyətlərdən
biri də qanunların imzalanmasıdır. Yəni qanunların həqiqi qüvvəyə minməsidir. Həmin maddədə qeyd edilir ki,
Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuĢ gündən baĢlayaraq 56 gün ərzində im-
zalayır.
Qanun Azərbaycan Respublikası Prezidentinin etirazına səbəb olarsa, qanunu imzalayıb öz qeydləri ilə
birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.
Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə
minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63
səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edərsə, belə qanunlar təkrar
səsvermədən sonra qüvvəyə minir.
Hərbi vəziyyət elan edilməsi
Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası ərazisinin müəyyən hissəsi faktiki iĢğal
olunduqda, xarici dövlət və ya dövlətlər Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycana qarĢı
real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan Respublikasının ərazisi blokadaya alındıqda, habelə blo-
kada üçün real təhlükə olduqda Azərbaycan Respublikasının bütün ərazisində bu və ya ayrı-ayrı yerlərində hərbi
vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan Respublikasının Milli
Məclisinin təsdiqinə verir.
Göründüyü kimi, hərbi vəziyyət aĢağıdakı hallarda elan edilir:
1.
Azərbaycan Respublikasının ərazisinin müəyyən hissəsi faktiki olaraq iĢğal olunduqda;
2.
Xarici dövlət və ya dövlət Azərbaycan Respublikasına müharibə elan etdikdə;
3.
Azərbaycan Respublikasına qarĢı real silahlı hücum təhlükəsi yarandıqda;
4.
Azərbaycan Respublikası üçün blokada təhlükəsi yarandıqda.
Fövqəladə vəziyyət tətbiq edilməsi
Azərbaycan Respublikası Prezidentinin ölkədə fövqəladə vəziyyət tətbiq edə bilməsi səlahiyyətindən
aĢağıdakı hallarda istifadə edə bilər:
1.
Ölkədə təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və baĢqa iĢlər baĢ verdikdə;
2.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün pozulmasına, dövlətə qarĢı qiyama və ya dövlət
çevriliĢinə yönəldilən hərəkətlər edildikdə;
3.
Zorakılıqla müĢayiət olunan kütləvi iğtiĢaĢlar yarandıqda, vətəndaĢların həyatı və təhlükəsizliyi və
yaxud dövlət təsisatlarının norma fəaliyyəti üçün qorxu törədən digər münaqiĢələr meydana gəldikdə.
Deməli, yuxarıda sadaladığımız hallarda Azərbaycan Respublikasının Prezidenti ölkənin ayrı-ayrı
yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Azərbaycan
Respublikasının Milli Məclisinin təsdiqinə verir.
Azərbaycan Respublikası Prezidentinin aktları
Konstitusiyamızın 113-cü maddəsində deyilir ki, ölkə prezidenti Respublikada ümumi qaydaları
fərmanlar verməklə, baĢqa məsələləri isə sərəncamlar qəbul etməklə həll etmək səlahiyyətlərinə malikdir.
Həmin fərman və sərəncamlarda baĢqa qayda nəzərdə tutulmayıbsa onlar dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin statusu
Azərbaycan Respublikasının Prezidenti icra səlahiyyətlərinin həyata keçirilməsinin təĢkili məqsədi ilə
Azərbaycan Respublikasının Nazirlər Kabineti yaradır.
Nazirlər Kabineti icra orqanıdır. Prezident Nazirlər Kabinetində icra səlahiyyətlərini həyata keçirmək
məqsədi ilə istifadə edir. Elə bu məqsədlə də Nazirlər Kabinetinə status verilmiĢdir.
Status – latın sözü olub mənası vəziyyət deməkdir. Yəni onun səlahiyyət və hüququn vəziyyəti baĢa
düĢülür.
Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin yuxarı icra
orqanıdır, ona tabedir və onun qarĢısında cavabdehdir. Nazirlər Kabinetinin iĢ qaydasını Azərbaycan
Respublikasının Prezidenti müəyyənləĢdirir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibi
32
Azərbaycan Respublikası Nazirlər Kabinetinin tərkibinə Azərbaycan Respublikasının BaĢ naziri, onun
müavinləri, nazirlər və baĢqa mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri daxildir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin istefası
Konstitusiyanın 116-cı maddəsinə əsasən yeni seçilmiĢ Azərbaycan Respublikasının Prezidenti vəzifəsini
tutduğu və səlahiyyətlərini icra etməyə baĢladığı gün Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan
Respublikası Prezidentinə istefa verir. Konstitusiyanın 117-ci maddəsinə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin iclasına bir qayda olaraq Azərbaycan Respublikasının BaĢ naziri sədrlik edir.
Azərbaycan Respublikası BaĢ Nazirinin təyin edilməsi qaydası
Azərbaycan Respublikası BaĢ Nazirini Azərbaycan Respublikasının Milli Məclisinin razılığı ilə
Azərbaycan Respublikasının Prezidenti təyin edir.
Azərbaycan Respublikasının BaĢ naziri vəzifəsinə namizədlik haqqında təklifi Azərbaycan Respub-
likasının Prezidenti onun öz vəzifələrinin icrasına baĢladığı gündən bir ay və ya Azərbaycan Respublikası
Nazirlər Kabinetinin istefa verdiyi gündən iki həftə müddətində gec olmayaraq Azərbaycan Respublikası Milli
Məclisinin müzakirəsinə təqdim edir.
Azərbaycan Respublikası Milli Məclisi Azərbaycan Respublikasının BaĢ naziri vəzifəsinə namizədlik
haqqında qərarı həmin namizədliyin təqdim edildiyi gündən bir həftədən gec olmayaraq qəbul edir. Göstərilən
qayda pozularsa və ya Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi namizədlərin Azərbaycan Respubli-
kasının BaĢ naziri vəzifəsinə təyin olunmasına üç dəfə razılıq verilməzsə, Azərbaycan Respublikasının
Prezidenti Azərbaycan Respublikasının baĢ nazirini Azərbaycan Respublikası Milli Məclisinin razılığı olmadan
təyin edə bilər. Burada Milli Məclisin razılığı olmadan BaĢ nazirin təyinatı həmin məsələnin operativ həlli və
böhranın aradan qaldırılması məqsədi ilə edilir. Digər tərəfdən Nazirlər Kabineti icra orqanı olduğu üçün və
Prezident qarĢısında cavabdeh olduğu üçün BaĢ nazirin təyin edilməsini Konstitusiya Prezidentə həvalə etmiĢdir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri
Konstitusiyamızın 119-cu maddəsi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə aĢağıdakı
səlahiyyətlər vermiĢdir:
1.
Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim edir;
2.
Azərbaycan Respublikası dövlət büdcəsinin icrasını təmin edir;
3.
Maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin edir;
4.
Dövlət iqtisadi proqramlarının həyata keçirilməsini təmin edir;
5.
Dövlət sosial-təminat proqramlarının həyata keçirilməsini təmin edir;
6.
Nazirliklərə və digər mərkəzi icra hakimiyyəti orqanlarına rəhbərlik edir, onların aktlarını ləğv edir;
7.
Azərbaycan Respublikası Prezidentinin onun səlahiyyətlərinə Aid etdiyi digər məsələləri həll edir.
Nazirlər Kabinetinin rabitə, informasiya, meteorologiya, geologiya, standartlaĢdırma sisteminin idarə
edilməsini tənzimləyir. Bununla yanaĢı, ərzaq, sağlamlığın qorunması, sosial-təminat, əhalinin məĢğulluğu, ana
və uĢaqların qayğısı, mədəniyyət, maarif, elmi-texniki tərəqqinin inkiĢafı, ictimai asayiĢin qorunması,
mülkiyyətin qorunması, vətəndaĢların hüquqlarının və azadlıqlarının qorunmasını öz səlahiyyətləri əsasında
təmin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər və Nazirlər
Kabinetinin üzvlərinə aid tələblər
Konstitusiyamızın 121 və 122-ci maddələrində bu tələblər aĢağıdakı kimidir. Azərbaycan Respublikasının
BaĢ naziri vəzifəsinə yaĢı 30-dan aĢağı olmayan, seçkilərdən iĢtirak etmək hüququna malik, ali təhsilli, baĢqa
dövlət qarĢısında öhdəliyi olmayan, Azərbaycan Respublikasının vətəndaĢı təyin edilir. Azərbaycan Respubli-
kası BaĢ Nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanlarının rəhbəri vəzifəsinə yaĢı 25-dən
aĢağı olmayan, seçkilərdə iĢtirak etmək hüququna malik, ali təhsilli Azərbaycan vətəndaĢı təyin edilir.
Azərbaycan Respublikasının BaĢ naziri, onun müavinləri, nazirlər, digər mərkəzi icra hakimiyyəti
orqanlarının rəhbərləri vəzifə tuta bilməzlər, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən baĢqa heç bir sahibkarlıq,
kommersiya və digər ödəniĢli fəaliyyətlə məĢğul ola bilməzlər, vəzifə maaĢından, habelə elmi, pedaqoji və yaradı-
cılıq fəaliyyətinə görə aldığı vəsaitdən baĢqa məvacib ala bilməzlər.
BaĢ nazirin toxunulmazlığı və yerlərdə icra hakimiyyəti
Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası BaĢ nazirinin Ģəxsiyyəti toxunulmazdır. Azərbaycan
Respublikasının BaĢ naziri cinayət baĢında yaxalanma hallarından baĢqa tutula bilməz, cinayət məsuliyyətinə