Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə23/40
tarix08.07.2018
ölçüsü1,56 Mb.
#54229
1   ...   19   20   21   22   23   24   25   26   ...   40

 
   “Qərarlar ağacı” 
Bu  üsul  qərarların  qəbul  edilməsi  zamanı  alternativ  yolları  araşdırmaq  və 
təhlil etmək məqsədi daşıyır. 
Müzakirə  olunacaq  problem  müəllim  tərəfindən    izah  edilir  və  onun  həlli 
yollarının  bir  neçə  variantı  şagirdlərlə  birlikdə  müəyyənləşdirilır.  4-6  nəfərdən 
ibarət    qruplarda  şagirdlər    problemin  həlli  yollarının  üstünlüklərini  və 
çatışmazlıqlarını  təhlil  edir,  onları  “+”,  və  ya  “-”  işarəsinin  qarşısında  müvafiq 
qaydada qeyd edirlər. Son nəticə cədvəlin qərar hissəsində yazılır və üstü örtülür. 
Bütün  qrupların  təqdimatından  sonra    müəllim  əldə  olunmuş  nəticələri 
ümumiləşdirmək  üçün müzakirə aparır. 
                                                       Problem 
Problemin  həlli 
yollarının  mənfi 
və 
müsbət 
tərəfləri  
                        Problemin həlli yolları 
1-ci  həll yolu 
2-ci həll yolu 
3-cü həll yolu 

 
 
 

 
 
 
Qərar: 
 
Problemli  vəziyyət 
Bu  üsul  tənqidi  təfəkkürü,  təhliletmə  və  ümumiləşdirmə  vərdişlərini  inkişaf 
etdirir. 
Müəllim əvvəlcədən problemi və müzakirə üçün sualları hazırlayır. Şagirdlər 
4-5  nəfərlik  qruplara  bölünür.  Problemli  vəziyyət  əks  olunmuş  iş  vərəqləri  
uşaqlara  paylanır.  Hər  qrup  təklif  edilən  vəziyyətlərdən  birini  müzakirə  edir  və 
həlli yolunu göstərir. Qruplar öz işlərini bitirdikdən sonra sinifdə ümumi müzakirə 
aparılır. 
 
Karusel   


 
Dərsdən  əvvəl  iri  ağ  kağızlarda  (vatman)  mövzuya  aid  suallar  yazılır. 
Müəllim  qruplara müxtəlif  sual yazılmış bir kağız verir. Qrup üzvləri sualı oxuyur 
və  bir  cavab  yazır.  Kağızlar  saat  əqrəbi  istiqamətində  müəllimin  köməkliyi  ilə 
qruplara ötürülür. “Karusel” kimi kağızlar  bütün digər qruplardan keçərək axırda 
öz qrupuna qayıdır. Müəllim bu  kağızları  yazı  lövhəsinə  yapışdırır  və bütün sinif  
cavabları  müzakirə edir. 
  
2.3. Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr 
 
İllik  planlaşdırmanın  yaradılması  müəllimlərin  qarşısında  duran  ən  mühüm 
vəzifədir.  Planlaşdırma  əsas  məqsədləri  müəyyənləşdirmək  və  onlara  nail  olmaq 
üçün müəllimlərin  fəaliyyət istiqamətidir. İllik planlaşdırmada tədris vahidinin nə 
zaman  və  hansı  ardıcıllıqla  tədris  ediləcəyi  göstərilir.  Eyni  zamanda  hər  fəslə 
ayrılacaq vaxt göstərilir. Fənnin planlaşdırılması  ardıcıllığı aşağıdakı kimidir: 
1. Tədris ediləcək tədris vahidlərini məzmun standartlarına əsasən  müəyyən 
etmək. 
2.  Tədris  vahidlərinin  ardıcıllıq  prinsiplərini  müəyyənləşdirmək.  (Tədris 
vahidlərinin  ardıcıllıqla  müəyyənləşdirilməsi  dedikdə,  məzmunun  ardıcıllığı 
(asandan  çətinə  doğru),  xronoloji  ardıcıllıq  (zaman  ardıcıllığı),  məntiqi  ardıcıllıq 
(əvvəlcə  o  anlayışlar  öyrədilir  ki,  onlar  növbəti  anlayışların  açılmasında  mühüm 
əhəmiyyət daşıyır) nəzərdə tutulur.  
3. Hər tədris vahidi üçün tədris planına əsasən vaxt bölgüsü aparmaq (Tədris 
vahidləri üçün vaxt bölgüsünü  müəyyənləşdirərkən fənn üzrə illik dərs saatlarının 
ümumi  sayı  nəzərə  alınır.  Hər  tədris  vahidinə  onun  əhəmiyyətliliyi  və 
mürəkkəbliyi baxımından vaxt ayrılır.) 
4. Hər bir halda şagird maraqlarını nəzərə almaq  . 
İllik planlaşdırma apararkən  müəllim aşağıdakı sənədlərə istinad etməlidir:  

 
Məzmun standartları. 

 
Qiymətləndirmə standartları.  

 
Tədris planı. 


 

 
Dərslik  (İstifadə olunacaq mətnlər və digər materiallar). 

 
Müəllim üçün vəsait. 
Təqvim  planı  tərtib edilərkən  dərs  ilinin  həftələri,  tədris  ilində  baş  verəcək 
mühüm  hadisələr  (tarixi  günlər),  tədris  vahidlərinin  və  onlara  daxil  olan 
mövzuların  adı  müəyyən  edilir.  Hər  tədris  vahidi  və  mövzu  vasitəsilə 
reallaşdırılacaq  məzmun  standartları  (alt-standartlar)  seçilir,  istifadə  olunacaq 
mənbələr (resurslar) müəyyən edilir, hər mövzu üçün ayrılmış vaxt qeyd olunur. 
        Aşağıda beşinci sinif üçün illik təxmini planlaşmadan nümunəsi verilmişdir. 
 
 
                              
Azərbaycan dili
1
 
 
S
ta
n
d
ar
t 
T
əd
ri

vah
id
i 
Mövzular 
İnteqrasiya 
Resuslar 
S
aat
 
2.1.1. 
2.2.1. 
2.2.2. 
A
il
ə 

 m
ək


Mükafat.  Mətn 
üzrə iş 
Ə.1.2.2.,1.1.2, 
1.2.4.,1.1.3. 
1.1.1., 2.1.1. 
Az-t. 3.1.2.  
X-d. 
3.1.2., 
3.1.3. 
Dərslik, 
paylayıcı 
materiallar, 
kompyuter,  lüğətlər, 
proyektor və s. 

 
1.2.2. 
4.1.2. 
Mükafat.  
Saitlərin növləri 
Az-t. 1.2.4. 
Dərslik, 
slaydlar, 
paylayıcı  material-
lar,  qiymətləndirmə 
vəsaiti və s. 

1.2.4. 
2.1.2. 
2.2.1. 
2.2.2. 
Əsl dost . 
Mətnlə iş. 
Ə. 
1.1.3., 
1.2.2., 2.1.1. 
Az-t. 
3.1.2., 
1.1.1.,1.1.5., 
2.1.2. 
X-d. 
3.1.2., 
3.1.3. 
Dərslik, 
şəkillər, 
slaydlar,  paylayıcı 
materiallar,  lüğətlər 
və s.  

1.2.2. 
4.1.2. 
Əsl 
dost. 
Samitlərin 
növləri 
Az-t. 1.2.4. 
Dərslik,  qiymətlən-
dirmə vəsaiti və s. 

 
 
Dərs planı nümunələri 
                                                             
 


Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə