Azərbaycan respublikasi daxiLİ İŞLƏr naziRLİYİ p o L i s a k a d e m I y a s I kafedra: «İctimai elmlər»



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix11.07.2023
ölçüsü0,54 Mb.
#119491
1   ...   10   11   12   13   14   15   16   17   18
295 felsefe m N3felsefede varliq ve materiya problemi qiyabi

substansional 


19 
konsepsiya 
adlanır. Zamana münasibətdə substansional konsepsiya məkanla birlikdə sistematik 
olaraq ilk dəfə Nyutonun mütləq məkan və zaman konsepsiyasında öz əksini tapmışdır. Nyutona 
görə, məkan-zaman maddi cisimlərin müəyyən ardıcıllıqla yerləşdiyi rəflər, pillələrdir. 
Substansional konsepsiyanın əksinə olaraq, Leybnits məkan və zamanın 
relyasion 
konsepsiyası 
təlimini irəli sürmüşdür. 
Relyasion konsepsiya məkan və zamanın maddi obyekt və proseslərdən asılı olmayaraq
müstəqil mövcudluğunu inkar edərək, onların mahiyyətini predmet və hadisələr arasındakı 
xüsusi tip münasibətlərdə görür. Relyasion konsepsiya öz başlanğıcını Aristotelin məkan-zaman 
təlimindən götürür. Sonralar relyasion konsepsiya dialektik materializmin məkan və zaman 
təliminin əsasını təşkil etdi. 
Məkan və zaman varlığın xalis xarici xarakteristikalarıdır. Bu kateqoriyalarda predmet və 
hadisələr arasında mövcud olan heç bir daxili, maddi əlaqə və asılılıqlar öz əksini tapmamışdır. 
Onlar sanki insanın dünya ilə təmasında dünyanın insana ən ilk görünən tərəfləridir. Məkan və 
zaman kateqoriyaları vasitəsi ilə dünya insan təfəkküründə birbaşa, vasitəsiz surətdə əks olunur. 
İnsanın gündəlik həyatında, ictimai praktikası və nəzəri fəaliyyətində dünya özünü ilk növbədə 
və hər şeydən əvvəl öz məkan və zaman xarakteristikaları vasitəsi
 
ilə təzahür etdirir. Təsadüfi 
deyildir ki, Hegel məkanı - 
"təbiətin ilk və ya bilavasitə tərifi..., onun vasitələrdən məhrum 
fərqsizliyi" 
adlandırırdı. 
Məkan və zaman kateqoriyalarının varlığın zahiri xarakteristikaları olması o deməkdir ki, 
bu kateqoriyaların məzmunu materiyanın strukturluğuna və keyfiyyət fərqlərinə (müxtəlifliyinə) 
münasibətdə tam neytraldır. Bu kateqoriyalarda idrakın dünyaya nüfuz etməsinin elə
 
səviyyəsi 
əks olunur ki, həmin səviyyədə predmet və hadisələr arasındakı yalnız kəmiyyət fərqləri və 
münasibətləri təzahür edir, yəni varlıq özünü kəmiyyət baxımından diferensiasiya edərək 
fərdiləşdirir. Yəqin ki, Hegelin məkanı 

Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə