Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Çənlərdə neftin qızdırılmasına (müəyyən olunmuş hədlərdə) qızdırıcının üzəri maye ilə 0,5m az olmayaraq örtüldükdə yol verilir. 5.8.21



Yüklə 2,46 Mb.
səhifə99/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   95   96   97   98   99   100   101   102   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.8.20 Çənlərdə neftin qızdırılmasına (müəyyən olunmuş hədlərdə) qızdırıcının üzəri maye ilə 0,5m az olmayaraq örtüldükdə yol verilir.
5.8.21 Qatı neftlərin çənlərdə qızdırılmasına yalnız ilanvari buxar və su qızdırıcıları vasitəsilə (xidməti heyətin daimi nəzarəti altında) icazə verilir.
5.8.22 Hər bir çənin və çən qrupunun çıxış xəttində, eləcədə də neft tutucusundan (lovuşka) qabaqda və ondan sonra neft kanalizasiyası xəttində hidravlik sürgü (zatvor) qoyulmalıdır.
5.8.23 İstismarda olan çənin qaynaq tikişlərində və yaxud gövdəsində və ya dibində çat əmələ gələrsə çən təcili olaraq boşaldılmalı və təmizlənməlidir. Neftlə dolu çənlərdə çatların qay­naq edilməsinə və döyəclənməsinə yol verilmir.
5.8.24 Çənə baxış keçirərkən, nümunə götürərkən və ya­xud maye səviyyəsini ölçərkən qığılcım əmələ gətirməyən alət və tərtibatlardan istifadə edilməlidir.
5.8.25 Tərkibində kükürd qazı və kükürd birləşmələri olan neft saxlanılan çənlərdə öz-özünə alışan pirafor birləşmələrinin təsirindən partlayış və yanğınların baş verə bilməsinin qarşısını almaq üçün müvafiq təlimatın tələblərinə əməl olunmalıdır.
5.8.26. Quru sahəsində yerləşən neft çənlərinin ətrafındakı bəndlər daima saz vəziyyətdə saxlanılmalı və qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə cavab verməlidir.


Məşəl qurğusu
5.8.27 Üfürülmə prosesində quyulardan, təzyiq altında işləyən tutumlardan və atqı xəttlərindən ayrılan qaz istifadə olunmalıdır. Qazı istifadə etmək mümkün deyilsə o, məşəl sisteminə ötürülməlidir.
5.8.28Məşəl verilən qazın dəfələrlə və məsafədən yandırılmasını təmin edən yandırma qurğusu (fitil) ilə təchiz edilməlidir.
5.8.29 Yandırma qurğusu küləkdən qorunmalıdır.
5.8.30 Məşəl qurğusu özülün dayaq blokuna bərkidilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə