Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə18/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   14   15   16   17   18   19   20   21   ...   40

 
1.  Azərbaycan  dilinin  düşünmə,  öyrənmə  və  danışma  vasitəsi  olması 
onun təlimində mühüm tələblərdən biri hesab edilir. Təlim prosesində müəllim 
və şagirdlərin fəaliyyəti ona istiqamətləndirilir. 
«Müasir  psixologiya  dərsliklərində  qavrayışın  mənalılığı  belə  izah  edilir: 
insanın  qavrayışı  təfəkkürlə,  əşyanın  mahiyyətini  anlamaqla  bağlıdır.  Əşyanı 
şüurlu surətdə qavramaq, onu fikrən adlandırmaq, yəni qavranılan əşyanı müəyyən 
cisimlər  qrupuna,  siniflərə  aid  etmək,  onu  sözlə  ümumiləşdirmək  deməkdir» 
(Ə.Ə.Əlizadə.  İdrak  prosesləri  və  hislər.  Psixopedaqoji  məsələlər.  Bakı,  2006, 
səh.27). 
Söz  dilin  əsas  vahidlərindən  biridir.  Nitq  prosesi  üçün  zəruri  hesab  edilən 
söz  birləşməsi,  cümlə,  mətn  kimi  nitq  vahidlərinin  mənimsənilməsində  kifayət 
qədər  söz  bilmək,  lüğət  ehtiyatına  malik  olmaq  vacib  hesab  edilir.  Düşünmə 
prosesinin həyata keçirilməsində sözlərdən istifadə olunur.  
Azərbaycan dilinin düşünmə vasitəsinə çevrilməsi prosesi nitq fəaliyyətinin 
əsasını  təşkil  edən  sözlərin,  eləcə  də  digər  nitq  vahidlərinin  öyrənilməsindən 
başlayır. Danışıq səsləri, heca, söz, söz birləşməsi, cümlə, nəhayət, mətn üzrə bilik, 
bacarıq  və  vərdişlər  mənimsənilir.  Onlar  qeyri-iradi  keyfiyyətlər  kimi  təfəkkür 
tərzinə,  düşüncə  vahidlərinə  çevrilir.  İdraki  fəaliyyətin  bütün  mərhələlərində 
fəaliyyətlər mənimsənilmiş dil vahidlərinə, nitq modellərinə əsasən qurulur. 
Azərbaycan  dilinin  öyrənmə  vasitəsi  kimi  dərk  olunması  onun  ən  mühüm 
ünsiyyət  vasitəsi  kimi  zəruriliyini  şərtləndirir,  yazılı  və  şifahi  dil  formalarına 
yiyələnməyin  vacibliyini  meydana  çıxarır.  Şagirdlər  öz  fəaliyyətlərində 
Azərbaycan dilinə yeni bilik və bacarıqlara yiyələnmə vasitəsi kimi yanaşır, onun 
funksional imkanlarından istifadə edirlər. 
Düşünmə  və  öyrənmə    proseslərində  əldə  olunmuş  biliklər  danışma 
vasitəsilə  reallaşdırılır.  Beləliklə,  ünsiyyət  prosesi  formalaşır.  Bütün  dillərdən,  o 
cümlədən də ana dilindən ünsiyyət prosesində mühüm vasitə kimi istifadə olunur. 
Ona  görə  də  ana  dili  təlimi  prosesində,  ilk  növbədə,  onun  düşünmə,  öyrənmə  və 
danışma vasitəsi kimi dərk olunması tələb edilir. 


 
2. Nitq və dil bacarıqlarına yiyələnməklə ümumi nitq inkişafının təmin 
olunması.  Azərbaycan  dili  təlimində  əsas  məqsədə  nail  olmaq  üçün  şagirdlərin 
nitq  inkişafının  təmin  olunması  vacib  hesab  edilir.  Ona  görə  də  təlim  prosesində 
şagirdlərin  lüğət  ehtiyatının  zənginləşdirilməsi,  cümlə  qurmaq  vərdişlərinin 
formalaşdırılması,  rabitəli  nitq  nümunələrinin  hazırlanması  mühüm  istiqamətlər 
kimi diqqət mərkəzində saxlanılır.  
Şagirdlərin  nitq  fəaliyyətinin  növləri  (dinləyib-anlama,  danışma,  oxu,  yazı) 
üzrə müvafiq bacarıq və vərdişlərə yiyələnmələri zəruri hesab edilir. Eyni zamanda 
Azərbaycan dilinin şifahi və yazılı formalarına aid ən zəruri dil qaydalarının (zəruri 
dil materiallarının) öyrənilməsi nəzərdə tutulur.  
İstər  nitq  fəaliyyətinin  növləri,  istərsə  də  dil  qaydaları  üzrə  bacarıqların 
mənimsənilməsi ümumi nitq inkişafını təmin edir.  
3.
 
