H
Haşiyə
– dekorativ-tətbiqi sənət əsərlərində (metal, keramika, xalça, parça və
s.), eləcə də miniatür sənətində mərkəzi bəzək kompozisiyasını əhatə edib
tamamlayan bədii zolaqdır. Haşiyə bir və ya bir neçə naxış elementinin lentvarı
formada təkrarından yaranır. Müxtəlif motivli nəbati və həndəsi naxışlardan, insan,
heyvan və quş təsvirlərindən, bəzən də bədii xətt ilə yazılan şer parçalarından təşkil
edilən haşiyə zolaqları tək-tək elementlərin ritmik təkrarı ilə, mürəkkəb haşiyə isə
bir neçə elementin (islimi «xətai» və s.) hələzunlar (piçək) boyunca təkrarı, yaxud
birləşməsi (hörük) ilə əmələ gəlir. Xalçaçılıqda mürəkkəb quruluşlu haşiyə
bəzəkləri enli ana haşiyədən, onun yanlarındakı bala haşiyədən, bala haşiyəni əhatə
edən zəncirdən və «mədaxil», «su» adlanan ensiz zolaqlardan ibarət olur. Haşiyəyə
yelən də deyilir.
Heykəl
– heykəltəraşlığın əsas növlərindən biridir. İnsan, yaxud heyvan
fiqurunun (bəzən fantastik varlığın) heykəltəraşlıq təsviridir. Adətən, postament
üzərində qoyulur. İnteryer bəzəyəndə tətbiq olunan kiçik heykəllər heykəlcik
adlanır.
Heykəltəraşlıq
– yapma, plastika-obyektin həcmli, fiziki cəhətdən üçölçülü
(eni, uzunu, hündürlüyü) təsviri prinsipinə əsaslanan incəsənət növüdür.
heykəltəraşlığın təsvir obyekti, adətən, insan, bəzən heyvan, nadir hallarda isə
təbiət (mənzərə) və əşyalar olur. Fiqurun ətraf mühitdə mövqeyi, hərəkəti, pozası,
həmçinin, kütləsinin və çəkisinin zahiri effekti işıq-kölgə münasibətləri, ölçü, ritm,
siluet və s. heykəltəraşlığın bədii ifadə vasitələridir. İki növü var: dairəvi
heykəltəraşlıq və relyev heykəltəraşlığı. Azərbaycan memarlıq abidələrində,
xüsusilə qəbrüstü daşlarda həkk olunmuş oymalar, naxışlar, təsvirlər
heykəltəraşlığın dekorativ sənətlə üzvi əlaqədə inkişaf etdiyini göstərir. Bakıda və
rayonlarda bir sıra abidələr qoyulub və indi də qoyulur.
Dostları ilə paylaş: |