Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ



Yüklə 2,46 Mb.
səhifə145/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   141   142   143   144   145   146   147   148   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.5.23 Dəmir yolu sisternlərindən mayeləşdirilmiş qazların boşaldılmasına başlamazdan əvvəl lokomotiv QDS-in ərazisindən ən azı 20 metr uzaqıaşdırılmalıdır.
8.5.24 Qazı boşaltmağa başlamazdan əvvəl dəmir yolu sisternlərinin təkərləri dəmir yolu relsində xüsusi taxta və yaxud qığılcım törətməyən metal başmaklarla bərkidilməlidir. Sisternlərin qadağan olunmuş keçidlərində 100 metr məsafədə bütün odlu işlərin aparılması qadağandır, həmçinin sisternlərin doldurma-boşaltma üçün təyin olunmuş rezin-parça qolları yerlə birləşdirilməlidir. Yalnız doldurma-boşaltma əməliyyatı qurtardıqdan, sisternlərin ventillərinin ştuserlərinə tıxaclar qoyulduqdan sonra sisternləri yerləbirləşdirmə qurğularından açmaq olar.
8.5.25 Mayeləşdirilmiş qazları sisterndən çənlərə boşaldılması əməliyyatından əvvəl siyirtmələrin açıq və ya bağlı olması diqqətlə yoxlanılmalıdır. Siyirtmələrin boşaltma boru kəmərini nəzarətsiz qoymaq qəti qadağandır. Boru kəmərləri ilə mayeləşdirilmiş qazların nəql edilməsi üçün xüsusi hazırlanmış nasoslar və kompressorlar işlədilməli və fraksiyaların vurulması üçün yararlı olmalıdır.
8.5.26 Sistern ilə estakadanın boşaltma-doldurma qurğusunun işçi təzyiqi 1,6 Mpa olan və zavod istehsalı olan rezin-parça qollarla birləşdirilməlidir. Rezin-parça qollar QOST 18698-79 tələblərinə uyğun olmalıdır.
8.5.27 Təzyiq altında olan rezin-parça qolların dartılması qadağandır. Rezin-parça qolların ayrılmasına sisternin dayandırılmasından sonra icazə verilir. Rezin-parça qolların çıxması və yaxud dağılması zamanı təcili olaraq sisternin ventilini bağlamaq və boşaltma kommunikasiya qurğusunu, nasos-kompressor avadanlığını bağlamaq və nasazlığın aradan qaldırılması üzrə tədbirlər görülməlidir.
8.5.28 Rezin-parça qollarda qalmış qalıq qazı təmizləmək üçün texnoloji borular sisteminə və yaxud atqı şamına tərəf yönəltmək lazımdır.
8.5.29 Mayeləşdirilmiş qazları nəql edən sisternlərin yaxınlığında yanğın baş verdikdə təcili olaraq sisternlər təhlükəsiz yerə çıxarılmalıdır. Sisterni təhlükəsiz yerə çıxarmaq mümkün olmadıqda o, su şırnağı ilə soyudulmalıjdır.
8.5.30 QDS-in doldurma-boşaltma estaqadasında drençer tipli stasionar çiləyici qurğu olmalıdır. Doldurma-boşaltma eskadasında stasionar lafet dirək çiləyicisindən istifadə etmək olar.
8.5.31 QDS-dən «Pravila ustroystva i bezopasnoy gkspluataüii sosudov, rabotaöhix pod davleniem» sənədinin tələblərinə cavab verən xüsusi hazırlanmış balon və avtosisternlərə mayeləşdirilmiş qazlar doldurulmamalıdır.
8.5.32 Mayeləşdirilmiş qazları daşımaq üçün nəzərdə tutulan avtosisternlər istismardan əvvəl FHN-nin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyindən qeydiyyatdan keçməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə