|
Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏKimyəvi turşuları vuran nasosların sazlığına nəzarət olunmalıdır.
8.3.38
|
səhifə | 141/229 | tarix | 12.08.2023 | ölçüsü | 2,46 Mb. | | #120538 | növü | Qaydalar |
| neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)8.3.37 Kimyəvi turşuları vuran nasosların sazlığına nəzarət olunmalıdır.
8.3.38 Turşuvuran nasos işləyərkən kipkəclərin və başqa birləşmələrin möhkəmliyini izləmək, sızma hallarında nasosu saxlamaq və sızmanı ləğv etmək lazımdır.
8.3.39 Turşuvuran nasoslardakı bütün işlər (təmizləmə, yuma, nasoslardakı kipkəclərin və turşu xətlərindəki siyirtmələrin dəyişdirilməsi) nasosun işi dayandırıldıqdan və sistem turşudan azad edildikdən sonra görülə bilər.
8.3.40 Tezalışan və tezyanan mayelərin hava ilə basma üsulu ilə nəql edilməsi qadağandır.
8.3.41 Hər mərkəzdənqaçma nasosunun çıxış boru kəmərində əksklapan quraşdırılmalıdır.
8.3.42 Ehtiyat nasosu daim hazır vəziyyətdə olmalıdır.
8.3.43 Tezalışan və tezyanan məhsulları vuran nasosların gövdələri, onlarla bir çərçivədə olan elektrik mühərrikinin yerləbirləşmiş olmasına baxmayaraq, yerlə birləşdirilməlidir.
8.4 Doldurma-boşaltma qurğuları və estakadası
8.4.1 Boşaltma-doldurma əməliyyatları “Qaz təsərrüfatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” na və digər texniki-normativ sənədlərin tələblərinə tiayət etməklə yerinə yetirilməlidir.
8.4.2 Dəmir yol sisternləri boşaldılma və doldurulmağa dartınma, itələmə olmadan ehtiyyatla verilməlidir.
8.4.3 Doldurulma-boşaldmaya verilən dəmiryol sisterinlərinə mütləq ehtiyyat 2 ədəd boş yaxud yanğın törətməyən vaqon qoşulmalıdır.
8.4.4 Təkərlərinə xüsusi başmaqlar bərkidilməyən boşaltma-doldurma qurğusuna dəmiryol sisternlərinin buraxılması qadağandır. Bu məqsədlə xüsusi qığılcım verməyən metaldan və yaxud taxtadan hazırlanmış başmaqlardan istifadə edilməlidir.
8.4.5 Dəmiryol sisterinlərinin birləşdirilməsi və ayrılması boşaltma-doldurma məntəqəsindən kənarda aparılmalıdır.
8.4.6 Boşaltma-doldurma estaqadalarının hər iki tərəfində, ayrıca olaraq nəzarət siqnal dayaqları boşaltma-doldurma vaqonunun dörddən bir hissəsi (1/4 hissə) məsafəsində quraşdırılmalıdır.
Doldurma əməliyyatına başlayarkən lokomotivin əraziyə daxil olması qadağandır.
Dostları ilə paylaş: |
|
|