Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Avadanlıqların istilik izolyasiyası yanmayan materialdan olmalıdır. 5.8.5



Yüklə 2,46 Mb.
səhifə98/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   94   95   96   97   98   99   100   101   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.8.4 Avadanlıqların istilik izolyasiyası yanmayan materialdan olmalıdır.
5.8.5 Texnoloji avadanlıqlardakı qoruyucu klapanlardan çıxan tullantı xüsusi tutuma ötürülməlidir.
5.8.6 Quyularda və kommunikasiyalarda üfürülmə, boşaltma və vurulma əməliyyatı üfürülmə bloku vasitəsi ilə yerinə yetirilməlidir. Üfürülmüş qaz qazötürücüyə istiqamətləndirilməlidir.
Çənlər və çən parkları
5.8.7 Dəniz neft - qaz mədən qurğularında çən parkları layihəyə müvafiq xüsusi ayrılmış ərazidə yerləşdirilməlidir.
Çən parkları stasionar və ya avtomatik yanğınsöndürmə qurğuları ilə təchiz olunmalıdır.
5.8.8 Neft məhsulları saxlanılan çənləri günəş şüalarının təsirindən qorumaq üçün müvafiq (açıq) boyaqlarla rəngləmək lazımdır.
5.8.9 Küt quyuları olan DDÖ-də hasil olunmuş neftin çənlərdə saxlanılması qadağandır. Hasil olunmuş neft texnoloji özülə, mərkəzi yığma məntəqəsinə nəql edilməli və ya xüsusi ayrılmış özüllərdə yerləşən çənlərdə saxlanılmalıdır. DDÖ-də ümumi həcmi 200m3 çox olmayan bufer tutumların (çənlərin) quraşdırılmasına icazə verilir.
5.8.10 DNQMQ-kı neft - qaz yığma və saxlama məntəqələrinin döşəmələri yanmayan materialdan hazırlanmalıdır.
5.8.11Çənlər "Pravila gkspluataüii metalliçeskix rezervuarov dlə nefti i nefteproduktov" Qaydalarına və onların təmiri üzrə normativ sənədə uyğun istismar olunmalıdır.
5.8.12Çən parkları ərazisinə avtonəqliyyat vasitələrinin daxil olmasına yalnız təmir işlərinin görülməsi zamanı icazə veri­lir. Hər bir halda təmir işlərinin görülməsi üçün icazənaməni baş mühəndis verməlidir.
5.8.13Qaranlıq və gecə vaxtı çən parkları yerləşən ərazi, parkların xaricində quraşdırılmış çıraqlar və ya projektorlar vasitəsilə işıqlandırılmalıdır. Çən parkının içərisində partlayış mühafizəli nəzarət və avtomatika qurğuları, siyirtmələrin elektrik intiqalları və yerli işıqlandırma cizahları istisna olmaqla digər elektrik avadanlıqlarının quraşdırılması və elektrik kabel xəttlərinin çəkilməsi qadağandır. Hava elektrik ötürücü xəttləri çən parkından 100m-dən az olmayan məsafədən keçməlidir.
5.8.14Çən parkında çənlər arasında boru xəttləri elə quraşdırılmalıdır ki, qəza nəticəsində hər hansı bir çəndə olan məhsulun birindən digərinə vurulması təmin edilmiş olsun.
5.8.15Neft və neft məhsulları çənin daxilindəki maye qalığı səviyyəsindən aşağıya vurulmalı və beləliklə neftin sıçramasına və güclü qarışmasına yol verilməməlidir. Doldurucu boru ilə çənin dibi arasında məsafə 200mm qədər olmalıdır.
Boş çən neft məhsulları ilə doldurulan zaman, səviyyə dol­durucu borunun ucuna çatana qədər, mayenin vurulma sürəti 1m/san çox olmamalıdır.
5.8.16 Çən parklarının işçiləri istismar əməliyyatlarında və eləcə də qəza, yaxud yanğın baş verdikdə cəld və səhvə yol vermədən lazımi açıb-bağlama işlərini yeinə yetirmək üçün boru kəmərlərinin yerləşməsini və bütün siyirtmələrin təyinatını bilməlidirlər.
Çənlərə xidmət edən operatorların növbətçi otağında boru kəmərlərinin və siyirtmələrin yerləşməsinin texnoloji sxemi asılmalıdır.
5.8.17 Çənlərin istismarı vaxtı tənəffüs klapanlarının və alışmanın qarşısını alan od kəsicilərinin saz vəziyyətdə olmasına daima nəzarət edilməlidir. Od kəsicilərinin vəziyyətinə ayda bir dəfədən az olmayaraq, havanın hərarəti 0° C-dən yuxan olduqda isə ayda iki dəfədən az olmayaraq baxış keçirilməlidir. Baxışların nəticələri xüsusi jurnala yazılmalıdır.
5.8.18 Qızdırılacaq və yaxud yay vaxtı uzun müddət saxlanılacaq nefti çənə vurarkən, doldurma səviyyəsini mayenin genişlənməsini nəzərə almaqla müəyyən edilməlidir (çənin hündürlüyünün 95% artıq olmamaqla).
5.8.19 Səviyyə ölçüldükdən və yaxud nümunə götürüldükdən sonra çənin damına tökülmüş neft qalıqları təcili olaraq yığışdırılmalı, çənin damı isə tam silinməlidir. Damın üzərində silgi materiallarının və ya hər hansı bir əşyanın saxlanılması qadağandır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə