Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə20/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   16   17   18   19   20   21   22   23   ...   40

 
4.
 
 Tədqiqat  sualı  təlim  standartlarına  əsasən  müəyyənləşdirilməli  və  dərsin 
məqsədinə  yönəldilməlidir. 
II mərhələ: tədqiqatın aparılması 
 
Dərsin  məqsədinə  və  tədqiqat  sualına  uyğun  iş  üsulları  seçilir.  Tədqiqat 
sualına  cavab  verməyə  kömək  edəcək  faktları  tapmaq  üçün
 
məqsədyönlü  iş 
aparılır.  Şagirdlərə  müxtəlif  çalışmalar  verilir.  Beləliklə,  tədqiqat  sualına  cavab 
tapmaq  üçün zəmin yaranır. Toplanmış faktlar əsasında təqdimatlar hazırlanır  
 
Tədqiqatın nəticələri aşağıdakı təqdimat formalarında ümumiləşdirilir. 

 
ifadə yazılar, təsvirlər, əsərlər, şeirlər, esseler; 

 
sxemlər, cədvəllər, qrafiklər; 

 
illustrasiyalar, məqalələr; 

 
nağıllar,  tapmacalar,  atalar  sözləri,  zərbi-məsələlər,  uydurmalar, 
yanıltmaclar; 

 
təcrübələr, eksperimentlər; 

 
maketlər, modellər, rəmzlər; 

 
layihələr; 

 
qaydalar, qanunauyğunluqlar; 

 
səhnələşdirmələr; 

 
nəğmələr, musiqilər; 

 
referatlar; 

 
krossvordlar və s. 
Tədqiqat  müxtəlif  formalarda:  böyük  qrupda,  kiçik  qruplarda,  cütlük 
şəklində və fərdi  qaydada aparıla bilər. 
III mərhələ: məlumatın mübadiləsi 
Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra müəllim tapşırığın icrasının başa 
çatdığını bildirir. Bundan sonra şagirdlər informasiyanın təqdimatına başlayır, əldə 
etdikləri  yeni  informasiyaları  digər  iştirakçılarla  bölüşürlər.  Həmin  təqdimatların 
əks olunduğu iş vərəqləri lövhədən asılır. 
IV mərhələ: məlumatın  müzakirəsi  


 
Mövcud 
mərhələnin 
məqsədi 
yeni 
əldə 
edilmiş 
informasiyanı  
sistemləşdirmək  və  qrupların  hazırladıqları  təqdimatlar  arasındakı  əlaqəni  üzə 
çıxarmaqdır.      
Bu  mərhələdə  müəllim  köməkçi  suallardan  istifadə  etməklə  əldə  olunmuş 
faktların    məqsədyönlü  müzakirəsini  təşkil  edir.  Məlumat  sxem,  qrafik,  cədvəl, 
təsnifat  və  s.  formalarda  təqdimatlar  dinlənilir.  Nəticədə  tədqiqat  sualına  cavab 
aydınlaşır. 
Müzakirə  prosesində    müəllim  öz  fikirlərini  şagirdlərə  zorla  qəbul 
etdirməməlidir.  
V mərhələ: nəticə və ümumiləşdirmə 
    Nəticəyə  gəlmək  üçün  müəllim  şagirdlərin  köməyi  ilə  əldə  olunan  bilgiləri 
ümumiləşdirir, əldə edilmiş ideyanı tədqiqat sualı ilə (o bu suala cavab verirmi?) 
və  şagirdlərin  ilkin  fərziyyələri  ilə  (bunların  arasında  düzgün  olanları  varmı?) 
müqayisəsini təşkil  edir.       
 VI mərhələ: yaradıcı tətbiqetmə və ya  ev tapşırıqları 
    Yaradıcı  tətbiqetmə  biliyi  möhkəmləndirir,  onun  praktiki  əhəmiyyətini  artırır. 
Bu  məqsədlə  şagirdlərə  praktik  tapşırıqlar  verilir.  Əgər  yaradıcı  tətbiqetməni 
dərhal icra etmək mümkün olmursa, o sonrakı dərslərdə həyata keçirilir. Dərsdə 
alınmış bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi üçün ən geniş yayılmış 
sərbəst  iş  forması  ev  tapşırıqlarıdır.  Fəal  təlim  prosesində  belə  tapşırıqlardan 
istifadə  olunur.  Onların  daha  çox  tədqiqat  və  yaradıcılıq  elementləri  (müxtəlif 
yaradıcı  işlər,  referatlar,  layihələr,  tədqiqatlar  və  s.)  ilə  zəngin  olmasına  diqqət 
yetirilir. 
Refleksiya və qiymətləndirmə  
     Qiymətləndirmə  şagirdlərin  təlimdəki  nailiyyətlərinin  dəyərləndirilməsi 
prosesidir. 
Qiymətləndirmə  konkret  meyarlar  üzrə  aparılmalıdır.  Müəllim  şagirdləri 
əvvəlcədən bu meyarlarla tanış etməlidir. 
      Refleksiya  –  təlim  prosesinin  bütün  mərhələlərini  təhlil  etməyə  və  onu 
dərindən başa düşməyə imkan verir. 


 
Şagirdlərə dərs zamanı təlim fəaliyyətini izləməyə kömək edə biləcək bir neçə 
sual  verməklə    (məsələn:  biz  nəticəyə  necə  gəlib  çıxdıq?  Biz  nə  etdik?  Qarşıya 
qoyulmuş  problemin  həllində  sizə  nə  kömək  etdi?  və  s.)  onların  fikirlərini 
sistemləşdirmək  mümkün  olur.  Nəticədə  şagird  öz  tədqiqat  fəaliyyətinin  əsas 
mərhələlərini  bir daha nəzərdən  keçirir. 
Fəal dərsi  səmərəli  təşkil  etmək  üçün,    ilk  növbədə,  müəllimin  planlaşdırma 
bacarığı olmalıdır. O, dərs dediyi fənn üzrə bütün mərhələləri aydın təsəvvür edə 
bilməli, onlara aid perspektiv və  cari planlar hazırlamağı bacarmalıdır. Bu zaman 
aşağıdakı sualların cavablarını özü üçün konkretləşdirməlidir. 

 
Nə öyrəniləcək? 

 
Necə öyrəniləcək? 

 
Hansı şəraitdə  öyrəniləcək? 

 
Nəticələr necə qiymətləndiriləcək? 
       Dərs 
planlaşdırılarkən  hansı  təlim  standartının  (standartlarının) 
reallaşdırılması müəyyənləşdirməli, ona (onlara) uyğun  təlim məqsədi (təlim 
məqsədləri), müvafiq metod və vasitələr seçilməlidir. 
  Fəal  dərsin  planında  aşağıdakıların    nəzərə  alınması  didaktik  cəhətdən 
əhəmiyyətli hesab edilir. 
1.
 
Mövzunu müəyyənləşdirmək. 
2.
 
Standartı konkretləşdirmək. 
3.
 
Dərsin məqsədini (məqsədlərini) müəyyən etmək. 
4.
 
Motivasiya üçün sistem işləyib hazırlamaq. 
5.
 
Tədqiqat sualını müəyyənləşdirmək. 
6.
 
Aparılacaq  tədqiqatın  mərhələlərini  planlaşdırmaq  və  bu  zaman 
aşağıdakıları dəqiqləşdirmək: 

 
tədqiqat üçün tapşırıqları; 

 
iş üsulları və formalarını; 

 
məlumat mənbələrini. 
7.
 
Müzakirə üçün  suallar hazırlamaq. 
8.
 
İdeyaları və alınacaq nəticələri qısaca ifadə etmək. 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə