Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Qaz xəttlərinin məşəl borusuna girişində (baxış keçirilməyə və təmir edilməyə imkan verən) od kəsicilər yerləşdirilməlidir. 5.8.32



Yüklə 2,46 Mb.
səhifə100/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   96   97   98   99   100   101   102   103   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.8.31 Qaz xəttlərinin məşəl borusuna girişində (baxış keçirilməyə və təmir edilməyə imkan verən) od kəsicilər yerləşdirilməlidir.
5.8.32 Məşəl qurğusunun konstruksiyası, quyuların ardıcıl olaraq istismara buraxılması ilə əlaqədar qazın miqdarının artmasını nəzərə almaqla sabit yanmanı təmin etməlidir.
5.8.33 Qazı separatorda kondensatdan ayırdıqdan sonra məşəl qurğusuna ötürmək lazımdır.
5.8.34 Qazın məşələ verilməsindən əvvəl məşəl boru xətti buxar və ya təsirsiz qazla üfürülməlidir.
5.8.35 Avadanlığın üfürülməsində istifadə olunmuş təsirsiz qazda yanar qazların qatılığı alovlanmanın aşağı həddinin 50% çox olarsa onun ümumi məşəl sisteminə ötürülməsi qadağandır.
Boru kəmərlərindən və aparatlardan sıxışdırılmış havanın ümumi məşəl sisteminə ötürülməsi qadağandır.
AAM və YM vurulması üçün nasosxanalar
5.8.36Nasosxanalar aşağıdakı tələblərə cavab verməlidir:
- qarşı-qarşıya yerləşmiş azı iki çıxışı olmalıdır;
- pəncərə, qapılar xaricə (açıq havaya) açılmalıdır;
- sorucu ventilyasiya sistemi olmalıdır;
- döşəmələr odadavamlı materialdan olmalı və təmiz saxlanılmalıdır.
5.8.37 Nasosxanada açıq oddan istifadə etmək qadağandır.
5.8.38 Nasoslar arasındakı keçidlərdə və nasosxananın çıxışlarında hər hansı əşyaların və materialların saxlanılması qadağandır.
5.8.39 Nasosxana aşağıdakılarla təchiz edilməlidir:
- avtomatik qaz siqnalizatoru ilə bloklanmış qəza ventilyasiyası ilə;
- hava axını yaradan - sorucu ventilyasiya sistemi ilə;
- stasionar və daşınan yükqaldıran qurğularla;
- avtomatik yanğınsöndürmə sistemi ilə.
5.8.40 Nasos stansiyalarındakı bütün ventilyasiya qurğularının saz və fasiləsiz işləməsi təmin olunmalıdır.
5.8.41 İş prosesində müntəzəm olaraq nasos və boru kəmərlərinin germetikliyinə, sürtülən hissələrin yağlanmasına, habelə nasosların yastıqlarının, kipgəclərinin temperaturuna və yanğınsöndürmə qurğularına və siqnalizasiyasına nəzarət edilməlidir.
Kipgəclərdə və boru kəmərlərinin birləşmələrində aşkar edilmiş sızmalar dərhal aradan qaldırılmalıdır.
5.8.42Sürtgü materiallarının axmasına, sıçramasına və nasosların altında yığılmasına yol verilməməlidir. Nasos stansiyalarının döşəmələri təmiz saxlanılmalı və müntəzəm olaraq yanğın təhlükəsiz yuyucu vasitələrlə (Texniki yuyucu vasitə «Təmiz», TŞ AZ 1334660-001-2006) təmizlənməli və su ilə yuyulmalıdır.
5.8.43Neft məhsullarının vurulmasında istifadə olunan nasosların üfürülmə kranı məhsulun hidravlik sürgüdən keçərək istehsalat kanalizasiyasına və ya xüsusi tutuma axıdılması üçün borucuqla təchiz edilməlidir.
5.8.44İş qurtardıqda nasosun qəbuledici və atqı borularındakı və çənlərdəki siyirtmələr bağlanmalı, nasosxana nəzərdən keçirilməli, tökülmüş neft yığılmalı, bütün qurğular və işıq söndürülməlidir.
5.8.45Elektrik enerjisinin verilməsi qəfildən dayandırıldıqda dərhal nasosların mühərrikləri qida xəttlərindən açılmalı və bundan sonra nasosların giriş xəttlərindəki siyirtmələr bağlanmalıdır.
5.8.46 Nasos aqreqatları və boru xəttləri işləyərkən, onları təmir etmək qadağandır.
Elektrik avadanlıqlarının, elektrik aparatların, elektrik şəbəkəsinin təmirinə və elektrik lampalarının dəyişdirilməsinə yalnız elektrik şəbəkəsini cərəyandan açdıqdan və nasosxananın (otağın) havasını dəyişdikdən sonra icazə verilir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə