118
Frez dəzgahı
– metal və digər məmulatların frezlə emalı üçün metalkəsən
dəzgahdır. O, universallığı ilə fərqlənir: müstəvi, əyrixətli səthləri yonmaq,
detallarda yiv, çarxlarda diş açmaq və s. üçün işlədilir. Konstruksiyasına görə
konsullu və konsulsuz frez dəzgahları var.
Frezləmə
– metal və qeyri-metal materialların frezlə kəsərək emalıdır.
Frezləmədə kəsici alət – frez fırlanır, emal ediləcək pəstaha isə irərləmə hərəkəti
verilir. Frezləmədə kəsmə sürəti frezin tipindən, onun kəsici hissəsinin materialı və
həndəsi parametrlərindən, kəsmə rejimi, pəstahın səth qatının vəziyyətindən və s.-
dən asılı olur.
Dostları ilə paylaş: