Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Doldurma-boşaltma estakadasının açılıb-bağlanan körpüsü, gizli boltlarla bərkidilmiş ağac yastıqlarından ibarət olmalıdır. 8.4.21



Yüklə 2,46 Mb.
səhifə143/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   139   140   141   142   143   144   145   146   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.4.20 Doldurma-boşaltma estakadasının açılıb-bağlanan körpüsü, gizli boltlarla bərkidilmiş ağac yastıqlarından ibarət olmalıdır.
8.4.21 Estakadanın işıqlandırılmasında partlayışdan mühafizəli çıraqlardan istifadə edilməlidir.
8.4.22 Sutkanın qaranlıq vaxtı yerli işıqlandırma ilə bərabər doldurma-boşaltma əməliyyatları zamanı partlayışdan mühafizəli daşınan fənərlərdən (çıraqdan) istifadə edilməlidir.


8.5 Qaz kompressor stansiyaları, sıxılmış qazların qəbulu,
nəqli və boşaldılması, avtosisternlərin və balonların sıxılmış
qazla doldurulması zamanı yanğın təhlükəsizliyi tələbləri


8.5.1 Kompressor binası telefonla təmin olunmalıdır.
8.5.2 Kompressorların yerləşdirilməsi, onların arasındakı və binaların divarları arasındakı məsafə normaya uyğun olmalıdır
8.5.3 Kompressor binasında və ya onun yaxınlığında qaz yığılması yığıldıqda, “ləğvetmə planına” əsaslanaraq xidmət heyətinin təhlükəsizliyi təmin olunmalıdır.
8.5.4 Kipkəclərdən, silindr ştoklarından və fənərlərdən ayrılan zərərli maddələri yığmaq üçün yerli sorucular quraşdırılmalıdır.
8.5.5 Flans birləşmələri üçün nəql edilən məhsullara və iş prosesinin göstəricilərinə davamlı olan kipkəc materiallardan istifadə etmək lazımdır.
8.5.6 Kompressorların rahat və təhlükəsiz xidməti üçün lazım gəldikdə kompressor qaydaların tələblərinə uyğun meydançalarla və nərdivanlarla təchiz olunmalıdır.

    1. 88.5.7 Kompressorun sənədindəki göstəricilərə uyğun gəlməyən işçi məhsulları çəkib-vurmağa icazə verilir.

    2. 8.5.8 Kompressor binasında ventilyasiya qurğusunun sazlığı və fasiləsiz işləməsi təmin olunmalıdır.Nasaz ventilyasiya ilə və ventilyasiyası işə salınmadan kompressorun işə saılmasına icazə verilmir.

8.5.9 Kompressor binasında yükqaldırıcı mexanizmlər olmalıdır.
8.5.10 Kompressor qurğuları temperatura, təzyiqə və qüvvədə olan normalara uyğun başqa parametrlərə nəzarət etmək üçün məsafədən idarə edilən cihazlarla təchiz edilməlidir.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə