2.5.
Didaktik oyunların ssenariləşdirilməsi
Uşaqlar üçün yaxşı oyunlar var Bunlan arayıb-axtanb
tapmaq, şəkil və surətə salmaq, milli ruh və mədəniyyətlə əlaqələndirib
tətbiqinə nail olmaq gərəkdir.
M,Rasulzadə
Balalarımızın təlim-tərbiyəsi, ahəngdar və hərtərəfli
inkişafı, yüksək bədii-estetik zövq, mədəni vərdişlərə, fiziki
kamilliyə yiyələnməsi günün vacib problemlərindəndir. Bunlar
vasitəsilə onların bədii yaradıcılığı formalaşmağa başlayır. Hiss,
duyğu və düşüncələri, qavrayışlan, nitqi cilalanır. Uşaqlann bədii
yaradıcılığa cəlb olunması onlarda şer söyləmək, mahnı oxumaq,
rəqs etmək, kimisə təqlid etmək, ədəbi personajlara münasibət
bildirmək, təsviri sənət əsərini duyub qiymətləndirmək və s.
bacanğmı inkişaf etdirir. Bu işlərin təməli, bünövrəsi planlı
şəkildə məktəbəqədər tərbiyə müəssisələrində, uşaq evlərində
qoyulur.
Məlumdur ki, yaradıcılıq prosesinə meyl, maraq və
qabiliyyətlər kimi digər fərdi psixoloji keyfiyyətlərdə də
müxtəliflik özünü göstərir. Lakin bütün mədəni-kütləvi
7 0
tədbirlərin, bayramlann hazırlanıb keçirilməsində uşaqlann
psixikası, xaralrter tərbiyəsi ön plana çəkilməlidir. Təəssüflər
olsun ki, bəzən tərbiyəçi-müəllimlər təlim prosesində bu vacib
amili unudurlar. Şəxsiyyətin formalaşmasında xarakter tərbiyəsi
mühüm əhəmiyyət kəsb edir və uşağın, yeniyetmənin gələcəkdə
öz vətəninə, xalqına layiq savadlı, mədəni, sağlam və işgüzar
vətəndaş, mütəxəssis kimi yetişdirilməsinə təminat verir. Bu
baxımdan uşaq tərbiyə müəssisələrində vaxtaşın keçirilən
didaktik oyunlann rolu və əhəmiyyəti danılmazdır. Belə tədbirlər
bir qayda olaraq estetik, etik və əxlaq tərbiyəsinin vasitələrindən
olan bayramlann bəzəyinə çevrilir. Bayramlar, əlamətdar tarixi
hadisələr, yubiley şənlikləri uşaqlann yaddaşında dərin iz buraxır,
onlara sevincli anlar, çeşidli həyəcanlar bəxş edir. Bu həm də eyni
vaxt ərzində incəsənətin müxtəlif növlərinin (musiqi, ədəbi,
təsviri) təsirilə həzm olimur. Bayram marşlannm qanı cuşa
gətirən melodiyası, şən, oynaq mahnılar, incə zərif rəqslər, vətənə
məhəbbət hissləri doğuran şerlər, ecazkar xalq musiqisi,
mütərəqqi adət-ənənələrimiz - bunlar hamısı uşaqlann yaddaşında
dərin izlər buraxır, onlarda nəcib insani keyfiyyətlər tərbiyə edir,
dünyagörüşlərini zənginləşdirir, təəssüratlanm təzələyir, estetik
zövqlərini ovxarlayır. Uşaq bağçası bayram günlərində xüsusi
zövqlə bəzədilir, gözəl görünüşü ilə könülləri oxşayır. Binanın
girişi, zalı, dəhlizi, qrup otaqlan daha cazibədar görünür.
İncəsənətin müxtəlif növlərinin harmoniyası, növbələş-
məsilə araya-ərsəyə gətirilən tədbir oyun-əyləncə, xatirə gecəsi
uşaqların asudə vaxtının bəzəyinə çevrilir. Oyun- məşğələ
başlanarkən qəhrəmanlığa, comərdliyə səsləyən musiqi sədaları
uşaqlann nizami ordunun əsgərləri kimi bir- birinin ardınca
düzülməsi, bədii-emosional cəhətdən rəngarəng, pafoslu çıxışlan,
bunlara cavab kimi səslənən alqışlan, «ura» səsləri xüsusi məna
kəsb edir. .
Uşaq bağçalannm praktikasında şənliklərin keçirilməsinin
müəyyən ənənələri yaranmışdır. Bunlar uşaq dünyasının paiinc
işıqlı, şəffaf səhifələridir. Odur ki, pedaqoqlar mövcud
7 1
ənənələrin inkişaf etdlirilməsinin davamı kimi kütləvi tədbirlərin,
oyun-məşğələlərin tərtibatı, məzmunu və keçirilməsinə diqqəti
artırmalıdırlar. Hazırlıq prosesində ilk baxışda kiçik,
əhəmiyyətsiz görünən detallar belə, nəzərdən qaçınl- mamalıdır.
Tərbiyəçi oyun-tədbirin nümayişində iki vacib şərti mütləq
nəzərə almalıdır: tədbir maraqlı və məzmunlu keçirilməsi ilə
yadda qalmalıdır. Həm də çox gedişli və mürəkkəb olmamalıdır.
Çünki o, ilin əvvəlində uşaqlann hələ lazımi qədər hazırlığı
olmadığı vaxtda keçirilir.
Bu vəzifə müxtəlif yollarla həll olunur. Hər şeydən əvvəl,
uşaqlara tanış olan, yaxşı mənimsənilən və qavranılan
materiallara müraciət edilməlidir. Konkret desək, proqram
materialından götüriilmüş elementlərdən istifadə olunması
balacalarda marağı artınr, onlann yaddaşında uzun müddət qalır.
Yaxşı olar ki, müxtəlif tədbirlər, o cümlədən oyunlar bir mövzu
ətrafında keçirilsin. Bunlar, adətən balacalar tərəfindən yenilik
kimi qarşılanır. Tədbirlərin proqramına sürpriz məqamlanm da
daxil etmək uşaqlar üçün çox maraqlı və gözlənilməz olar.
Əvvəlcədən hazırlaşmadan tərbiyəçinin 5-20 dəqiqəlik izahından
sonra keçirilən çevik oyunlarda uşaqlar sonsuz maraqla iştirak
edirlər.
Əgər tədbir-oyunlarda əlavə materiallardan bəhrələnmək
zərurəti yaranarsa, bu mütləq həmin yaş qrupunun proqram
çərçivəsində müvafiq vərdişlərə uyğun olmalıdır. Məsələn,
E.Tiliçiyevanın «Ev tikirik» oyununda orta qrupun uşaqlan bir
musiqili cümləyə görə bir dəfə dövr edirlər, o biri dəfə dayanırlar
və mətnin məzmununa müvafiq imitativ (oxşar) hərəkətlər edirlər
(çəkiclə vurur, mişarlayır). Təbiidir ki, belə səhnələr həmin yaşda
uşaqlara tanış olduğundan xüsusi hazırlıq işləri tələb etmir.
Uşaqlar həm də əyləncələrdən hədsiz həzz alırlar.
Nümayiş etdirilən oyun-attraksionlara əvvəlcədən hazırlaşmaq
lazım deyil, bunlar uşaqlarda böyük maraq doğurur. «Əşyanın
yerini dəyiş», «Futbol», «Kim daha çox tərəvəz yığan> və s. belə
təsirli oyunlardandır. Oyun-attraksionlarda uşaqlar öz
7 2
çevikliyini, diribaşlığını, təşəbbüskarlığını, sevinc hissini
nümayiş etdirməklə yüksək fəallıq göstərirlər.
Belə şənliklərdə tamaşalar və eləcə də sürpriz anlan xüsusi
maraq doğurur. Onlar böyüklər, yaxud bir qrup uşaqlar tərəfindən
gizli hazırlandığı üçün gözlənilməz olur. Orta və böyük qruplar
üçün hazırlanan «Qarpız» epizodunu xatırlayın.
Qarpıza qulluq etmək üçün uşaqlar gah külək, gah yağış,
gah günəş olur. Qarpız hamının gözü qarşısında qısa vaxtda
böyüyür, yetişir. Poetik mətn və musiqinin müşayiəti ilə keçirilən
bu oyun emosional təsir bağışlayır.
Hədİ
5
^ələrin verilməsi anlannı da yaddaqalan tərzdə,
maraqlı formada təşkil etmək zəruridir. Təcrübə göstərir ki,
böyüklərinin əhatəsində olarkən uşaqlann əhval-ruhiyyəsi daha
yüksək olur. Əgər uşaqlann bayram keçirməsi və sonra zaldan
çıxması böyüklərin oxuduqlan mahnılarla müşayiət olunursa,
yaxud onlar rəqs edirlərsə bu, balacalarda şən reaksiya yaradır.
Uşaqlar müxtəlif personajlann görünməsini də beləcə həvəslə
müşahidə edir, məktəblilərin çıxışlannı diqqətlə izləyirlər.
Göründüyü kimi, bayramın şən, maraqlı və məzmunlu
keçirilməsi və yaddaşlara hopması üçün imkanlar az deyil.
Sizin mühakimənizə verdiyimiz bu yanmfəsildə məqsəd
müxtəlif tədbirlərdən, həmçinin tədbirlərin ən çevik və maraqlı
forması olan didaktik oyunlann təşkili və keçirilməsi üçün uşaq
bağçalanmn
tərbiyəçilərini
praktiki
tövsiyələrlə
silahlandırmaqdır.
Binada bağça uşaqlannm əxlaqi, mənəvi, bədii tərbiyəsinin
formalaşmasında əvəzsiz rol oynayan kütləvi tədbirlərin,
şənliklərin, didaktik oyunlann hazırlanması və keçirilməsi
təcrübəsindən bəhs edilir. Rəqslərin ifası prosesində müxtəlif
biçimli hərəki taktlan əks etdirən şərti işarələr (sxemlər),
həmçinin təqdim olunan havalann («Dağlarda çiçəb>, «Qalada
yatmış idim») mətnləri verilmişdir.
Birinci fəsildə (oyun-ssenarilər) tərbiyəçilərə məsləhət
görülən didaktik oyunlann təxmini mətn - ssenariləri öz əksini
tapmışdır.
Dostları ilə paylaş: |