Davamlı təhsil prosesində, praktik fəaliyyətdə istifadə üçün potensial 
bilik  və  bacarıqların  mənimsənilməsi.  Ədəbi  dilin  ən  zəruri  normaları  ilkin 
olaraq  ana  dili  fənni  vasitəsilə  öyrədilir.  Bu  proses  ardıcıl  olaraq  digər  fənlərin 
tədrisində  də  davam  etdirilir.  Tədris  prosesinin  hər  bir  anında  Azərbaycan 
dilindən  bir  öyrənmə  vasitəsi  kimi  istifadə  olunur.  Bu  prosesdə  şagirdin  lüğət 
ehtiyatı zənginləşir, qrammatik-üslubi bacarıqları möhkəmlənir. Bütövlükdə şifahi 
və yazılı nitqlə bağlı imkanları genişlənir. 
Bu  bilik,  bacarıq  və  vərdişlərin  müəyyən  edilməsi  və  reallaşdırılmasında 
başlıca  olaraq  iki  istiqamət  diqqət  mərkəzində  saxlanılır.  Onlardan  birincisi 
mənimsənilmiş  bilik,  bacarıq  və  vərdişlərdən  davamlı  təhsil  prosesində  istifadə 
olunmasıdır.  İkincisi  isə  qazanılmış  bilik  və  bacarıqlardan  praktik  fəaliyyətdə 
istifadə edilməsidir. 
Ümumtəhsili  başa  vuran  hər  kəs  təhsilini  müxtəlif  formalarda  müstəqil 
davam  etdirməli,  həyatını,  fəaliyyətini  istədiyi  kimi  qurmalı  olur.  Bunun  üçün 
özünün  idraki,  hissi  və  psixomotor  imkanlarına  əsaslanır,  dinləyib-anlama, 
danışma,  oxu  və  yazı  bacarıqlarından  istifadə  edir.  Eyni  zamanda  cəmiyyətin  bir 
üzvü  kimi  həyatda  praktik  fəaliyyət  göstərir.  Azərbaycan  dili  təliminin 
məzmununu, strateji imkanları müəyyənləşdirilərkən bunlar nəzərə alınır. 


 
 
2.2.  Azərbaycan dili təliminin təşkilində istifadə olunan forma və üsullar 
barədə 
Azərbaycan  təhsil  sisteminin  beynəlxalq  sistemə  inteqrasiyası  üçün  bu 
sahədə  köklü  dəyişikliklər,  islahatlar  gedir.  Bu  islahatların  məqsədi  demokratik 
cəmiyyət  üçün  sağlam,  düşüncəli,  sərbəst  fikir  söyləmək  qabiliyyətinə  malik, 
ətrafda  baş  verən  hadisələrə  tənqidi  yanaşmağı,  münasibət  bildirməyi  bacaran 
gənclər  yetişdirməkdir.  Elm  və  texnikanın  inkişafı,  informasiya  bolluğu 
böyüməkdə olan gənc nəslə imkan verir ki, hadisələrin məcrasında bilavasitə özləri 
iştirak etsin, baş verən hadisələrdən nəticə çıxarmağı bacarsınlar. Onları bu sahədə 
düzgün istiqamətləndirmək isə məktəbin, müəllimlərin öhdəsinə düşür.  
İnkişaf  etmiş  ölkələrin  təcrübəsi  göstərir  ki,  yeni  əsrdə  cəmiyyətin  və 
insanların  inkişafı  üçün  yaradıcı,  müstəqil  düşünən  və  inkişaf  edən  şəxsiyyət 
formalaşmalıdır.  Müasir  şəxsiyyəti  hafizənin  gücləndirilməsinə  və  yalnız 
informasiya toplanılmasına yönəlmiş, real həyatın tələblərini nəzərə almayan təlim 
şəraitində  tərbiyə  etmək  mümkün  deyildir.  Yəni  ənənəvi  dərsdə  təlim  yadda 
saxlama  qabiliyyətinə  əsaslanır,  şagird  materialın  təhlilini,  təsvirini,  nəticələri  və 
ümumiləşdirmləri  hazır  şəkildə  alır.  Həyatın  belə  bir  dinamik  inkişafında  həmişə 
ənənəvi  dərs  metodlarından  istifadə  bugünkü  məktəbliyə  cansıxıcı,  darıxdırıcı 
görünür,  onların  dərsə  olan  marağını  azaldır.  Bu  gün  məktəblidə  təlimə  marağı 
artırmaq, onlarda yaradıcı fəaliyyət bacarığı tərbiyə etmək, humanist dünyagörüşü, 
milli  özünüdərk,  vətəndaşlıq  mövqeyi,  milli  dəyərlərə  hörmət  və  məhəbbət  hissi 
formalaşdırmaq  günün  ən  aktual  problemlərindəndir.  Bu  baxımdan  əməkdaşlığa, 
tənqidi və yaradıcı təfəkkürün inkişaf etdirilməsinə əsaslanan yeni təlim metodları 
mühüm əhəmiyyət kəsb edir. Əlbəttə, biz bunu deməklə ənənəvi  dərs  metodlarını 
kölgədə  qoymaq  istəmirik.  Böyük  bir  nəsil  məhz  bu  metodlarla  formalaşmış, 
cəmiyyətin  inkişafında  xüsusi  rol  oynamışdır.  Sadəcə  həyatın  elə  məqamları,  elə 
dövrü var ki, hər bir cəmiyyət özünə lazım olan şəxsin formalaşmasını diktə edir. 
Bu  gün  bazar  iqtisadiyyatına  keçid,  demokratik  cəmiyyətin  qurulması  hadisələri 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə