Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Neft və qaz quyularının istismarı



Yüklə 2,46 Mb.
səhifə92/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   88   89   90   91   92   93   94   95   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.6 Neft və qaz quyularının istismarı


5.6.1 Quyuların mənimsənilməsi, quyuların fontan və kompressor
üsulu ilə istismarı, kompressor stansiyaları. Quyuların mənimsənilməsi
5.6.1.1 AYLT olan yataqlarda və küt (çoxsaylı) quyuları olan DDÖ-də fontan quyusu, idarə üzrə əmrlə təyin edilmiş komissiya "Quyunun istismara buraxılması akt"ına qol çəkdikdən və NQÇİ-nin baş mühəndisi tərəfindən təsdiq edildikdən sonra, istismara buraxılmalıdır. Komissiyanın işində FHN SİTG və DMND Agentliyinin, hərbiləşdirilmiş hissənin (HH) və Dövlət Yanğından Mühafizə Xidmətinin nümayəndələri iştirak etməlidirlər.
5.6.1.2 Özüldə (DDÖ, ÜQQ) quyu ağzının qurulması (bağlanma) sxemi və texniki şərtləri HH ilə razılaşdırılmalı və NQÇİ-nin baş mühəndisi tərəfindən təsdiq edilməlidir.
5.6.1.3 İstismar kəməri perforasiya olunana qədər fontan quyusunun quyu ağzı qurulması və onun kommunikasiyaları quyu məhsullarının qəbuluna hazır olmalıdır.
5.6.1.4 Fontan armaturası onun texniki şərtlərinə uyğun olaraq, sancaqların ara qatlarla tam komplektliyi halında yığılmalıdır.
5.6.1.5 Fontan armaturasının işçi təzyiqi, istismar zamanı quyu ağzında ehtimal olunan (gözlənilən) maksimal təzyiqə müvafiq olmalıdır.
5.6.1.6 Fontan quyusunun mənimsənilməsi prosesində, quyunun yanında işçi təzyiqə (quyu ağzında gözlənilən maksimal təzyiqə müvafiq) hesablanmış keçirici çarxı və borucuğu olan siyirtmənin olduğu halda, nasos kompressor borularını endirib qaldırmağa icazə verilir. Quyuda neft qaz təzahürü zamanı və eyni zamanda gecə boruların endirilməsi və yaqaldırılmasıvaxtıişıqlar qəza nəticəsində söndürüldükdə dərhal quyu ağzında göstərilən siyirtmə quraşdırılmalı və işlər dayandırılmalıdır. İşdə uzun zaman fasilə yaranmışsa quyu ağzı germetikləşdirilməlidir.
5.6.1.7 Quyu mənimsənilərkən səyyar hava kompressoru quyu ağzından azı 25m məsafədə yerləşdirilməlidir.
5.6.1.8 DDÖ-də (obyektlərdə) hazırlıq işləri yerinə yetirildikdən sonra fontan quyularının mənimsənilməsinə icazə verilir (hazırlıq işlərinə: DYM-nin qığılcım söndürənlərinin işıqlandırılma vəziyyəti, mənimsənilən quyunu boğmaq üçün nasosların qoşulması və DDÖ-də qazıma məhlulu ehtiyatının
yara­dıl­ması və s. daxildir.)

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə