Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə97/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   93   94   95   96   97   98   99   100   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

5.7.5 Özüldə eyni zamanda bir qrupa daxil olan quyuda təmir işləri aparılırsa, digər qrupa daxil olan quyunun qazılmasına icazə verilir.
5.7.6 Küt quyuların birinin mənimsənilməsi zamanı, digər qazılan quyuda işlər dayandırılmalı və quyu lüləsində mürəkkəbləşmənin qarşısının alınması üçün tədbirlər görülməlidir. Eyni zamanda hər hansı bir quyuda cari və əsaslı təmir işlərinin aparılması dayandırılmalıdır.
5.7.7 Qazılan quyuların birində neft, qaz, su təzahürü baş verərsə 5.1.17 bəndinə müvafiq olaraq ölçülər götürülməlidir. Digər qazıma qurğusunda bütün işlər quyu lüləsində mürəkkəbləşmələrə qarşı ölçülər götürüldükdən sonra dayandırılmalıdır. Quyuların eyni zamanda qazılması, cari (əsaslı) təmiri və istismarı zamanı baş vermiş hadisə barəsində DDÖ-nün istismar xidmətinə məlumat vermək lazımdır ki, onlar ehtiyac (zərurət) yarandıqda istismar olunan quyularda neft hasilatının dayandırılması üçün lazımi tədbirlər görsünlər. Bununla yanaşı bu haqda məlumat quyuların cari (əsaslı) təmiri briqadasına da verilməlidir.
Mürəkkəbləşmə barəsində DDÖ-nü istismar edən idarənin rəhbərliyi və HH xəbərdar edilməlidir.


5.8 Neft və qazın yığılması, hazırlanması, saxlanılması və nəqli,
doldurma körpüləri


Ümumi tələblər
5.8.1 Neft və qazın yığılması, hazırlanması, saxlanılması və nəqli obyektləri aşağıdakılarla təchiz olunmalıdır:
- bağlı otaqlarda qazın partlayışa qədər olan qatılığının 20% nizamlanmış siqnalizatorlarla;
- avtomatik və ya stasionar yanğınsöndürmə qurğuları ilə;
- yanğın siqnalizasiyasının xəbərediciləri ilə;
-separatorlarda, durulducu hovuzlarda və çənlərdə mayenin səviyyəsinə və təzyiqə nəzarət üçün avtomatik sistemlər ilə;
- xətti kəsici qurğular sistemi və ya digər avtomatlaşdırılmış və ya məsafədən idarə olunan bağlayıcı armaturla.
5.8.2 Aparatlarda, tutumlarda və boru kəmərlərində quraşdırılmış qoruyucu klapanların, tənzimləyici və bağlayıcı armaturaların sazlığı, onların istismara buraxılmasından əvvəl və eyni zamanda dövri olaraq təsdiq olunmuş qrafikə əsasən MTİ-nin rəhbərliyi altında yoxlanılmalıdır. Yoxlamaların nəticələri növbə jurnalına qeyd edilməlidir.
5.8.3 Yanğın təhlükəli mayelərin səviyyəölçənləri yanğın cəhətdən təhlükəsiz icrada olmalıdır. Izafi təzyiqi 0,6 MPa qədər olan aparat və çənlərdə (şaquli çənlər istisna olmaqla) şüşə səviyyə ölçənlərdən istifadə oluna bilər. O şərtlə ki, şüşə səviyyəölçənlər mexaniki zədələnmələrdən qorunmuş olsun və zədələnmə baş verdikdə birləşdirici borucuqları avtomatik surətdə bağlayan klapanlarla və şüşə üzərində maye səviyyəsinin buraxıla bilən həddini göstərən qırmızı xəttlə təchiz olunsun.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə