Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Sahə rəisi və mexaniki nümunəgötürənlərin təhlükəsiz saxlanmasına, istismarına və vaxtında sınaqdan keçirilməsinə cavabdehdir. 8.1.1.27



Yüklə 2,46 Mb.
səhifə133/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   129   130   131   132   133   134   135   136   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.1.1.26 Sahə rəisi və mexaniki nümunəgötürənlərin təhlükəsiz saxlanmasına, istismarına və vaxtında sınaqdan keçirilməsinə cavabdehdir.
8.1.1.27 Aparatların və tutumların baxma şüşələri istiyədavamlı şüşədən hazırlanmalı və örtüyü olmalıdır.
8.1.1.28 Kondensatorlardan, soyuduculardan çıxan suyun tərkibində soyudulan məhsul hissələri olmalı, əks halda aparat dərhal söndürülməlidir.
8.1.1.29 Bütün avadanlıqların, aparatların və əsas bağlayıcı quruluşların texnoloji sxemə uyğun, aydın yazılmış nömrələri olmalıdır. Sxemdə layihəyə əsasən əsas yeraltı və yerüstü boru kəmərləri göstərilməlidir.
Yalnız baş layihələndirici ilə razılaşdırıldıqdan sonra texnoloji sxemdə hər hansı bir dəyişikliyin edilməsinə yol verilir.
8.1.1.30 Hər il sex (qurğu) rəisi texnoloji sxemin faktiki vəziyyətinə uyğunluğunu yoxlayır. Sxemdəki xidmət heyətinin əməliyyat otağında, kompressorxanada və digər yerlərdə asılmalıdır.
8.1.1.31 Aparatlar, tutumlar və boru kəmərləri boşaldılarkən qazı qazyığıcı şəbəkəyə və ya məşəl boru kəmərinə istiqamətləndirməli, qalıq isə şama tərəf sıxışdırılmalıdır.
8.1.1.32 Sistemdəki hava təsirsiz qazla və ya neft qazı ilə şama tərəf sıxışdırılır. Üfürmənin sonu çıxan qazın analizinə əsasən müəyyən edilir (oksigenin həcm miqdarı 1%-dən çox olmamalıdır).
8.1.1.33 Qurğu cavabdeh mütəxəssislərin rəhbərliyi altında işə buraxılmalıdır.
8.1.1.34 Aparatlardan, tutumlardan havanın ümumzavod məşəl boru kəmərinə tərəf sıxışdırılması qadağandır.
8.1.1.35 Xidmət heyəti qurğunun işə buraxılmasından əvvəl qurğuda suyun, buxarın, təsirsiz qazın, elektrik enerjisinin olmasına əmin olmalıdır.
8.1.1.36 Qurğunu işə buraxarkən və onu istismar edərkən texnoloji reqlamentin tələblərinə riayət olunmalıdır.
8.1.1.37 Qurğuya buxarı qəbul etməmişdən qabaq buxar xətlərində olan bütün drenajları açmaq, sistemi qızdırmaq üçün isə buxar verilən xətdəki siyirtməni tədricən açmaq lazımdır.
8.1.1.38 Bir neçə buxar xətti olan buxar xəttinə buxar qəbul edərkən, əvvəlcə buxar magistral xəttə qəbul edilməli, sonra isə buradan ayrı-ayrı xətlərə yönəldilməlidir.
8.1.1.39 Forsunkalara verilən qazvari yanacağın təzyiqinin yolverilən həddən aşağı düşməsini və ya verilən maye yanacağının kəsilməsini bildirmək üçün borulu qızdırıcı sobalar avtomat siqnallaşdırıcı ilə təchiz edilməlidir. Sobanın forsunkalarına verilən qazvari yanacağın boru kəmərlərində forsunkalar qarşısında təzyiqi yolverilən həddən aşağı düşdükdə avtomatik bağlanan bağlayıcı qapayıcı quraşdırılır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə