|
Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu17 Texnologiya-kurikulumFriksion mexanizm
– elementləri arasında yaranan sürtünmə qüvvələrinin
köməyi ilə hərəkəti ötürmək və ya dəyşidirmək üçün mexanizmdir. Bu
mexanizmlərə friksion ötürücü, friksion mufta və tormozlar, friksion sıxac və s.
mexanizmlər aiddir.
Friksion ötürücü
– hərəkəti bir-birinə sıxılmış diyirlənmə cisimləri (silindr,
konus və disklər) arasındakı sürtünmə qüvvələrinin köməyi ilə ötürən və ya çevirən
mexaniki ötürücüdür. Mexanizmin ötürmə nisbətləri sabit və dəyişən olur.
G
Gil
– tərkibi, əsasən, gil minerallarından ibarət çökmə süxurdur. Plastiklik
xassəsinə malikdir. Odda yandırıldıqda daş kimi bərk və sərt olur. Gil aşınma
yerlərində gilli məhsulların toplanması və aşınma məhsullarının aparılaraq
dənizlərdə və kontinental şəraitdə çökdürülməsi nəticəsində (çökmə gil) əmələ
gəlir. Gil faydalı qazıntıdır, keramika, odadavamlı məmulat hazırlanmasında və s.-
də istifadə olunur.
Giləmeyvə
– açılmayan çoxtoxumlu meyvədir. Giləmeyvələrin müxtəlif
formaları vardır. Əksəriyyəti üzvi türşular, vitamin, şəkər və s. maddələrlə
zəngindir. Qiymətli yeyinti məhsuludur. Bəziləri zəhərlidir. Bir qismindən isə
tibbdə istifadə olunur.
Dostları ilə paylaş: |
|
|