Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Neft vuran nasosun elektrik intiqalının məsafədən idarə olunan qəza halı üçün söndürmə sistemi olmalıdır. 5.8.48



Yüklə 2,46 Mb.
səhifə101/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   97   98   99   100   101   102   103   104   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.8.47 Neft vuran nasosun elektrik intiqalının məsafədən idarə olunan qəza halı üçün söndürmə sistemi olmalıdır.
5.8.48 Elektrik mühərrikləri və onları işə salan elektrik qurğuları partlayış mühafizəli olmalıdır.
Doldurma körpüləri
5.8.49 Doldurma körpülərində AYƏMS (avtomatik yanğın əleyhinə mühafizə sistemi) quraşdırılmalıdır.
5.8.50 AYƏMS doldurma körpülərinin mərkəzi dispetçer postundan idarə olunmalıdır.
5.8.51 Doldurma körpülərinin AYƏMS-i aşağıdakı məqsədlər üçün nəzərdə tutulub:
- yanğın mənbəyini aşkar etmək;
- yanğın mənbəyi barədə xəbər vermək;
- yanğın mənbəyini hava - mexaniki köpük vasitəsilə avtomatik söndürmək;
- su pərdəsinin yaradılması, doldurma körpülərinin metal konstruksiyaları-nın soyudulması və açıq havada yerləşən bina və qurğularda yanğının söndürülməsi üçün suyun verilməsini təmin etmək.
5.8.52 AYƏMS-in tərkib hissəsi aşağıdakılardan ibarətdir:
- yanğın aşkar edən və bu barədə xəbər verən sistemlər (avtomatik yanğın siqnalizasiyası);
- nasos stansiyası (dəniz suyunun akvatoriyadan götürülüb vurulması üçün);
- nasos stansiyalarını idarə etmək üçün avtomatik, məsafədən idarə olunan və yerli sistemlər;
- köpükəmələgətirici saxlanılan çənlər;
- hidrantlarla birlikdə boru kəmərləri şəbəkəsi;
- yanğını söndürmək üçün texnoloji meydançada quraşdırılmış stasionar köpük generatorları və köpük kəmərələri sistemi;
- doldurma körpüsünün su pərdəsi xəttləri.
5.8.53 Yanğını söndürmək üçün əsas vasitə kimi orta artımlı (80-100) hava mexaniki köpük nəzərdə tutulmalıdır.
5.8.54 AYƏMS texnoloji meydançada və ya tankerdə söndürülmə üçün tələb olunan maksimal sərf üzrə, hesablanmış yanğının söndürülməsini təmin etməlidir.
5.8.55 Doldurma körpüsünün texnoloji meydançasında perimetr üzrə bərabər olaraq QPS tipli stasionar köpük generatorları quraşdırılmalıdır.
5.8.56 Yanğını izolə etmək qabiliyyətinə malik olan minimal köpük təbəqəsinin yaradılması üçün texnoloji meydançanın bortlarının hündürlüyü azı 0,4m olmalıdır.
5.8.57 Yanğına qarşı su kəməri eyni zamanda metal konstruksiyaların suvarılmasını, kompleksin tikililərinin söndürülməsini və su pərdəsinə suyun verilməsini təmin etməlidir.
5.8.58 Boru kəmərinin bağlayıcı armaturası (siyirtmələr, klapanlar) hidrantlar, daraqlar və digər yanğınsöndürmə avadanlığı germetikliyin I sinfi üzrə müvafiq QOST-a uyğun yerinə yetirilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə