Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 1,2 Mb.
Pdf görüntüsü
səhifə206/220
tarix31.12.2021
ölçüsü1,2 Mb.
#81170
1   ...   202   203   204   205   206   207   208   209   ...   220
17 Texnologiya-kurikulum

Hidravlik  mühərrik
  –  mayenin  enerjisini  aparılan  bəndin  mexaniki 
enerjisinə  çevirən  mühərrikdir.  Pərli  (işçi  maye  sudur)  və  həcmli  (əsasən,  yağ) 
hidravlik  mühərrikə  ayrılır.  pərli  hidravlik  mühərrik  (məs.,  hidroturbin)  mayenin 
kinetik  enerjisini  (aktiv  hidroturbində)  və  ya  onun  kinetik  enerjisi  ilə  birlikdə 
təzyiq enerjisini  (reaktiv hidroturbində)  fırlanan  valın  mexaniki enerjisinə çevirir. 
Belə  hidravlik  mühərrikdən  SES-də,  hidravlik  ötürücülərdə  və  s.  istifadə  edilir. 
Həcmli hidravlik  mühərrik mayenin  potensial enerjisini (əsasən, təzyiq enerjisini) 
aparılan  bəndin  mexaniki  enerjisinə  çevirir,  nəticədə  bu  bənd  məhdud  irərləmə-
geriləmə (güc hidrosilindrində), yaxud geriləmə-dönmə (momentli hidrosilindrdə), 
habelə qeyri-məhdud fırlanma hərəkəti (porşenli, rotorlu və s. hidromotorlar) edir. 
Belə hidravlik mühərrikdən maşınların hidravlik intiqalında istifadə edilir. 
Hörmə
 – elastik materiallardan (çubuq, lığ, kövşən və s.) məmulat hazırlama 
üsuludur. Qədimdə ciyə, səbət, tor, cələ, həsir  və s. kimi hörmə  məmulatı  növləri 
məlum idi. Hörmə texnikasının köməyi ilə bir sıra xalqlar vaxtilə hətta yaşayış və 
təsərrüfat binaları tikmişlər. Məişət qabları, şlyapa, balıq toru  və s. əşyaları dəniz 
otunun  qıçasından  hörürdülər.  Hörmə  texnikasının  təkmilləşdirilməsi  nəticəsində 
toxuculuq  yaranmışdır.  Keçmişdə  Azərbaycanda  hörmə  məmulatının  müxtəlif 
növləri (səbət, zənbil, həsir süfrə, həsir tərəzi, çilovçüzən və s.) işlənməkdə idi. Bir 
sıra geyim növlərinin (əlcək, corab, baş şalı və s.) hazırlanması hörmə texnikasına 
əsaslanır. Hazırda hörmə toxuculuq məmulatı maşınlarla hazırlanır. Azərbaycanda 
qadınlar  arasında  bədii  əl  sənəti  kimi  daha  genişyayılmışdır.  Əsasən,  birrəngli 
(bəzən  də  müxtəlif  rəngli)  təkqat  saplarla  işlənən  hörmə  məmulatı  bədii  tikməni 
xatırladır.  İynə  və  milçə  vasitəsilə  hazırlanan  hörmələr  məişət  əşyalarının 
bəzədilməsində  geniş  tətbiq  edilmişdir  (köynək  yaxalığı,  qol  və  ətək  hissələri, 
pərdə  yanları,  sandıq,  çarpayı  örtükləri  və  s.  bəzədilirdi).  Naxışlarda  nəbati  və 
həndəsi ornamentlər, rəsmlər, bəzən də insan fiqurları əsas yer tuturdu. 
Hörük
  –  iki,  bəzən  də  dörd  naxış  elementinin  mürəkkəb  şəkildə  bir-birinə 
birləşib dolaşmasından əmələ gələn ornamentdir. XVI–XIX əsrlərdə Azərbaycanda 
miniatürlərin,  xalçaların,  memarlıq  abidələrinin  bədii  tərtibatında,  dekorativ sənət 


 
 
121 
 
nümunələrinin,  o  cümlədən  metal,  keramika,  çini  məmulatların  bəzəyində 
hörükdən istifadə edilmişdir. 
 

Yüklə 1,2 Mb.

Dostları ilə paylaş:
1   ...   202   203   204   205   206   207   208   209   ...   220




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə