Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


İstilik nasoslarını qidalandıran aparatlarda və tutumlarda məhsulun səviyyəsi aşağı (qəza vəziyyəti) olduqda işləməyə icazə verilmir. 8.1.1.15



Yüklə 2,46 Mb.
səhifə132/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   128   129   130   131   132   133   134   135   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.1.1.14 İstilik nasoslarını qidalandıran aparatlarda və tutumlarda məhsulun səviyyəsi aşağı (qəza vəziyyəti) olduqda işləməyə icazə verilmir.
8.1.1.15 İstilik nasoslarını əvvəlcədən qızdırmadan işə salmaq, kipcək və digər hissələrin soyutma sistemi nasaz olduqda istismar etmək qadağandır.
8.1.1.16 Ehtiyat istilik nasoslarını işə salmamışdan əvvəl, qaynar məhsulu tədricən vurmaqla onları qızdırmaq lazımdır.
8.1.1.17 Qazın, xammalın, buxarın, elektrik enerjisinin, havanın verilməsi dayanarsa, kommunikasiya xətlərində və aparatlarda kəsilmə (qırılma) baş verərsə, sobanın spiral borusunun yanması, həmçinin yaxınlıqda yerləşən qurğuda qəza baş verərsə, “Qəzaların ləğv edilməsi” planına əsasən qurğu dərhal dayandırılmalıdır.
8.1.118 Aparatlardan və tutumlardan su bağlı sistemlərə drenaj edilməlidir.
8.1.1.19 Yoxlama və təmir işləri yerinə yetirərkən drenaj qıfının altında olan bağlayıcıdan suyu əl ilə drenaj edən zaman nəzarətçi olmalı və iş əleyhqazda yerinə yetirilməlidir.
8.1.1.20 Qurğulardan qəza tutumuna gedən qəza boru kəmərləri tutuma tərəf daimi maili, mümkün qədər düzxətli, dirsəklərin və dönmələrin sayı minimal olmalıdır.
8.1.1.21 Bütün boru xətti boyu bağlayıcı armaturlar qoyulmalıdır.
8.1.1.22 Qəza tutumuna buxar verməzdən əvvəl ora isti məhsulları vurmaq qadağandır. Qəza boru kəməri buxarla üfürülməlidir.
8.1.1.23 Qəza çəni dövri olaraq məhsuldan təmizlənməlidir.
8.1.1.24 İsti məhsullardan nümunə yalnız mahsul əvvəlcədən soyudulduqdan sonra təmiz və quru qapağı olan metal qabda götürülür. Nümunəni əlcəksiz və qoruyucu eynəksiz götürmək qadağandır.
8.1.1.25 Maye qazlardan və karbohidrogen kondensatından nümunələr aparatdakı məhsulun maksimal təzyiqinə hesablanmış nümunəgötürənlərlə götürülməlidir. İynəli ventilləri nasaz olan və yoxlanma müddəti keçmiş nümunəgötürənlərdən istifadə etmək qadağandır. Ventillərin hermetikliyi ən azı 6 aydan bir yoxlanmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə