Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə142/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   138   139   140   141   142   143   144   145   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.4.7 Dəmiryol sisternlərindən boşaltma-doldurma əməliyyatlarına başlamazdan əvvəl lokomotiv estakadanın ərazisindən azı 100 metr uzaqlaşdırılmalıdır.
8.4.8 Yanacaq olan sisternlərə rezin-parçadan hazırlanmış boruların və digər cihazların quraşdırılması zamanı lyukların qapaqlarını zərbəsiz bağlanmalıdır. Boşaltma-doldurma əməliyyatı vaxtı xüsusi, qığılcım verməyən metaldan hazırlanmış alətlərdən istifadə olunmalıdır.
8.4.9 Sıxılmış hidrogen-sulfid qazının boşaldılması və doldurulması QOST-un tələblərinə uyğun olaraq rezin əlcəklərdən istifadəsinə icazə verilir. Stasionar borulu qurğularda rezin əlcəklərin istifadəsi qadağandır.
8.4.10 Boşaltma-doldurma əməliyyatı zamanı çənlərin tam doldurulması qadağandır.
8.4.11 Estaqadaların sarğılarında sızma aşkar olduqda təcili tədbirlər görülməlidir, əks halda işlər dərhal dayandırılmalıdır.
8.4.12 Boşaltma-doldurma çənlərinin təmir işlərinin estakadanın ərazisində aparilması qadağandır.
8.4.13 Tezalışan isti məhsullardan və sıxılmış yanar qazlardan boşaltma-doldurma qurğuları müəyyən məsafədə yerləşdirilməlidir.
8.4.14 Məhsulların boşaldılması doldurulması əməliyyatları aparılmadığı vaxtlarda çənlərin estakadalarda borular vasitəsi ilə birləşdirilmiş halda saxlanması qadağandır.
8.4.15 Doldurma-boşaltma qurğularının bilavasitə yerləşdiyi yerlərdə dəmiryol xətti ilə lokomotivin hərəkəti qadağandır.
8.4.16 Dəmiryol estakadasının 100 metr radiusunda odlu işlərin aparılması vaxtı doldurma-boşaltma əməliyyatının aparılması qadağandır.
8.4.17 Estakada mütləq buxar dayaqları ilə təchiz olunmalıdır. Açıq alovdan istifadə etməklə donmuş boruların qızdırılması qadağandır.
8.4.18 Doldurulan-boşaldılan dəmiryol estakadasını normaya uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmalıdır.
8.4.19 Dəmiryol çənləri və metal konustruksiyalı estakadaları lafet lüləli, suyun çilənməsi üçün qurğu quraşdırılmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə