Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə105/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   101   102   103   104   105   106   107   108   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Texnoloji boru kəmərləri
5.10.9 Quyu ağzından texnoloji qurğulara çəkilən borular bir yarusda yerləşdirilməli və işçi təzyiqin 1,5mislinə hesablanmalıdır. Boru kəmərinin başlanğıcında və sonunda kəmərin üzərində rənglə quyunun nömrəsi yazılmalı və oxla axının istiqaməti göstərilməlidir. Boru kəmərləri etibarlı bərkidilməli və müvafiq rənglərə boyanmalıdır.
5.10.10 Boruların diametri 200mm-dən çox olduqda boru kəmərləri arasında minimal məsafə 0,2m-dən az olmamalıdır. Boru kəmərləri ilə döşəmə arasında minimal məsafə 0,2m-dən az olmamalıdır.
5.10.11 Qaz, asan alışan və yanar maye boru kəmərləri su kəmərlərindən yuxarıda yerləşdirilməlidir.
5.10.12 Tutumları aparat, avadanlıq və digər qurğularla , birləşdirən boru kəmərlərinin texnoloji sxemləri tərtib olunmalıdır. Texnoloji sxemlərdə hər bir boru kəmərinin öz işarəsi olmalı və hər bir bağlayıcı armaturanın sıra sayı göstərilməlidir.
Işçi heyət bütün siyirtmələrin yerləşdirilməsi sxemini və onların təyinatı və həmçinin boru kəmərlərinə xidmət üzrə təlimatı bilməlidirlər.
5.10.13 Baş mühəndisin xəbəri olmadan və onun tərəfindən yeni sxem təsdiq edilmədən, müəssisələrdə fəaliyyətdə olan boru kəmərlərinin yerləşdirilmə sxeminin dəyişdirilməsi qadağandır.
5.10.14 Neft və qaz kəmərlərinin möhkəmliyinin və germetikliyinin üfürülmə və sınanma yolu ilə yoxlanılması təlimata müvafiq aparılmalıdır və həmin təlimatda yerli şərait nəzərə alınmaqla lazımi texniki və yanğın təhlükəsizliyi tədbirləri nəzərdə tutulmalıdır.
5.10.15 Boru kəmərlərində quraşdırılmış siyirtmələr, ventillər, kranlar və digər bağlayıcı qurğular həmişə saz vəziyyətdə olmalı və hər an onlara asanlıqla yanaşmaq təmin olunmalıdır.
5.10.16 Qaz kəmərlərinin yalnız qaynaq vasitəsilə birləşdirilməsinə icazə verilir. Flans birləşmələrinə bağlayıcı qurğuların, nəzarət ölçü cihazlarının və digər aparatların quraşdırıldığı yerlərdə icazə verilir. Neft və neft məhsulları kəmərlərinin isə qaynaq, keçiriciliyi olmayan kipləşdiricili mufta və flans vasitəsilə birləşdirilməsinə icazə verilir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə