Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə96/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   92   93   94   95   96   97   98   99   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

Quyuların sınanması tədqiqi
5.6.2.6 Quyuların sınağından əvvəl yanğınsöndürmə və xilasetmə texnikasının sazlığını, yandırma şamının sazlığını, yandırma şamının boruları və onların birləşmələrini, gövdənin su ilə təchizatını, separatorların alışdırma sistemlərinin birləşmələrini yoxlamaq lazımdır.
5.6.2.7 Estakadalarda sınaqlar zamanı, quyulardan 250m aralı məsafədə postlar (növbətçi) qoyulmalı və maşınların keçməsini, açıq oddan istifadə olunmasını və siqaret çəkməyi qadağan edən nişanlar quraşdırılmalıdır.
5.6.2.8 Quyunun üfurülməsi və ölçmələr zamanı, qazıma qurğusunun və quyunun yanında yerləşən avtomobil və traktorların mühərrikləri söndürülməlidir.
5.6.2.9 Quyuların sınanması müddətində meydançanın yanında daima yanğın gəmisi növbə çəkməlidir.
5.6.2.10 Quraşdırılan məşəlin sayı ikidən az olmamalı və onların sərfi quyudan gözlənilən məhsulun miqdarına uyğun gəlməlidir.
5.6.2.11 Exolotun şlanqlı kabeli quyunun idarəetmə stansiyasına və ya elektrik şəbəkəsinə ştepsellə birləşdirilməlidir.
5.6.2.12 Exolotun qeydedicisi (registratoru) yerləbirləşdirilməlidir. Yerləbirləşdirici naqil kiml en kəsiyi l,5mm2 az olmayan əyilgən mis kabelin ayrıca damarı istifadə olunmalı və yerləbirləşdirmə qurğusuna bərkidilməlidir.


5.7 DDÖ-də quyuların eyni zamanda qazılması, istismarı və təmiri


5.7.1 DDÖ-də (estakadayanı özüldə) eyni zamanda iki qazıma qurğusu ilə quyularının qazılmasına icazə verilir:
- istismar quyuları qazılana qədər iki kəşfiyyat quyusunun qazılmasına;
- qazılacaq istismar quyularının məhsuldar horizontunun xarakteristikasını (xüsusiyyətini) dəqiqləşdirmək məqsədi ilə eyni zamanda istismar və kəşfiyyat quyularının qazılmasına.
Qeyd: birinci quyuya konduktor buraxdıqdan və quyu ağzının
preventorla təchiz etdikdən sonra, ikinci qazma qurğusu ilə quyu
qazmağa icazə verilir.
5.7.2 DDÖ-də (estakadayanı özüldə) eyni zamanda quyular həm qazılır və həm də istismar olunursa, aşağıdakı tələblər yerinə yetirilməlidir:
- fontan quyuları quyudaxili ayrıcı -klapan və məsafədən idarə olunan elektro-pnevmointiqallı quyuağzı siyirtmələrlə təchiz olunmalıdır;
- estakadada yerləşən neft və qaz kəmərləri, xətti ayırıcı klapanlarla təchiz olunmalıdırlar. Xətti ayrıcı klapanlar arasında məsafə 3 km-ə qədər olmalıdır.
5.7.3 Quyuların hər birinin ayrılıqda istismara buraxılmasına icazə verilir (hər bir quyunun qazılması başa çatdıqdan sonra):
- qazılan və istismar olunan quyuların quyu ağızları DDÖ-ün (özülün) yuxarı tiklisinin (ÖYT) hündürlük üzrə müxtəlif yaruslarında yerləşdirilmişsə;
- qazılan və istismar olunan quyuların quyu ağızları ÖYT eyni yarusunda yerləşmişsə hökmən qazılan və istismar olunan quyular arasında məsafə 8m az olmamalıdır.
5.7.4 Küt halında qazılan quyuların axırıncısı (kütdə quyular qrupu) qazıldıqdan sonra qaz faktoru 200m3/m3 çox olmayan neft quyularının küt halda (kütdə quyular qrupunun-qruplar arasında məsafə 8m olarsa) işə salınmasına (istismara verilməsinə) icazə verilir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə