Azərbaycan dili fənninin məzmun standartlarının şərhi
1
Standart
Şərh
Açar sözlər
I sinif
1.1.1. Dinlədiyi sadə fikrin mahiyyətini şərh
edir.
Dinlənilmiş sadə fikrin mahiyyətinin
anlaşılması,verilən sualları cavablandırmaqla
dinlədiyi sadə fikrin mahiyyətinin izah edilməsi.
Sual, cavab, fikir, izah
1.1.2. Dinlədiyi fikrə münasibətini bildirir.
Dinlənilmiş fikrin mahiyyətinin anlaşılması, ona
müsbət və ya mənfi münasibətin bildirilməsi.
Fikir, mənfi, müsbət, münasibət
1.2.1. Müşahidə etdiyi əşya və hadisələr
haqqında və şəkillər üzrə danışır.
Əşyalar, həyat və təbiət hadisələrinin, eyni
zamanda, təsvirlərin müşahidə olunması, onların
məzmunu haqqında danışılması.
Əşya, həyat, təbiət, təsvir, müşahidə, məzmun
1.2.2. Dialoqlarda sadə nitq etiketlərindən
istifadə edir.
Sadə nitq etiketlərinin tanınması, işlənmə
yerinin və məqamının anlaşılması, dialoqlarda
görüşmə, təşəkkür və üzrxahlıq etiketlərindən
istifadə olunması.
Dialoq, nitq etiketləri, görüşmə,
təşəkkür və
üzrxahlıq etiketləri
1.2.3. Nitqini müvafiq mimika və jestlərlə
müşayiət edir.
Dilə köməkçi vasitələrin – sadə jest və mimik
hərəkətlərin işlənmə məqamının
müəyyənləşdirilməsi, kiçikhəcmli bədii
mətnlərdəki fikri ifadə edərkən
edərkən onlardan
məqsədəuyğun şəkildə istifadə olunması
.
Şeir, bədii mətn, obraz, jest, mimika
2.1.1.Mətndə rast gəldiyi yeni əşya və hadisələri
adlandırır.
Şəkillərdə təsvir olunan və həyatda rast gəlinən
canlı və cansız əşyaların, təbiət hadisələrinin
tanınması və onların adlandırılması.
Şəkil, canlı və cansız varlıqlar, təbiət hadisələri,
tanıma
2.1.2. Mətndəki
müəyyən olunmuş sözləri
yaxınmənalı sözlərin köməyi ilə izah edir.
Sözlərin leksik mənasının anlaşılması, mətndə
müəyyən olunmuş sözlərin yaxınmənalı sözlərin
Yaxınmənalı sözlər, leksik məna, izah etmə
1
Məzmun standartalrının şərhinə aid verilmiş izahlar və aşar sözlər ancaq tövsiyə xarakteri daşıyır. Siniflər üzrə şagirdlərin inkişaf səviyyəsinə və marağına uyğun olaraq
müvafiq dəyişikliklər və əlavələr etməklə onlara yaradıcı yanaşmaq məqsədəuyğun hesab edilir.
köməyi ilə izah olunması.
2.1.3. Mətndə öyrəndiyi yaxınmənalı sözləri
cümlədə işlədir.
Mətndə öyrənilmiş yaxınmənalı sözlərin leksik
cəhətdən fərqləndirilməsi, onların cümlədə
işlədilməsi.
Yaxınmənalı sözlər, sözləri leksik cəhətdən
fərqləndirmə
2.1.4. Mətndən sadə bədii ifadələri seçir.
Mətndən sadə bədii ifadələrin seçilməsi
Sadə bədii ifadələr, seçmə
2.2.1. Kiçikhəcmli mətnləri düzgün tələffüz
etməklə oxuyur.
Kiçikhəcmli mətnlərin sadə tələffüz qaydalarına
əməl etməklə oxunması:hərflərin tanınması və
onların müvafiq səslərlə ifadə edilməsi, sözlərin
hecalarla və bütöv oxunması.
Hərf, səs, heca, söz, cümlə, bütöv oxuma
2.2.2.Müxtəlif bədii mətnləri (nəzm, nəsr)
fərqləndirir.
Nəzm əsərlərinin formaca nəsr əsərlərindən
fərqləndirilməsi
Nəzm, nəsr, şeir, hekayə, nağıl
2.2.3. Mətnin şəkilli planını tutur.
Verilmiş mətnə əsasən şəkillərin çəkilməsi və ya
şəkillərə əsasən mətnin hissələrinin ardıcıllığını
müəyyənləşdirilməsi.
Mətn, hissə, ardıcıllıq
2.2.4. Mətndəki əsas fikri müəyyənləşdirir və
sadə formada ifadə edir.
Kiçikhəcmli mətnlərin oxunması, hadisələrin
mahiyyətinin anlaşılması, əsas fikrin
müəyyənləşdirilməsi, sadə formada ifadə
olunması.
Mətn, fikir, ideya, ifadə etmə, müəyyənləşdirmə
2.2.5. Mətnin məzmununu nəql edir.
Mətnin məzmununun öyrənilməsi, fakt və
hadisələrin məntiqi əlaqə və ardıcıllığının
müəyyənləşdirilməsi, məzmununun qısa şəkildə
nəql edilməsi.
Mətn, məzmun, nəql etmə, məntiqi əlaqə,
ardıcıllıq
3.1.1. Hərflərin elementlərini və
konfiqurasiyasını müəyyən olunmuş xətt
boyunca düzgün yazır və bitişdirir.
Hərflərin ölçüsünün, ara məsafəsinin,
birləşməsinin müəyyənləşdirilməsi, onların
müəyyən olunmuş xətt boyunca düzgün
yazılması və bitişdirilməsi.
Hərf, element, ölçü, məsafə, müəyyənləşdirmə,
müəyyən olunmuş xətt
3.1.2. Əl yazısı şəklində olan sözləri və
kiçikhəcmli mətnləri üzündən köçürür.
Əl yazısı şəklində olan sözlərin və kiçikhəcmli
mətnlərin hüsnxət normalarına uyğun üzündən
köçürülməsi.
Kiçikhəcmli mətn, hüsnxət, əl yazısı,
3.1.3. Şəklə uyğun cümlələr qurub yazır.
Şəkildə təsvir olunan əşya və hadisələrin
tanınması, onlarla bağlı fikirlərin sadə
cümlələrlə yazılması.
Şəkil, məzmun, sadə cümlə,
təsvir olunan,
hadisə
3.1.4. Bir neçə cümlədən ibarət müşahidə
Müşahidə olunmuş təbiət və həyat hadisələri
Mətn, təbiət hadisələri, həyat hadisələri, cümlə