Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ azərbaycan respublikasi əMƏYİn mühafiZƏSİ VƏ


Ehtiyat kompressorları qəbul və vurma xətlərindən açıq olmalıdır. 8.5.12



Yüklə 2,46 Mb.
səhifə144/229
tarix12.08.2023
ölçüsü2,46 Mb.
#120538
növüQaydalar
1   ...   140   141   142   143   144   145   146   147   ...   229
neft-qaz-ve-neft-kimya-senayesinde-yangin-tehlukesizliyi-qaydalari baki 2012 (1)

8.5.11 Ehtiyat kompressorları qəbul və vurma xətlərindən açıq olmalıdır.
8.5.12 Kompressorlar işləyən zaman silindrlərin və mexanizmlərin düzgün yağlanması qaydalarına nəzarət edilməli, yağların dağılmasına və səpələnməməsinə yol verilməməlidir.
8.5.13 Hər bir sıxılma pilləsindən sonra sıxılmış qaz və ya hava yağdan təmizlənməsə, kompressorun işləməsinə icazə verilmir.
8.5.14 Kompressorun qəbulundakı separatorda mayenin səviyyəsini izləmək və kompressora keçməməsi üçün vaxtlı-vaxtında suyu kənara axıtmaq lazımdır. Mayenin separatorda səviyyəyə nəzarət etmək üçün səviyyə həddindən aşağıda kompressoru saxlamaq üçün səs və işıq siqnalvericisi və bloklama nəzərdə tutulmalıdır.
8.5.15 Partlayış təhlükəli yanar qazların yığılması ehtimalı olan kompressor binalarında, texnoloji və konstruksiya cəhətdən kompressorla əlaqəsi olmayan aparatların və avadanlıqların yerləşdirilməsi qadağandır.
8.5.16 Kompressor işləyərkən hər bir sıxılma pilləsinə görə qazın təzyiqinə nəzarət edilməlidir ki, təzyiq qəbul olunan normadan artıq olmasın.
Kompressorda təzyiqə nəzarət etmək üçün o, manometr və avtomatik təzyiq tənzimləyicisi ilə təchiz olunmalıdır.
8.5.17 Kompressorların bütün birləşmələrinin və onların qaz kəmərlərinin kipliyini normada müəyyən edilmiş qaydada yoxlamaq lazımdır. Qaz buxarlanması yaranarsa, kompressor dayandırılmalı, nöqsan araşdırılmalıdır. Kompressor işləyən vaxt qaz sızmasını ləğv etməyə icazə verilmir.
8.5.18 «Üfürülmə» ilə təchiz olunmuş elektrik mühərriklərindən istifadə edərkən, təmirdən çıxmış kompressoru işə salmazdan əvvəl elektrik mühərrikinin üfürülməsi üçün daxil olan havanın müəyyən olunmuş təzyiqdən aşağı təzyiqdə kompressorun elektrik mühərrikinin işə salınmasının “qadağan” edən və dayandırılmasını həyata keçirən bloklayıcının sazlığı yoxlanılmalıdır.
8.5.19 Kompressorun qəbul xəttində qazın temperaturunun onun kondensasiya temperaturuna qədər aşağı düşməsinə yol verilməməlidir.
8.5.20 Mayeləşdirilmiş qazların dəmir yolu sisternləri ilə daşınması «Pravila ustroystva i bezopasnoy gkspluataüii sosudov, rabotaöhix pod davleniem» sənədinin tələblərinə cavab verməlidir.
8.5.21 Doldurma-boşaltma əməliyyatı sutkanın işıqlı vaxtı aparılmalıdır. Bu əməliyyatların qaranlıq vaxtı aparılmasına yalnız xüsusi hallarda, normalara uyğun işıqlandırılma olduqda icazə verilir.
8.5.22 QDS-in ərazisinə daxil olan lokomotivin tüstü borusunda qığılcımsöndürən quraşdırılmalıdır. Dəmir yolu sisternlərinin manevri üçün istifadə olunan elektrodrezdina və elektrobucurqadların mühərrikləri və elektirik avadanlıqları, motodrezinaların tüstü çıxan boruları isə qığılcımsöndürən tərtibatla təchiz olunmalıdır.

Yüklə 2,46 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   229




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə